Icma.az
close
up
RU
Bir milyondan çox müştəri: Unicapital ın yeni inkişaf mərhələsi Baş direktor Vüqar Namazov ilə müsahibə

Bir milyondan çox müştəri: Unicapital ın yeni inkişaf mərhələsi Baş direktor Vüqar Namazov ilə müsahibə

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müştəri sayının bir milyonu ötməsi sadəcə bir rəqəm deyil, bu, müştərilər tərəfindən göstərilən etimadın, peşəkar xidmətin və strateji baxışın sübutudur. Şirkətin bu uğura necə nail olduğu, müştəriləri hansı imkanların gözlədiyi barədə Unicapital-ın Baş direktoru Vüqar Namazovla danışdıq.

Vüqar bəy, öncə, bu böyük nailiyyətlə sizi təbrik edirik. Müştəri etimadı istənilən şirkət üçün vacibdir, xüsusilə də investisiya sahəsində. Bu nəticəyə nail olmaq üçün hansı addımlar və qərarlar əsas rol oynadı?

Təşəkkür edirəm. Artıq uzun müddətdir ki, Unicapital hər kəsə əlçatan və innovativ investisiya məhsullarını təqdim etməyi məqsədli şəkildə ön planda tutur. Şirkətimizin texnoloji inkişafı nəticəsində dünyanın 20-dən çox birjası ilə inteqrasiya layihələrini həyata keçirtdik. Həmçinin qeyd edim ki, 2024-cü ildə Unicapital, ölkəmizdə bir ilkə imza ataraq, Bakı Fond Birjası ilə inteqrasiyasını uğurla başa çatdırdı. Müştəri məmnuniyyətinin prioritet olduğunu düşünərək, şirkətimizin təqdim etdiyi investisiya tətbiqlərini daima inkişaf etdirib, istifadəçilərə daha rahat və çevik xidmət göstərməyi bacardıq. Bizi bazarda fərqləndirən də məhz bu yanaşmalardır.

Son illər investisiya sektorunun qarşısında kifayət qədər  böyük  çağırışlar mövcud idi.  Fikrinizcə, bu dəyişikliklər bazarın dinamikasına necə təsir etdi?

Son illərdə bazar şəraitində baş verən dəyişikliklər və makroiqtisadi dalğalanmalar investor davranışlarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bu isə investisiya sahəsində yenilikçi yanaşmaların tətbiqini zəruri etmişdir. Unicapital olaraq, biz Azərbaycan kapital bazarında ilk dəfə investorlara bank tətbiqi vasitəsilə yatırım imkanı təqdim etdik. Hal-hazırda şirkətimiz bu istiqamətdə öz fəaliyyətini genişləndirməkdədir və qeyd edilən yöndə strateji planlar hazırlamışdır. Belə bir mühit, bazarda daha çevik, texnoloji cəhətdən qabaqcıl platformaların inkişafı üçün güclü təkan yaradır.

Bəs bu tendensiyalarla ayaqlaşmaq üçün Unicapital hazırda hansı transformasiyaları həyata keçirir?

Biz texnoloji transformasiyanı strateji prioritetlərimizdən biri kimi müəyyən etmişik. Şirkət İT infrastrukturuna investisiya etməyə davam edərək sistemlərin etibarlılığını və dayanıqlığını artırır, “IaaS” (Investment as a Service) bazarında aktiv şəkildə genişlənərək tərəfdaşlarına innovativ həllər təqdim edir. Eyni zamanda, “KYC” və müştəri uyğunluğu prosedurlarını təkmilləşdirib tətbiq edərək, şirkətin daxili proseslərini effektiv şəkildə optimallaşdırırıq. Həyata keçirdiyimiz bu təşəbbüslər nəticəsində bazardakı mövqeyimizi daha da möhkəmləndirib, investorlara peşəkar və şəffaf xidmətlər təqdim etməyə davam edirik.

Bir milyon müştəri – yalnız qürurverici bir məqam deyil, həm də yeni məsuliyyətdir. Yaxın gələcəkdə Unicapital-ın qarşısına qoyulan hədəflər nələrdir? 

Bəli, düzgün vurğuladınız, bu bizim üçün çox böyük bir məsuliyyətdir və bu uğurun davamlı inkişafa əsaslanması bizim üçün ən vacib məqamdır. Qarşıdakı dövrdə əsas hədəflərimizdən biri real sektorun maliyyə resurslarına çıxışını genişləndirmək və yerli korporativ qiymətli kağızlar bazarını daha da inkişaf etdirməkdir. Bununla yanaşı, maliyyə inklüzivliyini artıraraq daha çox insanın investisiya imkanlarından yararlanmasını təmin etmək niyyətindəyik. Bu məqsədlə, banklar, startaplar və fintex ekosistemi ilə əməkdaşlığı gücləndirərək, müştərilərimizə innovativ və çevik maliyyə həlləri təqdim etməyə davam edəcəyik. Eyni zamanda, “ESG” prinsiplərinə uyğun strategiyalar tətbiq edərək, dayanıqlı investisiya mühitinin formalaşdırılmasına töhfə vermək bizim əsas prioritetlərimizdən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://banco.az
archiveBu xəbər 01 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri