Icma.az
close
up
RU
Bir dəli quyuya daş atanda… KÜNCDƏN BAXIŞ

Bir dəli quyuya daş atanda… KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

İnformasiya müharibəsi getdikcə daha fərqli müstəvilərə keçir. Son vaxtlar baş verənlər göstərdi ki, nəinki peşəkar agent, adi bir uşaq da saxta bir informasiya ilə savadslz kütlənin başına nə oyun desən aça bilər, onun fikrini, münasibətini hara istəsən yönəldə bilər. Küçə dezinformasiyalarına reaksiyalar göstərir ki, nəinki kütləni, özlərini ziyalı, jurnalist, ictimai xadim sayanların çoxunu da asanlıqla avam yerinə qoyub aldatmaq mümkündür- necə ki, çox uzun müddətdir belə edirlər.

Demək, artıq cəmiyyət və informasiya məkanı olaraq onlayn bazar qeybətləri erasına keçmişik, “deyirlər filandır”, “eşitdiyimə görə filan şey olub”, "feysbukda yazmışdılar ki…”, “vatsapda yayılıb” söhbətləri ilə istənilən məlumatı sürətlə hamıya yaymaq və azı 80-90 faiz insanı buna inandırmaq mümkündür.

Bu dezinformasiya sisteminin çox fərqli istiqamətləri və fərqli üsulları var. Məsələn, neçə illərdir sosial şəbəkələrdə bir saxtakarlıq metodu tətbiq olunur- bir nüfuzlu liderin və ya ictimai şəxsin, ya da xarici dövlət başçısının şəkli qoyulur, altında istənilən fikir yazılır, şərhlərdə yüzlərlə, minlərlə səy və başdanxarab kütlə nümayəndəsi başlayır onu söyməyə. Heç kim tələb etmir ki, ay gədə, ya da ay sürtük, zəhmət olmasa bu adamın bu sözü dediyi video materialı bura qoy görək.

İstənilən nüfuzlu şəxsi, təşkilatı, şirkəti ləkələmək üçün onun rəqibləri və ya düşmənləri sosial şəbəkələrdə və ya hansısa saytda bir saxta kompratamat material yayımladır, bundan sonra həmin məlumat bütün şəbəkələrdə yayılır, sonradan bunun yalan olduğu oratya çıxsa belə, artıq cəmiyyətdə lazımi rəy yaradılıb və təkzib məlumatı onların çox azına çatır. Üstəlik, ilkin mənbəni də əksər hallarda bilımək tapmaq olmur. Çünki ilk mənbələr saxta sosial şəbəkə hesabları və ya xaricdəki saytlar olur.

Daha bir metod da milli və dövlət mənafeləri əleyhinə yayılan dezinformalarla bağlıdır. Bu işlə əsasən xarici agentura şəbəkələrinin nüfuz agentləri peşəkar şəkildə məşğul olur. Hətta bu yollarla etnik, dini, sosial, siyasi motivli qarşıdurmalar da təşkil etmək mümkündür, necə ki bəzi ölkələrdə bunu dəfələrlə effektli şəkildə təcrübədən keçiriblər.

Bu sistemdən daha çox, qərb dövlətlərinin texnoloqları geniş istifadə edir və öz düşmənləri olan ölkələr və qüvvələr haqda mənfi rəy yaratmaq üçün uğurla tətbiq edirlər. Digər ölkələr də bu metodlardan bəhrələnir.

Bunların tələsinə milyonlarla savadsız adam düşür və beləliklə su qiymətinə ictimai rəy formalaşdıra bilirlər. Bəziləri isə sadəcə savadsız gənclərdir- hardasa belə bir dezinformasiyaya rast gəlib və bu da başlayıb davam etdirməyə. Belələri özləri də bilmədən hansısa xarici dairəyə işlədiklərini və ondan alət kimi istifadə edildiyini belə anlamır.

İnformasiyanın ən qiymətli və ən vacib şey olduğunu informasiya əsrində daha aydın görmək olur. Xüsusən də gəncləri və savadsız şəxsləri aldatmaq daha asandır. Onlar bir neçə saxta informasiya ilə rahatca tələyə düşürlər və özləri də bilmədən xarici qüvvələrin informasiya ordusunda müftə xidmət edirlər.

Yalnız savadlı, təcrübəli, ağıllı, məntiqli adamları aldatmaq mümkün deyil. Onlar belə saxta dezoları görəndə- “zəhmət olmasa mənbə göstərin”, “rəsmi sənəd göstərin”, “yazdığınızı sübut edin” deyə tələb edir və yalanı ifşa edirlər. Təəssüf ki, belələri çox azdır. Hamı belə etmədikcə, bu kütlənin başına nə oyun desən açmaq olacaq.

Belələrini sıradan çıxarmaq üçün çox sadə yolu var- onları kütləvi şəkildə blok etmək. Lakin kütlə bunu edəcək deyil. Çünki hansı informasiyanın hansı qüvvələr tərəfindən nə məqsədlə ortaya atıldığını dərk edə bilmir. Dərk edənlər isə nəsə etmirlər.

Beləliklə, bu sahədə vəziyyətin təhlükəli olduğu göz qabağındadır. Ona görə də, dövlət informasiya təhlükəsizliyini təmin etməlidir. Sosial şəbəkələrə, saytlara həm dövlət, həm ictimai nəzarət mexanizmləri formalaşdırılmalıdır. Bilərəkdən saxta məlumat yayan mənbələr aşkar olunaraq sərt cəzalandırılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri