Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? Lalə Bağırova

Bir yöndəmsiz birəyə görə köynəyi dəyişərlər? Lalə Bağırova

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Lalə Bağırovanın "Yöndəmsiz birə…" yazısını təqdim edir.

Səhər yuxudan oyandım, telefonun saatına baxdım.
“Aman Allah gecikmişəm!”
İşin başlama saatıdır, mən isə, hələ indi yuxudan oyanıram. Təşvişlə bir gün öncə işə gecikməyimlə bağlı baş vermiş xoşagəlməz hadisəni xatırladım. Rəhbərim buna görə mənimlə çox kobud davranmışdı.
Adətən vəzifə insana uyğun olmayanda bu cür hallar baş verir. Şəxsdən birmənalı olaraq zəhləm getdiyi üçün əlimi anlıma vuraraq yerimdən sıçradım. Mənimlə prinsip apardığı açıq-aşkar görünürdü. Adətən adi vaxtlar arxayın, tələsmədən hazırlaşan mən, ikicə dəqiqə sonra artıq taksi axtarırdım.
Bu azmış kimi, yadıma düşdü ki, dünən, bu gün üçün saat 9:00-da iclas təyin olunub. Mən isə hələ 9-da yuxudan ayılırdım. İndi ən yaxşı halda işə yarım saata çata bilərdim.
Özümü belə çıxılmaz vəziyyətə hazırlamağa çalışdım, ən bərbad planları beynimdə götür-qoy edib, hətta işdən çıxmaq üçün ərizə yazma epizodunu beynimdə canlandırdım.
Bircə ərizəyə qədər olan uyğunsuz situasiya gözümə dururdu. Bir taksi sürən kişi var, ara-sıra onunla işə gedirəm, təmkinli davranışı, müdrik danışığı, hərdən sakit baxışı mənə nədənsə nənəmi xatırladır. Taksı gəldi və mən əyləşdim. Baxdım ki, yenə həmin kişidir. Sanki nəsə hiss etdi, çönüb üzümə baxdı. Dedi:
- Deyəsən, kefin yoxdur?!
Qısa cavab verdim, hər şey yaxşıdır, sadəcə işə gecikirəm.
Kişi saatına baxdı, sanki, nə qədər gecikdiyimi təyin etmək istəyirdi. İş yerimin ünvanını ona bildirməyə ehtiyac qalmadı, yaxşı tanıyırdı. Mülayim şəkildə, - canın sağ olsun, - dedi. Amma səsində təəccüb və tərəddüd hiss olunurdu. Çalışıb tez çatdıracağını, söylədi. Mən isə qətiyyən danışmaq istəmirdim, ona görə, susdum. İçimdə təlatüm qaynayırdı.
Özümü bir yolla sakitləşdirməyə çalışırdım. Gah zaman anlayışının bizim təxəyyülümüzün məhsulundan başqa bir şey olmadığını düşünür, gah da təsəlli olaraq köhnə iş yerimi xatırlayırdım. Köhnə iş yerində hər kəslə çox hörmətlə davranırdılar, hətta mərkəzdə yerləşən tibbi marketə gələnlərə xüsusi ətirli çay təklif edilirdi. Bu səbəbdən dəfələrlə kasıb insanların məhz burada özlərini dəyərli insan kimi hiss etdiklərini, yaxşı geyinib-kecinib, təşrif buyurmalarını görürdüm.
Orada statusundan asılı olmayaraq, bütün insanlara eyni cür davranılır, bəy və yaxud xanım, deyə müraciət olunur, ən əziz qonaq kimi başa keçirilirdi.
Sürücü dediyi kimi də etdi, məni tez bir zamanda ofisə çatdırdı. Saat 9:20-də artıq orada idim. Hər gün yollar hədsiz tıxac olur, bu gün isə bəxtimdən hər tərəf bom-boş idi. Tanrının lütfüdür, deyə düşündüm. İşə çatdım. Ofisdə elə bir ab-hava hökm sürürdü ki, elə bil tufan öncəsi sakitlikdir.
Pilləkənləri qalxa-qalxa ürəyimin sürətlə döyündüyünü hiss etdim. Sanki ürəyim döş qəfəsimi yarıb bayıra çıxmaq istəyirdi. Gözlərim hədəqədən çıxır, öz orbitinə yerləşmirdi. Tez-tez nəfəs alırdım və hiss edirdim ki, oksigen azalır, panik hücumun bir addımlığındayam.
Özumü toparlayıb əvvəlcə iş otağının qapısını açdım. Baxdım ki, həs yoxdur. Yəqin hamı iclas otağındadır. Çantamı masamın üzərinə qoyub cəld ora tələsdim. Əlimi iclas otağının qapısına sarı uzatdım, dəstəyi burdum. Nə qədər qəribə də olsa, qapı bağlı idi.
Rəhbər işçidən hər cür rəzilllik gözləyrdim, ona görə düşündüm ki, yəqin tələ qurub, qəsdən qapını içəridən bağlayıb ki, daha pis vəziyyətə düşüm. Dəstəyi sərt şəkildə aşağı-yuxarı hərəkət etdirdim. Qəflətən gözüm yan otagda əyləşib, iş görən, mənə təəccüblə baxan həmkarıma sataşdı və biz göz-gözə gəldik. Həmin an mən onun baxışlarından hər şeyi anladım.
Bir anlıq dayandım. Süstləşdim və sakitcə otağa qayıtdım. Saata baxdım, hələ 8:30 idi. Artıq məsələ aydın olmuşdu. Taksi sürücüsünün saata baxışı, səsindəki təəccüb, yolların qeyri-adi şəkildə boşluğu, ofisin hədsiz sakitliyi. Mən hər şeyi bir saat yanlış anlamışdım.
Taqətsiz halda yerimə əyləşdim, bu vaxt iş yoldaşım halımdan narahat olaraq yanıma gəldi:
- Əzizim, hər şey qaydasındadır?!
- Bəli, narahat olmayın, yaxşıyam.
Bir daha məni diqqətlə süzdü, - yaxşı, olsun, - deyib, çixıb getdi. Sonra, ona hər şeyi danışdım.
Söhbətin bu məqamında, üzümü oxuculara tuturam. Onlara, təmkininizi hər zaman qoruyun, səbrli olun, deyirəm. Yadda saxlayın ki, mənasız təşviş əlavə problemlərə yol açır, sağlam düşüncəni pozur və ruhi tarazlığı sıradan çıxarır.
Həyatınızın sükanı yalnız sizin əlinizdədir, başqa heç kəsin və artıq təşviş sizin başqaları tərəfindən manipulyasiya olunmağınıza gətirib çıxarır. Mənim vəziyyətim isə reallığın yanlış qavranılmasına yol açmışdı.
Son olaraq isə hər kəsə bir sual ünvanlayıram.
Çox sevdiyiniz işinizdə əhvalınıza uzun müddət mənfi təsir edan şəxs (əgər vəzifəcə ondan asılısınızsa) varsa, hansı prinsipə əməl edərdiniz?
Qonşun pisdir köç qurtar, yoxsa, bir yöndəmsiz birəyə görə köynəyi dəyişməzlər?

Türkiyədə antik teatr günəş enerjisi ilə işıqlandırılacaq Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi? Qaraltı - Vüqar Vanın hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Avqust 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri