Icma.az
close
up
RU
Bir dənə qum, min illik xəzinə Mirvarinin dünyaya gəliş hekayəsi

Bir dənə qum, min illik xəzinə Mirvarinin dünyaya gəliş hekayəsi

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər, amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir. Məsələ ondadır ki, belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl bir inci- mirvari yaranır. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, mirvari yeganə bəzək əşyasıdır ki, onun emala ehtiyacı yoxdur. 

Məhz bu keyfiyyətinə əsasən, əsrlər boyu təbii mirvarilər baha qiymətə təklif olunub. Düzdür, süni mirvarilər peyda olandan sonra ucuzlaşma müşahidə edilsə də, təbii mirvari hələ də öz yerini və qiymətini qoruyur. Dominos pizza

Sədəf mirvarilər araqonit (kalsium karbonat aqreqatı) və konxiolindən (buynuz maddəsi) ibarətdir. Yəni mirvarinin tərkibində orqanik maddə mineral duzlar ilə birlikdə gözəl ahəng yaradır, eyni zamanda mirvarinin mineral komponentləri orqaniklərdən ayrı olur və onlar bir-biri ilə qovuşmur, təmasda olmurlar.

Yaranma yerindən asılı olaraq, mirvarilər dəniz mirvarilərinə və şirin su hövzələrində yaranan mirvarilərə bölünür, əmələ gəlmə formasından asılı olaraq isə mirvarilər təbiət və becərilən (süni yetişdirilən) mirvarilərə bölünür. Təbiət mirvariləri son zamanlar olduqca nadir tapıntıya çevrilib, onlara rast gəlmək demək olar ki, mümkün deyil. Axı heç olmasa bir qiymətli mirvari tapmaq üçün yüzlərlə molyusk öldürmək lazım gəlir. Mirvarini yetişdirmək isə daha asandır. Proses demək olar ki eynidir, bundan ötrü insan özü ilbizə süni şəkildə qıcıqlandırıcı daxil edir, bir qayda olaraq bu digər ilbizin dərisinin bir hissəsi olur. Mirvarinin təşəkkül tapma prosesi adətən iki ildən yeddi ilə qədər çəkir.

Qiymətli daş hesab olunan mirvarini yaratmaq qabiliyyəti cəmi iki molyuska məxsusdur, bunlardan biri dənizdə yaşayan mirvari ilbizi, digəri isə şirin sular sakini midiyadır, ona çay və göllərdə rast gəlmək olar.

Mirvarilər aləmi haqqında daha bir maraqlı fakt odur ki, bu yarım orqanik varlıqlar, elə məhz yarımcanlı olduqları üçün nadir hallarda bir neçə yüz il ömür sürürlər. Bu xüsusiyyətlərinə görə onlar əbədiyaşar almaz, sapfir, yaqut, zümrüd və bu kimi digər qiymətli və yarımqiymətli daşlardan geri qalırlar. Bizə məlum ən qədimi (yaşlı) mirvari bir zamanlar Elizabet Teylora məxsus armud şəkilli “Preqrina” mirvarisidir, çəkisi 55,95 karat olan bu inci Mirvari adasında hələ 16-cı əsrin ortalarında aşkar olunmuşdur.

Şirin sularda yetişdirilən mirvarilərin böyük bir hissəsi Çinin payına düşür, amma eyni zamanda Şotlandiya, Almaniya, Rusiya və Şimali Amerika ölkələridə də mirvari becərilməsi ilə məşğul olur. Dəniz mirvariləri isə Qırmızı dənizin və fars körfəzinin sakit laqunlarında (dənizdən ayrılmış göllər), həmçinin Yaponiya və Şri-Lankanın vulkanın mənşəli mərcan adaları sahillərində becərirlər.

Yeri gəlmişkən mirvarilər, təkcə ağ rəngdə olmur, amma bu rəngli mirvarilər təbiətdə ən çox rast gəlinənlər sırasındadır. Amma sədəfdəki rəngin interferensiyasından asılı olaraq, bu incilər krem və ya çəhrayı rəngdə ola bilərlər, sarı, yaşıq və qara mirvarilərə isə daha az rast gəlinir. Ən nadir və ən bahalı incilər isə mavi və ya tünd tutqun-boz rəngdə olanlardır.

Mirvarilər haqqında daha bir neçə maraqlı fakt :

1. Yunanlar hesab edirdi ki, mirvari ailəyə xoşbəxtlik gətiri və mübahisələrin qarşısını alır.

2. Əfsanəyə görə, Kleoptra Mark Antoniyə olan sevgisini sübut etmək üçün mirvarini şərabdə həll edərək, onu içmişdir.

3. Roma generallarından biri bir dəfə öz anasının sırğalarını sataraq, bütöv bir hərbi kampaniyanı maliyyələşdirmişdir.

Mirvari iyunda doğulmuş insanların qiymətli daşıdır həmçinin 1, 3, 12 və 30-u toy ildönümündə mirvari hədiyyə etməyi qəbul edilmişdir.

Marqarita adı mirvarinin yunan adıdır.

Mirvarinin cəmi 8 forması mövcuddur: dairə, yarımdairə, düymə, damcı, armud, oval, yanlış və sfera.

Çinliləri yüz illərlə mirvaridən çox xəstəliklərin dərmanı kimi istifadə edirdilər.

Roma generallarından biri bir dəfə öz anasının sırğalarını sataraq, bütöv bir hərbi kampaniyanı maliyyələşdirib.

Nəsirəddin Tusi «Cəvahirnamə» əsərində mirvarinin növünü təsvir etmiş, rənginə və başqa xüsusiyyətlərinə görə, on bir adı göstərilmişdir. O yazır: «Mirvarinin soğan kimi qabığı vardır. Onun yaxşı və ya pis olmasını üç əlaməti ilə bilmək olar:

1. Rəngindən

2. Görünüşündən

3. və ya böyüklüyündən

Nəsrəddin Tusi yazır: «Mirvari sevdadan doğan qorxunu və ürək döyüntülərini ortadan qaldırır. İnsanın əhvali‐ruhiyyəsini yüksəldir. Qəm və qüssəni unutdurur. Göz xəstəliklərinin müalicəsində də ondan istifadə edilir...»

Bəzi iddialara görə, mirvari insanı cavan saxlayır, seksual həssaslığı artırır, cinsi fəaliyyəti qaydaya salır. Bundan başqa, onun beyin xəstəliklərində, zəhərlənmələrdə kömək etdiyi də məlumdur.

Mirvarini günəş altında tutmaq məsləhət deyil. Çünki isti onu sıradan çıxarır. İnsan bədəninin hərarəti də onu xarab edir. Kosmetika, saç lakı, tər, çirk, buxar, yağ, müşkün kəskin qoxusu mirvariyə ziyandır. Mirvarinin korlanmaması üçün onu səliqəli taxmaq, ara‐sıra təmizləmək lazımdır. Duzlu su və sabunla yumaq məsləhət görülür. Bundan başqa, mirvarini paltarın üstünə taxanda rəngi solmağa başlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri