“Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi artıq 3 gündür komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir. Futbolçu klubun saytına açıqlamasında “qırmızı-ağlar”ı seçmə səbəbini belə izah edib:
“İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim. Bir neçə gündür Bakıdayam, heyrətamiz şəhəriniz var. Burada olmaqdan xoşbəxtəm”.
İlkin təəssüratlarını da bölüşən yarımmüdafiəçi uğur qazanmaq üçün birlik olmağın önəmini vurğulayıb:
“Yaxşı məşqçilər korpusu və futbolçu heyətimiz var. Əgər bir olsaq, bir-birimiz üçün meydanda “döyüşsək”, mübarizə aparsaq, sığortalaya bilsək yaxşı nəticələr qazanacağıq”.
Jatoba Azərbaycan çempionatı haqda da danışıb:
“Son mövsümün gərgin keçdiyini bilirəm. Premyer Liqada oyun sayı çoxdur. Buna görə də yaxşı hazırlaşmalıyıq. Bunun öhdəsindən gələ biləcək fiziki hazırlıq məşqçimiz var. Onun tapşırıqlarını icra etməklə fiziki planda yaxşı hazırlaşa biləcəyimizi düşünürəm. Çempionatın ilk 2 turu isə çox önəmlidir. Rəqibin kimliyindən asılı olmayaraq hər iki matçda qələbə qazanmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 İyun 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















