Icma.az
close
up
RU
Bir həftədə 5 kilo arıqlamaq olar? DİETOLOQ RƏYİ

Bir həftədə 5 kilo arıqlamaq olar? DİETOLOQ RƏYİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Kimisi artıq çəkidən xilas olmaq dərdindədir, kimisi isə bu vəziyyəti fürsət bilib heç bir elmə əsaslanmayan üsullarla insanların sağlamlığı ilə oynayırlar.

Doğrudanmı 1 həftədə 5 kilo arıqlamaq olar? Türkiyəli dietoloq Turqay Kösə bu suala qəti olaraq "Xeyr!" cavabını verib. Niyəsini isə belə izah edir: "Hər gün KİV və müxtəlif sosial şəbəkələrdə möcüzə pəhrizlərlə qarşılaşırıq. Yaxşı, bu qədər çox pəhriz siyahısı varkən niyə insanların artıq çəki problemi hələ də var? Çünki bu pəhrizlər ilk vaxtlarda sürətli çəki itkisinə səbəb olsa da, qısa müddətdən sonra bu kilolar artıqlaması ilə geri qayıdır. Bu cür pəhrizlər sağlamlığa zərər verir, maddələr mübadiləsini pozur, eyni zamanda ömrü qısaldır. Onsuz da həyat tərzinə uyğun olmayan heç bir şey uğurlu olmur. Bu cür pəhrizlərdə əslində ağırlıq itkisi bədəndəki yağ kütləsinin azalmasına səbəb olur. Çəki itkisinin sürətlə baş verməsi əvvəlcə su, sonra əzələ kütləsinin azalması ilə əlaqədardır. Əzələ və su kütləsinin itkisi isə sağlamlıq baxımından risklidir".

Pəhriz fərdi olmalıdır

Həkim bildirir ki, pəhriz mütləq fərdi xarakter daşımalıdır. Çünki hər kəsin maddələr mübadiləsi bir-birindən fərqlidir, eynilə barmaq izi kimi: "Multifaktorial bir xəstəlik olan köklüyün müalicəsinə fərdi yanaşmaq lazımdır. Terapiya mütəxəssisi və ya endokrinoloq, dietoloq, fizioterapevt və psixoloqlaə qrup halında müalicə daha uğurlu nəticə verə bilər. Müasir zamanda bir çox xroniki xəstəliyin təməl səbəbi olan artıq çəkinin müalicəsində dietoloq ən səlahiyyətli şəxsdir. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, dietoloq adamın xüsusiyyətlərinə uyğun olaraq qidalanma modeli təyin edərək arzuedilən çəkiyə düşməsini təmin edir".

Arıqlama proqramları insanın fərdi xüsusiyyətləri - yaş, cinsiyyət, boy uzunluğu, bədən çəkisi, fiziki fəaliyyət səviyyəsi, qidalanma vərdişləri və s. ilə bağlıdır. Xüsusiyyətlərinə görə fərdin yeni qidalanma proqramını onun həyat tərzi halına gətirməsini təmin etmək lazımdır: "Unutmaq olmaz ki, ayda 6 kilo və daha çox arıqlamaq metabolik olaraq başqa sağlamlıq problemlərinə zəmin yaradır. İlk növbədə səbrli olmaq şərtdir. İnsan illərlə yığdığı çəkini bir neçə həftədə verməyə çalışmamalıdır. Bunun uğrunda ac qarına qreypfrut və ya limon suyu içmək, balqabaq tumu yemək, müxtəlif yosun həbləri, arıqladan çaylara ümid etməyin heç bir elmi əsası yoxdur. Əksinə, faydadan çox zərərləri var. Enerji tərkibi aşağı olan pəhrizlər və həzm sisteminə edilən cərrahi müdaxilələr qida elementi çatışmazlıqları, zülal itkisi nəticəsində böyrək və ürək problemləri, ürək çatmazlığına, hətta ölümə gətirib çıxarır".

Çəki itkisi 2-4 kilo arasında olmalıdır

Ümumdünya Sağlamlıq Təşkilatı aylıq ağırlıq itkisinin 2-4 kilo arasında olmasını vurğulayır. Bir insan çox kökdürsə, əməliyyat olunacaqsa, anesteziya riskini azaltmaq üçün həkim və dietoloq nəzarəti ilə ayda 6 kilo arıqlaya bilər: "Yoxsa kimsə 20 ildə aldığı çəkini 20 gündə verməyə cəhd etməməlidir. Səbrlə müalicəni üstün tutmaq lazımdır. Arıqlamaq elmə əsaslanmalıdır. Terapevt, endokrinoloq nəzarəti altında  qan analizinin nəticələri müzakirə edilir və dietoloq tibbi qidalanma müalicəsini təyin edir. Məşq və davranış aktivliyi də vacibdir. 3 ay müddətində pəhriz, məşq və davranış dəyişikliyi tətbiq edilmədən dərman müalicəsi və ya cərrahi müdaxilə edilməməlidir. Artıq çəki xəstəliyinin müalicəsində tək başına pəhriz qəti olmaz. Unutmayın ki, təkcə pəhriz kifayət etmir, məşq, idman və aktivlik də vacibdir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri