Icma.az
close
up
RU
Bir gün ölən insanı bir neçə ay ərzində basdırırıq ... Emin Əfəndi yazır...

Bir gün ölən insanı bir neçə ay ərzində basdırırıq ... Emin Əfəndi yazır...

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Hər dəfə tanınmış bir şəxsin vəfat xəbəri yayılanda, sanki içimizdə gizlənmiş bir “sosial ədalət mühakiməçisi” oyanır. İnsan bu dünyadan köçür, amma onunla işimiz başsağlığı verməklə bitmir. Qəbrinin üstünə çıxıb cəmiyyətin dərdlərini, öz incikliyimizi və bir az da sosial populyarlıq həvəsimizi ora yönəltməyə çalışırıq.

Başlayırıq sosial şəbəkələrdə “Bizdə sənətkara qiymət verilmir”, “Dəyərlərimizi sağlığında qorumuruq”, “Mərhumun sonuncu videosu yayıldı”, hətta “Mərhumun sonuncu WhatsApp yazışmaları üzə çıxdı” kimi statuslar paylaşmağa. Paylaşımlarımızı fotolar və videolarla “bəzəyirik”. Bəzən elə şəkillər paylaşırıq ki, sanki mərhum ölməyib, sadəcə “trendlər”də yerini dəyişib. Bir müddət sonra isə bu ad xatirələrdən yox, statuslardan silinir. Sanki bütün bu hay-küy ölənə yox, sağ qalanlara ünvanlanır.

Bu yaxınlarda çox hörmət etdiyim bir sənətkar cavan yaşında vəfat etdi. Çox pis oldum. Bəlkə də uzun müddət onun yoxluğunu hiss edəcəyəm və mənim kimi bir çoxları da. Nəysə, gəldim dəfn mərasiminə. Adam çox idi çadırda. Sağ olsunlar, mənə hörmət edib sıxışıb yer verdilər. Yas mərasimlərində adətən başımı aşağı salıb, susqun oturmağa çalışıram. Amma bu dəfə anidən başımı qaldırdım ki, tanışlarımı görüm. Gördüyüm mənzərə artıq bundan sonra sosial şəbəkələrdə nələrin baş verəcəyindən xəbər verirdi.

Çadırdakıların az qala 20-30 faizi telefonlarını çıxarıb kameralarını ətrafa tuşlamışdı. Kimi mərhuma görə heyifsilənir, kimi isə tanınmış və tanınmamış adamları çəkirdi.

Hamımızın evində köhnə fotoalbomlar olub, yadınıza gəlir? Fotolarla dolu ağır bir kitab. Kimdə qalıbsa bir daha vərəqləsin. Görün, orada heç yas mərasimindən və ya qəbiristanlıqdan bir şəkil var? Yoxdur. Olmamalıdır da. Əvəzində toy, nişan, ailəvi gəzintilərdən şəkillər var. Sizcə onlar ölüm və həyatın mahiyyətini anlamırdılar, yoxsa biz bu məsələlərdə həddi keçmişik?

Axı bu nəyə lazımdır? Niyə şəxsi, hətta kiməsə görə intim olan məsələləri bu qədər rahat sosiallaşdırırıq? Dinimizdə də deyilir ki, yasdan tez çıxmaq məsləhətdir. Biz isə bir gün ölən insanı bir neçə ay ərzində “basdırırıq”.

Allah bütün ölənlərimizə rəhmət eləsin.

Bu qədər…

Emin Əfəndi

Sfera.az 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri