Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bir səfərin tarixçəsi: 32 illik qəriblik hekayəsi və ya zəngilanlı Sultan əmini Sumqayıtla nə birləşdirir? KONKRET

Bir səfərin tarixçəsi: 32 illik qəriblik hekayəsi və ya zəngilanlı Sultan əmini Sumqayıtla nə birləşdirir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biləndə ki, Zəngilana təşkil edilən mediaturda mən də iştirak edəcəyəm, çox təsirləndim. Heç vaxt üzünü görmədiyim, amma həsrətində olduğum bir məkana ayaq basmaq doğrudan da təsirli idi. Həm də oraları ziyarət etmək, görülən işlərlə tanış olmaq səfərə əlavə maraq qatırdı.

Fevralın 7-də “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin Zəngilana təşkil etdiyi mediaturla əlaqədar həmkarlarımla birgə Zəngilana yola düşdük.

Məqsəd “Azərişıq” ASC-nin gördüyü işlərlə tanışlıq idi. Eyni zamanda səfər “Azərişıq” ASC-nin 10 illik yubileyi ərəfəsində təşkil edilmişdi, yəni bir növ hesabat xarakteri daşıyırdı. Ona görə də yolumuzu Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən saldıq.

Amma Zəngilana gələnə qədər yolboyu gördüklərimin təsirindən çıxa bilmirdim. Viran qalan Zəngilana ilk ayaq basdığım an 32 il əvvəl rastlaşdığım əhvalatı xatırladım.  Nə qədər çalışsam da, həmin anı fikrimdən çıxara bilmirdim və mənə elə gəlirdi ki, Zəngilanın işğalı vaxtı evini tərk etmiş Sultan əmiyə qonaq gedirəm. Elə bilirdim ki, yanımdadır, mənimlə danışır, onunla qarşılaşdığımız həmin soyuq payız axşamını xatırlayır. Səsli-küylü avtobusda gözlərimi yumanda Sultan əminin çöhrəsi, 32 il əvvəl rastlaşdığım nurani adamın sifət cizgiləri gözlərim qarşısında canlanırdı. Dağıdılan evlərdə, tarmar olan yurd-yuvalarda itib-batan keçmişə qayıdırdım. Bu, uzun tarix deyil, cəmi 32 il keçib və hadisələr 1993-cü ilin payızında cərəyan edib. Zəngilana daxil olduğum anlardan mənə elə gəlirdi ki, Sultan əmi yolumuzun üstündə dayanıb, “xoş gəldin” deyir. Xəyalımda canlandırdığım adamın sifətində heç bir ifadə yox idi. Elə bil heç 32 il əvvəl gördüyüm Sultan əmi də deyildi. Qəmgin və narahat gözlərilə gəlişimizə sevinirdi.

Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində başlayan mətbuat konfransı zamanı bir daha  yadıma düşən bu xatirənin maraqlı tarixçəsi var.

…1993-cü ilin noyabrın əvvəlləridir və gecə saat 12 radələrində Bakıdan Sumqayıta qayıdan avtobusdakı adamlar bir neçə gün əvvəl  baş verən növbəti faciədən danışırlar. Zəngilan işğal olunmuş, uzun müddət blokada vəziyyətində qalan rayon camaatı Arazı adlayıb İrana keçə bilmişdilər. Zəngilanlıların çoxundan hələ də xəbər yox idi. Elə bil hər kəs işğal olunan yeddinci rayonumuza yas tuturdu. Üzlərdən pərişanlıq yağırdı, biz məğlub olmuşduq, Zəngilan da əldən getmişdi. Biz Sumqayıta çatanda yağış ara vermir, leysanın islatdığı adamlar evlərinə tələsirdilər. Şəhərdə işıqlar sönmüş, hər tərəf zülmətə qərq olmuşdu. Hamı başını götürüb dəhşətli yağışdan qaçırdı. Təkcə bir qədər aralıda, yağışın altında tənha dayanan adam heç yana tərpənmirdi. Duruşundan şəhər adamına oxşamırdı və nəzərləri bir nöqtəyə zillənmişdi. Qərib adamın yağışın altında dayanması ətrafdakıları qəti maraqlandırmırdı. Adam elə bil donmuşdu. Heç kimə yaxınlaşmır, sakitcə gəlib-keçənlərə tamaşa edirdi. Yaxınlaşıb salam verdim. Köhnə kişilərə xas əda ilə başını qaldırıb salamımı aldı. Fürsəti əldən verməyib dərhal söhbətə başladım.

– Salam, əmi – deyə müraciət etdim – Bura adamına oxşamırsan, neçə nömrəli marşrutu gözləyirsən?

Təxminən 70-75 yaşlarında olan kişi başını aşağı saldı, islanan papağından tökülən su üzünü görünməz etdi. Mənə elə gəldi ki, qarşımda dayanan adam öz doğmamdır və haradasa illərdir axtardığım əzizimdir. Kişiyə bir qədər də yaxınlaşıb gecə vaxtı şıdırğı yağışın altında dayanmasının səbəbini soruşdum.

Hiss etdim ki, danışmağa həvəsli deyil. Güclə dilləndi:

– Adım Sultandır, qəribəm, buraları da tanımıram. Zəngilandan iki-üç gündür çıxmışam. Ailə-uşaqdan da xəbərim yoxdur.

Sultan əmi danışa-danışa ətrafa boylandı. Elə bil leysandan qaçan adamlar arasında itirdiyi əzizlərini axtarırdı. Evə dəvət etdim. Bir qədər susub:

– Yox, sizə əziyyət olar, – dedi.

Onu birtəhər dilə tutub evə getməyə razı saldın. Sultan əmi başlarına gələn faciəni birnəfəsə danışır, bərk kövrəlirdi. Danışdıqca  göz yaşlarını saxlaya bilmirdi. Zəngilanlıların başına gətirilən müsibətləri öz gözləri ilə görmüşdü. Ailəsini isə “gördüm” deyən yox idi. Deyirdi ki, onlar ayrı-ayrı maşınlarda çayı keçiblər. İndi onları axtarır.

– Sumqayıtda qohum-əqrəbadan kimin var? – deyə soruşdum.

Tez əlini cibinə atdı, nəsə axtarmağa başladı. Nəhayət, hansısa cibinin küncündən islanmış, əzik-üzük bir kağız parçası tapdı. Sumqayıtda yaşayan uzaq qohumunun telefon nömrəsini yazmışdı. Rəqəmlər güclə oxunurdu.

Səhər açılanda Sultan əminin qohumlarını axtardım. Axır ki, telefon zənglərimə cavab verən tapıldı və Sultan əmini həmin ünvana apardım.

Bu əhvalatı 32 ilə yaxındır həmişə xatırlayıram. 2020-ci il oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyev Zəngilanın işğaldan azad olunması müjdəsini verəndə ilk yadıma düşən də Sultan əmi idi. “Görəsən, sağdırmı? Sağ-salamatdırsa, bu xəbəri necə qarşıladı?”, -deyə öz-özümə düşündüm.

Zəngilana ilk ayaq basdığm dəqiqələrdə gözüm Sultan əminin evini axtardı. Bu dağılan evlərin hansıdır Sultan əminin evi? Görəsən, Sultan əmi ailəsini tapa bildimi? Zəfər tariximizi görmək ona nəsib oldumu?   

Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində isə mətbuat konfransı davam edirdi. “Azərişıq” ASC-nin rəsmiləri jurnalistlərin suallarına cavab verirdilər. Zarafat deyil, 10 ildir ki, “Azərişıq” xalqa xidmət edir. Azad olunan ərazilərdə Azərbaycan Ordusu ilə daban-dabana irəliləyib. Qardan-soyuqdan çəkinmədən, bütün çətinliklərə sinə gərərək bir neçə günə Şuşanı elektrik enerjisi ilə təmin edib. Daha sonra digər kəndlər, qəsəbələrdə Azərbaycan işığı yandırılıb. Onları nə düşmənin tələsi, nə də ətrafa səpələnən mina qorxudub. “Azərişıq” Qarabağın hər yerində öz işini yüksək peşəkarlıqla yerinə yetirib. Şərqi Zəngəzurda da həyat öz ritminə qayıdır və inşa edilən kəndlər, qəsəbələr işıqlandırılır. Dağıdılan kəndlərə həyat qayıdır və 27 il zülmətdə qalan yurd-yuvalarımızın işığı yanır. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılanda məlum oldu ki, hazırda işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla, 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur.

Görəsən, Sultan əminin də adı həmin abonentlər arasında varmı, onun da evində işıq yanırmı?

Mətbuat konfransı yekunlaşar-yekunlaşmaz çölə çıxıb ətrafa boylandım. Ətrafda yalnız dağıdılmış evlər görünürdü. Köhnə kişilərin qoyub getdikləri evlərdən əsər-əlamət qalmamışdı. Sultan əminin dağılan yurd yeri də buralarda olmalıydı. Kol-kos basmış ətrafda, heç kəsin gözə dəymədiyi yerdə bir gecəlik qonağımın evini axtarırdım. Rastlaşdığım yüzlərlə sultan əmilərin viran qalmış yurd yerləri idi. Hər şey dəyişib buralarda, Zəngilana yenidən həyat qayıdır. Gec-tez həyat axarına düşəcək. Təkcə Sultan əmi və onun doğma ocağı olmayacaq. Müqəddəs məkanlarımız da yenidən qurulub. İnanc yerlərimiz bərpa edilib. Bir vaxtlar düşmənin təhqir etdiyi Zəngilan məscidi də yenidən tikilib. Zəngilan Konqres Mərkəzi, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin binaları zövqlə inşa olunub və bütün axitektura qaydalarına əməl edilib. Bütün Qarabağda və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri sürətlə davam edir. Hamının dadına ilk çatan isə “Azərişıq”dır. Hər bir işə fərdi yanaşılır və keyfiyyətli iş ortaya qoyulur. Yeni elektrik xətləri çəkilir, tikinti şirkətləri dərhal elektrik enerjisi ilə təmin olunur.

Zəngilanda şəhərin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq ÖİN-3 (özünüdaşıyan izolyasiyalı naqil) kabel xətti çəkilib. Bu xətt  İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasını həyata keçirəcək.

Beləcə, Zəngilana səfərimiz başa çatır. “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə mediatur iştirakçıları səfərdən məmnun qayıdır. Yolboyu yenə hər kəs ətrafdakı kəndləri seyr edir. Hər qarışı şəhid qanıyla yoğrulan bu torpaqlar nə qədər müqəddəsdir, İlahi! Bu torpaqlar uğrunda canından keçən, “Vətən” deyib irəli atılan, düşmənin bağrını yaran qəhrəman oğullarımızı böyük ehtiramla yad edirik. Onların canı, qanı hesabına azad edilən torpaqlarımızda indi işıqlar yanır, həyat canlandıqca canlanır…

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri