Icma.az
close
up
RU
“Bir görəydim ayrılığı kim saldı?” və ya İranın azərbaycanlı prezidentinin Bakıya səfərinin nəticələri

“Bir görəydim ayrılığı kim saldı?” və ya İranın azərbaycanlı prezidentinin Bakıya səfərinin nəticələri

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu zamanı İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın vətən həsrəti ilə yazdığı “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirməsi salonda alqışla qarşılanıb.


Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?


Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.


İranın azərbaycanlı Prezidentinin səfəri haqqında daha öncə xəbərlər paylaşılmışdı. Bununla yanaşı, İranın yüksək vəzifəli şəxslərinin ölkəmizə səfərləri də, ali qonağın şərəfinə təşkil olunacaq səfər ilə bağlı detalları müzakirə etmək xarakteri daşıyırdı. Aprelin əvvəlində İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai, bir həftə sonra isə İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq Bakıda səfərdə olub. Bu səfərlər zamanı tərəflər ən yüksək səviyyədə imzalanması planlaşdırılan sənədlərin mətnlərini razılaşdırıblar.


İran prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya 120 nəfərlik nümayəndə heyətinin gəlməsi də göstərir ki, səfərin mühüm əhəmiyyəti vardır. Nümayəndə heyətinə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentləri arasında dostluq qrupunun üzvləri, həmçinin İranın əsasən etnik azərbaycanlıların yaşadığı 4 vilayətin qubernatorları daxil olmuşdu.


Səfərdə iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat layihələri, xüsusilə də “Şimal-Cənub” beynəlxalq dəhlizlərinin və Orta dəhlizlərin İran ərazisindən keçən hissələrinin icrası məsələlərinin müzakirəsi aktuallıq kəsb edirdi.


Pezeşkiyanın Bakıya səfəri zamanı bir sıra ikitərəfli sazişlərin imzalanması, Azərbaycan və İran arasında normativ-hüquqi bazanın möhkəmləndirməsi ilə yanaşı, gələcək əməkdaşlıq üçün əlverişli mühit formalaşdırır.


Son dövrdə İran və Azərbaycan arasında münasibətlərdə olan ziddiyyətlərin keçmişinə qısaca nəzər salaq. İranla Azərbaycan arasında münasibətlər İkinci Qarabağ müharibəsindən sonra kəskin şəkildə pisləşdi. Azərbaycan Tehranı Ermənistanı dəstəkləməkdə və Qarabağda erməni separatçılarına yanacaq verməkdə ittiham edirdi. Öz növbəsində, İran rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın media qurumları Azərbaycanı İsraillə əməkdaşlığa görə tənqid edirdilər. İran rəhbərliyi Zəngəzuru “qırmızı xətt” adlandırması və Ermənistanla sərhədləri ölkənin milli maraqları baxımından əhəmiyyətini vurğulayırdı.


Bundan başqa, SEPAH-ın Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər keçirməsi ikitərəfli münasibətlərdə soyuqluğu daha da artırdı. Prezident İlham Əliyev və İranın mərhum Prezidenti İbrahim Rəisi arasında Aşqabadda keçirilən görüşdən sonra gərginlik qismən azaldı. Lakin 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və bir əməkdaşın həlak olmasından sonra münasibətlər yenidən pisləşdi.


2024-cü ilin əvvəlində münasibətlər tədricən normallaşmağa başladı: may ayında iki ölkənin prezidentləri Araz çayı üzərində Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etdilər. Azərbaycan-İran sərhədində baş tutan tarixi görüş iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur. Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf etməyə başladı. Bununla belə, aprelin əvvəlində Bakıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xatırladıb ki, Bakının Tehrana hələ də sualları var, o cümlədən səfirliyə hücum ilə bağlı saxlanılan şəxsin cəzalandırılmaması da suallar yaradır.
İran Prezidenti Məsud Pezeşkian Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğul və qızlarının xatirəsini dərin ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Məsud Pezeşkian etnik mənşəyini açıq şəkildə vurğulayaraq İranda seçkilərdə qalib gələn ilk siyasətçi kimi tarixə düşüb. O, azərbaycanlı olması ilə fəxr etdiyini gizlətmir və bu, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına ümid verir.
Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edildi. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı. Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan və İran arasında imzalanmış sənədlər:
Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.
-Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”;
-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
-Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”
-Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı;
-Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu.
Pezeşkian Bəndər Abbasda partlayış səbəbindən Bakıda səfərini qısaltmaq məcburiyyətində qalıb. İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai Pezeşkianın Bakıya səfərinin intensiv olacağını və onun faciə ilə bağlı vəziyyətə şəxsi nəzarət zərurətinə görə bir gün çəkəcəyini bildirdi. Lakin Prezidentin proqramına baxdığımız zaman rəsmi görüşlər, sənədlərin imzalanması, biznes-forumda iştiraka qədər, Bakı gəzintisi də daxil olmaqla səfərin çox geniş gündəliyinin olduğunu gördük. Məhz buna görədir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu səfəri və İranın Azərbaycanla əlaqələrini çox önəmli kimi xarakterizə etdi. Bu səfər həqiqətən də iki ölkə arasında yeni səhifə aça bilər. Səfər ərəfəsində Bəqainin Cənubi Qafqazın sabitliyində aparıcı rola malik ölkə kimi Azərbaycanı “İran üçün əhəmiyyət daşıyan əsas aktor” adlandırması da çox vacib açıqlamadır.
İran prezidenti deyib ki, “Yaxın vaxtlarda yenidən qardaşımın qonağı olacağam. Burada özümü yad hiss etmirəm. İndi İranda baş verən partlayışa görə uzun müddət qala bilmirəm”. Pezeşkian qeyd edib ki, “Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanla münasibətlərimizi korlasınlar, aramızda fikir ayrılığı yaratsınlar”.
Pezeşkian deyib ki, Azərbaycanda olmaqdan çox şadam. İran lideri bildirib ki, Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. “Ümid edirəm ki, bizim iştirakımız və ekspertlərimiz arasında keçirilən görüşlərdən sonra imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlara doğru hərəkatın başlanğıcı olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumunda çıxışında Araz dəhlizinə toxunub. “Araz dəhlizi layihəsi həm regionumuzda, həm də bütün dünyada böyük diqqəti cəlb edir. Bu layihə ətrafında müxtəlif fərziyyələr və şayiələr var. Bunun əslində heç bir əsası yoxdur. Çünki bu, sadəcə olaraq yeni nəqliyyat layihəsidir”. Dövlət başçısı bildirib ki, bu, Azərbaycanı, onun əsas hissəsini İran vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən layihədir. Eyni zamanda, bu, böyük tranzit imkanları açacaq.
İran prezidenti Məsud Pezeşkian Bakıda Bibiheybət məscidini ziyarət edib.
İran prezidenti Məsud Pezeşkian Bakıya səfəri ilə bağlı aşağıdakı fikirləri bölüşüb. “Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalar əldə olundu, sənədlər imzaladıq. Bu səfər etimadın möhkəmləndirilməsi və elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.
İran Prezidenti Pezeşkianın Bakıya səfərini İran-Azərbaycan münasibətlərində praqmatizmin sınağı və ya münasibətlərin formatlanması hesab etmək olar. İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri sadəcə diplomatik jest deyil, qardaşlıq ritorikası ilə sərt regional reallıqlar arasında balansı bərpa etmək cəhdi idi. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən demişdi ki, Azərbaycanla münasibətlərimizdə yadlaşma hissi yoxdur. Ümid edirəm ki, bu, mənim Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə öz əksini tapacaqdır. “Mən çox şadam ki, Azərbaycana səfərə gedirəm. Çünki biz Azərbaycanı yad ölkə hesab etmirik və orada özümüzü yad kimi hiss etmirik. Keçmişdə ortaq tarixə malik idik, amma bu gün bizi sərhəd ayırır. İki ölkənin xalqı olaraq biz həmişə bir-birimizlə həm kədəri, həm də sevinci bölüşmüşük. Əvvəllər çox yaxın qardaş idik. Bu, bundan sonra da belə olacaq”. 
Pezeşkianın “xalqların birliyi” ilə bağlı bəyanatlarına baxmayaraq, əsas sual dəyişməz olaraq qalır: Tehran sözdən əmələ keçməyə hazırdırmı?
Sözdən əmələ: Azərbaycan bunu tələb edir
Hələ 2025-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli KİV-ə müsahibəsində ikitərəfli münasibətlərin normallaşdırılması üçün tələbləri aydın şəkildə ifadə etmişdi:
*Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını törədən şəxs barəsində hökmün icrası (2023).
*Azərbaycan haqqında təhqiramiz bəyanatlar verən radikal ruhanilərə, o cümlədən Ərdəbil mollasına qarşı cavab tədbirləri.
Bu məqamlar təkcə diplomatik iddialar deyil, Tehranın niyyətlərinin ciddiliyinin göstəricisidir. Əgər İran həqiqətən də yaxınlaşmağa sadiqdirsə, ölkə daxilində ənənəvi olaraq Bakıya düşmən münasibət bəsləyən mühafizəkar şəxslərin təsirini məhdudlaşdırmalı olacaq.
Geosiyasi qovşaqlar: Maraqların toqquşduğu yer
*Zəngəzur dəhlizi
İran Türkiyənin güclənməsindən və Ermənistanda təsir rıçaqlarının itirilməsindən ehtiyat edərək onun yaradılmasına qəti etiraz edir. Hətta bu səfər zamanı Pezeşkian yalnız İİR ərazisindən keçən alternativ yol haqqında fikir bildirdi. Bakı da öz növbəsində dəhlizin ambisiya deyil, 2020-ci il üçtərəfli sazişinin mühüm bəndi olduğunu vurğulayır və onun həyata keçirilməsinin qarşısının alınması, Naxçıvanın infrastruktur cəhətdən İrandan asılılığını saxlamaq cəhdinə dair şübhələri artırır.
*Rəşt-Astara dəmir yolu (Şimal-Cənub dəhlizi)
Azərbaycan layihənin öz hissəsini başa çatdırıb, İran isə onun icrasını gecikdirməkdə davam edir. İran layihənin gecikdirilməsini torpağın alınması ilə əsaslandırır. Bu düyünün sıxılması Tehranı Rusiya, Cənubi Asiya və Avropa arasında yaranan tranzit marşrutlarından çıxmaqla hədələyir. Xüsusilə, Azərbaycan liderinin Şimal-Cənub dəhlizinin bütün iştirakçılar üçün faydalarından danışaraq, bu məsələ eyham vurmuşdu.
*Xarici siyasətdə təcrid faktoru
Azərbaycan Avrasiyanın getdikcə daha mühüm nəqliyyat mərkəzinə çevrilir. Rusiya, Cənubi Asiya, Fars körfəzi ölkələri və Avropanı birləşdirən əsas marşrutlar məhz bizim ərazidən keçir. Bu şansı əldən vermək, xüsusən Tehranın artan beynəlxalq təcrid fonunda maddi-texniki və siyasi üstünlüklərdən könüllü olaraq imtina etmək deməkdir.
*Qeyri-rəsmi kanallar: vasitəçiliyin gizli potensialı
Digər həssas, lakin perspektivli geosiyasi mövzu İran və İsrail arasındakı münasibətlərdir. Düşmən ritorikasına baxmayaraq, artıq regionda Azərbaycanın konstruktiv rol oynadığı presedentlər olub, məsələn, Suriya dosyesi ilə bağlı Ankara və Təl-Əviv arasında qeyri-rəsmi danışıqları nümunə çəkə bilərik. Tərəflərdən heç birinin atəşkəsə hazır olmadığı şəraitdə başqa ssenari də mümkündür: həssas məsələlər üzrə məhdud kommunikasiya kanalının yaradılması. Koordinasiya bütün həssas və ziddiyyətli məqamların aradan qaldırılmasına yardımçı ola bilər. Böyük qarşıdurma risklərini azaldan platforma Bakıdır, model “Türkiyə variantı”dır, nəticə məqsədyönlü razılaşmalardır.
*Nəticə: bu səfər münasibətlərdə əhəmiyyətli sıçrayış deyil, lakin mühüm göstəricidir.
İranın özündə Pezeşkian məhdud manevr imkanları ilə üzləşir: o, təhlükəsizlik və xarici siyasətin əsas rıçaqlarına nəzarət etməyən mötədil qanadı təmsil edir. Bu, cəld qərarlar ehtimalını azaldır, lakin səfərin özü bir siqnal idi: Tehran kursu tənzimləmək zərurətini dərk edir. 
Gələcək dinamika iki amildən asılı olacaq: 
*Azərbaycanın tələblərinə doğru real addımlar; 
*İranın infrastruktur layihələrində güzəştə getməyə hazır olması.
Əgər yaxın aylarda yuxarıda qeyd olunan məsələlərdə irəliləyiş olmasa, bu, səfərin münasibətlərdə yeni fəslin başlanğıcı deyil, taktiki pauza olduğunu təsdiq edəcək. Qeyri-sabit regional mühitdə geosiyasətdə emosiyalardan daha çox proqnozlaşdırıla bilmək tələb olunur.
İndi Tehrandan gözlənilən budur - konkret hərəkətlər.
Beləliklə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri böyük uğurla yadda qaldı. Səfər zamanı əldə olunan razılaşmalar, imzalanmış sənədlər İran-Azərbaycan dostluğunu və qardaşlığını bir daha təsdiqləyir. Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, prezidentlərin Birgə Bəyanatı gələcək əməkdaşlığın yolunu göstərən çox ciddi sənəddir. İran prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafında çox böyük rol oynayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflərə böyük fayda verəcək. Azərbaycan və İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın inkişafı iki qardaş xalqın marağındadır.
İran və Azərbaycan nəinki Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər. Bunun üçün hər iki tərəfdə mütəmadi əlaqə, siyasi iradə vacibdir. İki lider açıqlamaları zamanı birgə istehsal motivasiyasının qurulmasını təklif etməklə təşkilatı fəaliyyətin makroəsasları üzərində də dayandılar.  
Səfərin ən həssas məqamlarından biri Pezeşkianın özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss etməsi ilə bağlı səsləndirdiyi fikirdir. Bu, İranda yaşayan soydaşlarımız üçün də vacib açıqlamadır. Hərtərəfli vacib açıqlamanın digəri, Pezeşkianın çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyi anonsunu verməsidir. Bütövlükdə səfərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcəyi qədər, bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün əsas olduğunu vurğulamaq da mütləq vacibdir.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see170

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see154

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see132

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see129

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see127

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see124

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see124

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see123

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see123

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see122

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see122

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see121

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see120

İsveçdə silahlı hücum: 3 ölü

29 Aprel 2025 22:03see117

Xalq artistindən AÇIQLAMA: Sol tərəfim işləmir, müalicə alıram

29 Aprel 2025 11:35see116

PSJ yarımfinalın ilk oyununda Arsenal ı məğlub etdi

30 Aprel 2025 01:07see115

ABŞ Kiyevə “Abrams” tanklarının verilməsini bloklayır

29 Aprel 2025 12:57see115

Hindistan hökuməti Pakistanın müdafiə nazirinin hesabını blokladı

30 Aprel 2025 15:03see114

Bakıda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində təlim keçirilib

29 Aprel 2025 08:00see114

Onlar böyük həvəslə bu idmanla məşğul olmağa başlayıblar Elman Nəsirov

30 Aprel 2025 15:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri