Icma.az
close
up
RU
“Bir neçə ilə yaratdığım kartof sortlarını xaricdən alıb, seleksiyalarda istifadə edəcəklər” yeni kartof sortu yaradan tədqiqatçı ÖZƏL+FOTO

“Bir neçə ilə yaratdığım kartof sortlarını xaricdən alıb, seleksiyalarda istifadə edəcəklər” yeni kartof sortu yaradan tədqiqatçı ÖZƏL+FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Mən əslən Gədəbəyin İvanovka kəndindənəm. 2016-cı ildə kəndə getdim. Məqsədim də kənd camaatına kömək etmək idi. Bilirsiniz ki, Gədəbəydə daha çox kartof əkilir. Gördüm ki, dədə-baba sortlarımız qocalıb, kəndli məhsul ala bilmir. Sahələrin 90 faizi boş qalmışdı, əkilməmişdi. Əkinçi əkir ki, pul qazansın. 3-5 il ardıcıl əkib, qazanc əldə etməyəndə daha əziyyət çəkmir, fəaliyyətini dayandırır. O illərdə vəziyyət daha da acınacaqlı idi. Fikirləşdim ki, mən kəndə xaricdən yaxşı sort gətirəcəm və  onlar bol məhsul əldə edəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında tədqiqatçı Sultanhəmid Hacıyev deyib.

O daha sonra xaricdən kartof sortlarını necə gətirdiyini izah edib:

“2016-cı ildə dünyanın bir çox yerindən-Rusiya, Ukrayna, Belarusiya, sonradan İngiltərə, Perudan dünyanın ən məşhur kartof sortlarını bura gətirdim. Gətirdim əkdim, payızda gördüm ki, yenə də məhsul yoxdur, təxminən eyni vəziyyətdir. Mənə çox təəccüblü gəldi. Çünki bu sortları bol məhsul verən növ kimi tanıyırdım, öz-özümə sual verdim ki, nə oldu ki, burada məhsul ala bilmədik? Bu anda sahəyə təsadüfən əmim gəlib çıxdı. Dedi ki, “icazə ver bir sot yerə mən gübrə verim”. Torpağı gübrələdi. Başa düşdüm ki, bu növün məhsul verməməsinin iki səbəbi var. Birincisi, sortların bizim iqlimə uyğun olmaması. Çünki torpaqlara gübrə verən yoxdur. Torpaq o qədər halsızlaşıb ki, tərkibində maddə qalmayıb. Nə qədər hər il əkib məhsul götürmək olar? Torpaqdakı bütün maddələr sovrulub gedib. 2017-ci ildə başladım kartof bitkisinin qidası haqda araşdırma aparmağa. Artıq 2019-cu ildə çox yüksək məhsul almağa başladım. Əlbəttə ki, aqrokimyanın, mineral maddələrin hesabına. Yenə də bir neçə xarici növ gətirdim, özünü doğrultmadı. Çindən, Hollandiyadan, Almaniyadan yeni sort gətirdim, bu dəfə də özünü doğrultmadı. Başa düşdüm ki, Gədəbəydə torpaqda fitaftora xəstəliyi mövcuddur. Hava təmiz olduğu üçün çox güclü ultrabənövşəyi şüalar var. Yağış və gün olduğu üçün buxarlanan zaman fitaftora sürətlə artır. Ona görə də burada stresə hər bitki tab gətirə bilmir. Oxudum öyrəndim ki, İngiltərədə fitaftoraya qarşı ən yüksək dayanaqlı Sarpo mira kartof növü var. Bu dünyada həmin xəstəliyə qarşı ən dayanıqlı növdür. İngiltərə Kartofçuluq İnstitundan onu tapıb gətirdim. Bu kartofu əkdik və gördük ki, xəstələnmir, stresə tab gətirə bilir. Bir də öyrəndim ki, Peruda Unika adından bir sort var. Sarpo miradan sonra fitaftora qarşı ikinci dayanıqlı kartof növüdür. Həqiqətən belədir, sınaq da etmişəm. İkisi də qırmızıdır. Hər birinin müsbət də, mənfi də cəhəti var. Azərbaycan bazarında maksimum 5 faiz olar ki, qırmızı kartof satılsın. Sonra fikirləşdim ki, bu sortları seleksiya edim. İkisi də qırmızı olduğu üçün çox çətinliklə onun içindən ağ çıxırdı. Bir mayalanmadan 100 çeşid yaranırsa, bunun maksimum 10 faizi ağ, 90 faizi əlbəttə ki, qırmızı olacaq. Çünki ata da, ana da qırmızıdır. Bu kartofa “Sultan” adını verdim. Sarpo miranın da çatışmayan cəhəti var. Birincisi çox gec yetişir. Sentyabrın 15-nə qədər. Gədəbəydə avqust ayı quraq keçir. Yaxşı olardı ki, avqustun 10-na qədər yetişən sort olsun. O zaman quraqda əziyyət çəkməyəcək. Gədəbəydə Sarpo miranı əkib-becərirsən hər il 20-25 faiz cırlaşır, cücərmir. Bəzən də bu göstərici 30 faizə çatır. Bunun da səbəbi ultrabənövşəyi şüaların daha çox olmasıdır. Artıq 50-yə yaxın yaxşı məhsul verən çeşidim var. Bunlardan ən azı 20-si Sarpo mira qədər xəstəliyə dayanıqlıdır. Təxmini 10 sortum var. Onlar Sarpo miradan da dözümlü növlərdir. İnşallah bir vaxt eşidəcəksiniz ki, mənim sortlarımı alıb, aparıb başqa ölkələrdə seleksiyada istifadə edirlər ki, xəstəliyə dayanıqlı növlər yaratsınlar. Bəzən gedib bazardan gözəl görünüşlü kartof alırlar və sonra gətirib onları seleksiya edirlər. Bunu öncə apar ək, gör bu harada yaxşı məhsul verir? Regiona kartof uyğun deyilsə, bunu əkməklə, yaxşı qulluq etməklə onu torpağa öyrəşdirə bilməzsən. Sort əvvəlcə iqlimə, regiona uyğun olmalıdır. Hər regionun öz kartof sortu var. Artıq genafon əlimizdə çoxdur. Gədəbəydə seleksiya aparmaq çox çətindir. Mayalanmanın 100-də 1-i tutur. Bakıda elə yerdə yaşayıram ki, 4 bir tərəfimiz dənizdir. Ona görə də mayalandırdıqlarımın 90 faizi tutur. Bu çox yüksək nəticədir. May ayında yenə də mayalanma edəcəm. Mənə onların məhsulu yox, mayalandırması lazımdır. Çox balaca bir tum əkirsən, ondan kartof əmələ gəlir. Əminəm ki, 5 ildən sonra Gədəbəydə xarici toxuma heç bir ehtiyac olmayacaq. Bizim kənddə artıq heç kim xarici toxum əkmir. Çünki özümüzdə olanlar xaricdəkilərdən üstündür. Sort yaşlanandan sonra da məhsul azalmağa başlayır. Mən yaratdığım sortlar hamısı çox cavandır. Hələ bundan sonra 10 il məhsul verəcək. Bitkiylə insan söhbət edə bilir. O canlıdır. O sənin yaxşılığına müsbət cavab verir. Sənə minnətdarlıq bildirir. Mən bitki ilə söhbət edəndə ruhum cavanlaşır. Bir elm sənin şüuraltına yükləndisə, sən gecə-gündüz onun haqqında düşünürsənsə, o elmdə yüksək nəticə əldə edəcəksən”, - deyə Sultanhəmid Hacıyev deyib.

O bildirib ki, heyvandarlıq sahəsində də seleksiyalara ehtiyac var:

“Seleksiyada böyük tərcübəm var. Vaxtilə vəhşi ov itlərini də mən yaratmışam. Həm açıq hava, həm də istixana şəraitində yetişən pomidorlar üçün də yeni sortlar yaratmışam. Bunu özüm üçün istifadə edirəm. Əsas istəyim heyvandarlıqla, maldarlıqla bağlıdır. Maldarlıqda inəklər xaricdən gəlir. Bu məni çox narahat edir. Yetər ki, 4-5 savadlı zootexnik və baytar həkim versinlər mənə, mən elə cinslər yaradaram ki... Zootexnik hansı inək hansı yağlılıqda süd verir və Azərbaycan təbiətinə uyğun olub-olmamasını, veterinar isə xaricdən gələn sortların xəstəliyə qarşı dözümlülüyünü deyəndən sonra bu seleksiyaları yaratmağa nə var ki? Bunları desələr qısa zamanda bir proqram hazırlayaram və bilərəm ki, hansını ana, hansını ata kimi istifadə etməklə qısa müddətdə Azərbaycanda öz cinsimizi yarada bilərik. İstər xırdabuynuzlu təsərrüfatda qoyunçuluqda, istərsə də iribuynuzlu təsərrüfat sahəsində bu seleksiyaları etmək lazımdır” deyə tədqiqatçı bildirib.

Sultanhəmid Hacıyev bildirib ki, meyvə və tərəvəzçilikdə yerli növ sortların azlığı bazarda xarici sortların alıcıya həddindən artıq baha təklif edilməsinə səbəb olur:

“Baha deməzdim, bazarlarda tərəvəz od qiymətinədir. Hollandiya balaca bir ölkədir. Nə qazı var, nə də nefti. Adambaşına gəliri bizdən qat-qat yüksəkdir. Nəyin hesabına? Əlbəttə ki, seleksiyanın hesabına! Bizdə bəzi sahələrdə inkişaf var. Məsələn, taxılçılıq sahəsi çox yaxşıdır. Zamanında İmam Mustafayev və Cəlal Əliyevin böyük əməkləri nəticəsində taxılçılıq sahəsində bu gün o inkişafı görürük. İnsan bir elmə gələndə elə bilir ki, hər şeyi ediblər. Dərinə gedəndə bilirsən ki, hələ görüləsi çox işlər var. Bizdən sonra minlərlə nəsil gələcək, hər zaman da inkişaf olacaq. Hər bir elmin hər zaman inkişafa ehtiyacı var” deyə o bildirib.

Qeyd edək ki, Sultanhəmid Hacıyev həm də istixana şəraitində ekzotik və tropik meyvələr yetişdirib. Bu meyvələrə banan, papaya, əjdaha meyvəsi, anona, lonqan, rambutan, kakos və s. misal çəkmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri