Icma.az
close
up
RU
Bir qrup xarici jurnalist Diaspor Komitəsində olub, beynəlxalq media ilə əlaqələr müzakirə olunub

Bir qrup xarici jurnalist Diaspor Komitəsində olub, beynəlxalq media ilə əlaqələr müzakirə olunub

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir qrup xarici jurnalist Diasporla İş üzrə Dövlət Komitəsində olub, sədr müavini Elşad Əliyevlə görüşüblər. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, bunlar “Report" İnformasiya Agentliyinin ABŞ bürosunun əməkdaşı Vüsalə Abbasova, İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ müxbiri Stefano Vakkara və “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti, iordaniyaəsilli jurnalist Jordan Dakamsehdir.Sədr müavini qonaqlara azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası barədə məlumat verərək qeyd edib ki, hazırda 70 ölkədəki həmvətənlərlə geniş əlaqələr mövcuddur və diasporun mərkəzləşdirilmiş formada işləməsi üçün Koordinasiya Şuraları yaradılıb, dünyanın 20 ölkəsində 30 Azərbaycan Evi açılıb.Onlar Azərbaycan, ümumilikdə regionla bağlı məlumatlılıq səviyyələrinin artmasına bu səfərin ciddi təsir göstərdiyini söyləyiblər. Qənaət və müşahidələrini bölüşən jurnalistlər Azərbaycan dövlətinin diasporun inkişafı ilə bağlı ciddi səylər göstərdiyini, öz təcrübələrində bu cür hallara, demək olar ki, rast gəlmədiklərini və müsbət mənada təəccübləndiklərini dilə gətiriblər. Xarici jurnalistlər təmsil etdikləri ölkələrlə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına diqqət çəkib, ölkə ilə bağlı obyektiv məlumatların yayılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıblar.Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular, o cümlədən Dövlət Komitəsinin və diasporun xarici media ilə əlaqələri, Azərbaycan diasporunun müharibə və postmüharibə dövründə informasiya savaşının güclü tərəfinə çevrilməsi, beynəlxalq medianın obyektiv fəaliyyəti kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri