Icma.az
close
up
RU
Bir diplomla bütün türk dövlətlərində işləmək olacaq

Bir diplomla bütün türk dövlətlərində işləmək olacaq

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. 

Hazırda bu istiqamətdə prioritet olan sahələrdən biri də təhsildir. Bugünlərdə Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb. 

Burada Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclasında "Türk dünyası vizyonu – 2040", "TDT Strategiyası 2022–2026", eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. 

Görüş zamanı türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. 

Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib. 

Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə diplomların tanınmasını asanlaşdıra və  bütün TDT məkanında tanınan diplomların verilməsinə gətirib çıxara bilərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, təhsil sahəsində alınmış qərar müvafiq olaraq Türk dünyası ali təhsil məkanının yaradılması istiqamətindədir: 

“Nəticə etibarilə bütün türkdilli dövlətlərin vahid platformadan istifadə, eyni zamanda konkret olaraq tələbə mübadiləsinin aparılması əsas diqqətdə saxlanılan məsələdir. Bu da diplomların qarşılıqlı tanınmasından tutmuş ikili diplomların tətbiqini nəzərdə tutur. 

Bizim Türkiyə ilə bu istiqamətdə əməkdaşlığımız var. Türkiyənin bir neçə universiteti var ki, hazırda ikili diplom proqramı tətbiq olunur.  Ege Universiteti, Dokuz Eylül Universiteti, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Ankara Universiteti ilə ikili diplom proqramlarımız var”. 

O qeyd edib ki, növbəti mərhələdə Qazaxıstan, Özbəkistan, eyni zamanda digər türkdilli dövlətlərə bu proqramların tətbiqi nəzərdə tutulur. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: diplom Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyun 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri