Icma.az
close
up
RU
Bir şəhəri qazanıb, digərini itirdiyimiz gündür Ermənilərin Fatehdən “qisası”

Bir şəhəri qazanıb, digərini itirdiyimiz gündür Ermənilərin Fatehdən “qisası”

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün 29 maydır: çoxumuz üçün təqvimin bir küncündəki sadə, sıradan gün…

Lakin 29 mayda tariximizdə iki təzadlı hadisə baş verib.

Bu gün Konstantinopolun fəth edilib, “İslambol” (daha sonra İstanbul) olduğu gündür!

Bu gün İrəvanın itirildiyi, “Yerevan” olduğu gündür…

Biri sanki “mən varam!” deyir, o biri isə “məni unutmayın” pıçıltısı ilə tarix kitablarının arasından boylanır.

1453-cü ildə Osmanlı sultanı II Mehmed ordusu ilə Konstantinopolun qala divarlarını aşanda, sadəcə, bir şəhər fəth edilmədi, bir dövr bağlandı. 1123 illik Bizans İmperiyası süqut edərkən, Osmanlının timsalında türk, islam əsri başladı. Əsrlər sonra eyni günün başqa səhifəsində isə qədim Azərbaycan torpağı, türk yurdu olan İrəvan əldən çıxdı.

29 may əslində nədir?

Bu, bir millətin yüksəlişi ilə məyusluğunun eyni anda nəfəs aldığı gündür. Sanki zaman bizə demək istəyir: “Fəth edə bildinsə, qorumağı da bacarmalısan!”

İstanbulun fəthini qeyd edərkən sevinir, qürur duyur, şanlı tariximiz ilə fəxr edirik. İrəvanın itkisi isə bizi qəhərə boğur. Hesab edirəm, hər iki hadisə qəlbimizdə, yaddaşımızda eyni dərəcədə yer tutmalıdır.

Tarix həm də yaşanan deyil, öyrənilən və öyrədilən yaddaşdır. İstanbul bizim gücümüzdürsə, İrəvan bizim sükutumuzda gizlənmiş fəryadımızdır.

Amma unutmamayaq ki, biz yalnız itirə bilən deyil, geri ala bilən millətik!

1453-cü il İstanbul fəth edildi, bir çağ başa çatdı. Lakin 1683-cü ildə Vyana qapılarında dayanan Osmanlı artıq zəfər nəğməsini deyil, susqun geri çəkilişin ilğımını yaşadı. Ta ki, 1921-ci ilin Sakarya çayında, Mustafa Kamal Atatürk “ya istiqlal, ya ölüm!” deyən bir milləti ayağa qaldırana qədər…

Türkiyə küllərindən doğulan bir simurq kimi yüksəldi!

Azərbaycan isə…

29 mayda İrəvan əldən çıxdı. Sonra Göyçə. Sonra Zəngəzur. Ən son isə Qarabağ!

Amma unutmadıq…

Və 2020-ci ilin 44 günlük savaşında yenidən dirildik özümüzə qayıtdıq!

Yıxılsaq da qalxdıq, itirsək də, qaytara bildik!

Çünki biz yalnız döyüşən xalq yox, yenidən doğulan millətik.

Sonda isə deyim ki, Tarix təkər kimidir. Yetər ki, biz onu doğru yöndə fırladaq!

Turan Rzayev
Globalifno.az-ın siaysət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri