Icma.az
close
up
RU
Bir şəklin tarixçəsi “Qarabağ”a baş məşqçilik etmiş MİLLİ QƏHRƏMAN

Bir şəklin tarixçəsi “Qarabağ”a baş məşqçilik etmiş MİLLİ QƏHRƏMAN

Icma.az, Modern.az saytına istinadən bildirir.

Gündəm “Qarabağ”dı… Azərbaycanı Avropa meydanlarında tanıdan futbol brendimiz... Dünən Macarıstanın “Ferentsvaroş” klubunu Çempionlar Liqasından kənarlaşdıran və Liqa mərhələsində yoluna davam edən “Qarabağ” sevilməyə layiq olduğunu bir daha təsdiqlədi...

“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə çıxmaqla hətta futbolla maraqlanmayan azərbaycanlıları belə öz təsir dairəsinə sala bilib... İndiyə kimi futbolumuz üçün bu qədər möhtəşəm hədəflərə nail olunmamışdı. Bunu “Qarabağ” etdi...

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikası “Qarabağ” klubuna həsr olunub.

Bu şəkil “Qarabağ”ın keşməkeşli tarixindən bir səhifədir. O səhifə ki, orada Azərbaycanın qeyrətli oğlu, cəsur döyüşçü, əfsanəvi komandir, şəhid Milli Qəhrəman Allahverdi Bağırov da təsvir olunub.

"Qarabağ” futbol klubunun bugünkü qələbələrində onun da zəhməti var. Allahverdi Bağırov bu klubu yaşadan, onu irəliyə aparan şəxslərdən biri olub.

Allahverdi Bağırov vaxtilə əvvəlcə "Qarabağ"ın şərəfini qoruyan futbolçu, sonra da klubun baş məşqçisi olub.
1970-ci ildə "Qızıl sünbül" kubokunun "Cəbrayıl" komandası ilə keçirilən final oyununda Ağdam klubunun kapitanı məhz o idi - 5 nömrəli futbolçu Allahverdi Bağırov.

O, 1976-cı ildə klubun baş məşqçisi təyin olunmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük rol oynamışdı.

1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranlarının 1:1 hesabı ilə başa çatan qarşılaşmasında Ağdam klubunun qolunu Allahverdi Bağırov vurmuşdu.

Şəkildə Allahverdi Bağırov baş məşqçi kimi sağda dayanıb.

O, Qarabağ bölgəsində müharibə başlayanda bütün digər işləri - o cümlədən futbolu - kənara qoyub silaha sarıldı. Əvvəlcə Ağdamda özünümüdafiə batalyonunun yaradılmasında iştirak etdi, sonra ona komandirlik etdi, Xocalıda əsir və girov götürülmüş yüzlərlə soydaşımızı ermənilərin əlindən qurtardı... Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında xüsusi rol oynadı...

Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşdu və həmişə də öndə getməklə qorxmazlığı ilə silahdaşlarını ruhlandırdı.

1992-ci ilin 12 iyununda minaya düşərək həlak olan Allahverdi Bağırov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
 

“Qarabağı”ın tarixindən: Klubun yaranması 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klub peşəkar bir idman təşkilatı kimi formalaşdırılıb. Yarandığı gündən sonra bir müddət “Məhsul” adı ilə çıxış edən komanda ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il çempionatı 4-cü yerdə başa vurub.

Klub 1968-ci ildəki ölkə birinciliyində 2-ci yeri tutub. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmayıb.

1977-ci ildə komanda “Şəfəq” adı ilə yenidən bərpa edilib. 1982-ci ildən 1987-ci ilə qədər isə klub “Kooperator” adı ilə yarışlara qatılıb.
1987-ci ildə Adil Nadirov komandanı yenidən “Qarabağ” adı ilə təsis edib və ilk prezidenti olub.
“Qarabağ” ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Qeyd edək ki, bu çempionluq hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən qazanılmışdı. Həmin çempionluqdan sonra “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə “Qarabağ” SSRİ çempionatının 9-cu zonasında yarışıb. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olunub. “Qarabağ” Azərbaycanın yeganə klublarından biridir ki, indiyə kimi keçirilən bütün mövsümlərdə iştirak edib.


Müstəqillik illərində “Qarabağ”ın ağır günləri də az olmayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda “qaçqın klub” kimi fəaliyyət göstərib. O zaman klub həm də maddi sıxıntılardan ciddi şəkildə əziyyət çəkirdi.
O ərəfədə Adil Nadirov komandanın yaşaması üçün fədakarlıq göstərərək “Qarabağ”ı qoruya bildi.
Çətinliklər və ağır günləri yaşayan “Qarabağ” 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da “Qarabağ”ı tərk etməsinə gətirib çıxarmışdı.
Bütün bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri “Azərsun” şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu.

Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırıldı. 2001-ci ildə “Qarabağ-Azərsun” ölkə çempionatında 9-cu yeri tutdu.

2003-cü ildə “Qarabağ-Azərsun”un rəhbərliyinə gələn Tahir Gözəl (“Azərsun” şirkətinin mərhum prezidenti Abdolbari Gözəlin oğlu-red.) klubun uğur qazanması üçün bütün imkanları səfərbər etdi. Nəticədə 2002-2003-cü illər mövsümündə klub Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı - 3-cü yeri tutdu.


2004-cü ildə İsveçdə yaşayan həmyerlimiz, təcrübəli məşqçi İqor Ponomaryov baş məşqçi postuna gətirildi. Qısa zamanda ölkənin ən aparıcı futbolçuları heyətə cəlb olundu.

2004-cü ildə “Azərsun” sözü klubun adından çıxarıldı və “Qarabağ” tarixi adı geri qaytarıldı.

2006-cı ildə yeni baş məşqçi Böyükağa Ağayev komandanı ölkə kubokunun sahibi etdi.
 

Nəhayət 2008-ci ilin avqustunda klub rəhbərliyi baş məşqi postuna Qurban Qurbanovu gətirdi. Və bu addım "Qarabağ"ın tarixində yeni səhifə açdı. Qurban Qurbanov baş məşqçi kimi elə ilk mövsümündə "Qarabağ"ı Azərbaycan kubokunun qalibi etdi. Sonrakı iki ildə komanda ölkə çempionatında bürünc medal qazandı. 2013/14-cü illər mövsümündə isə "Qarabağ" ölkə çempionu oldu.

Bu çempionluqdan başlayaraq 2014/15, 2015/16, 2016/2017, 2017/18, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025-ci illər mövsümündə də “Qarabağ” çempionluq titulunu qorudu. Bundan başqa 2015, 2016 və 2017, 2022, 2024-ci illərdə çempionluqla yanaşı, Azərbaycan kuboku da qazanıldı.

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi dövründə 10 dəfə UEFA-nın klub turnirlərinin qrup mərhələlərinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazıb. "Qarabağ" 7 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqası, 1 dəfə isə Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Komanda 2021/22-ci illər mövsümündə Konfrans Liqasının qrup mərhələsini keçməklə Azərbaycan futbolu tarixində növbəti ilkə imza atıb.
2023/24-ci illər mövsümündə Avropa Liqasının 1/8 finalına çıxan "Qarabağ" daha bir tarixi nailiyyətə imza atıb.
​​​​​​İnanırıq ki, “Qarabağ” tarix yazmağa davam edəcək...

Əfqan Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri