Lotar Matteus Bakıya heyran qaldı: “Şəhəriniz möhtəşəmdir”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Almaniya millisinin heyətində dünya çempionu olmuş sabiq futbolçu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatına qatılıb.
İdman.Biz xəbər verir ki, əfsanəvi futbolçu Bakıda jurnalistlərə açıqlamasında Azərbaycan paytaxtına ilk səfərindən məmnun olduğunu bildirib.
“Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. İlk dəfədir ki, Bakıya və ölkənizə gəlirəm. Şəhəriniz möhtəşəmdir. Burada olduğum üçün şadam. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Bəzən futbolda bununla rastlaşmırıq. Dünya çempionatı çox önəmlidir”.
Matteus UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın Dortmund “Borussiya”sı ilə keçirəcəyi qarşılaşma barədə də fikirlərini bölüşüb.
“Qarabağ”la daha əvvəl üz-üzə gəliblər. “Borussiya” cütün favoritidir. Nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən indiyədək Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















