Icma.az
close
up
RU
“Yöndəmsiz birə” Lalə Bağırova yazır…

“Yöndəmsiz birə” Lalə Bağırova yazır…

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhər yuxudan oyandım, telefonun saatına baxdım.

“Aman Allah gecikmişəm!”

İşin başlama saatıdır, mən isə, hələ indi yuxudan oyanıram. Təşfişlə bir gün öncə işə gecikməyimlə bağlı baş vermiş xoşagəlməz hadisəni xatırladım. Rəhbərim buna görə mənimlə çox kobud davranmışdı.

Adətən vəzifə insana uyğun olmayanda bu cür hallar baş verir. Şəxsdən birmənalı olaraq zəhləm getdiyi üçün əlimi anlıma vuraraq yerimdən sıçradım. Mənimlə prinsip apardığı açıq-aşkar görünürdü. Adətən adi vaxtlar arxayın, tələsmədən hazırlaşan mən, ikicə dəqiqə sonra artıq taksi axtarırdım.
Bu azmış kimi, yadıma düşdü ki, dünən, bu gün üçün saat 9:00-da iclas təyin olunub. Mən isə hələ 9-da yuxudan ayılırdım. İndi ən yaxşı halda işə yarım saata çata bilərdim.
Özümü belə çıxılmaz vəziyyətə hazırlamağa çalışdım, ən bərbad planları beynimdə götür-qoy edib, hətta işdən çıxmaq üçün ərizə yazma epizodunu beynimdə canlandırdım.

Bircə ərizəyə qədər olan uyğunsuz situasiya gözümə dururdu. Bir taksi sürən kişi var, ara-sıra onunla işə gedirəm, təmkinli davranışı, müdrik danışığı, hərdən sakit baxışı mənə nədənsə nənəmi xatırladır. Taksı gəldi və mən əyləşdim. Baxdım ki, yenə həmin kişidir. Sanki nəsə hiss etdi, çönüb üzümə baxdı. Dedi:

– Deyəsən kefin yoxdur?!

Qısa cavab verdim, hər şey yaxşıdır, sadəcə işə gecikirəm.

Kişi saatına baxdı, sanki, nə qədər gecikdiyimi təyin etmək istəyirdi. İş yerimin ünvanını ona bildirməyə ehtiyac qalmadı, yaxşı tanıyırdı. Mülayim şəkildə, canın sağ olsun, dedi. Amma səsində təccüb və tərəddüd hiss olunurdu. Çalışıb tez çadıracağını, söylədi. Mən isə qətiyyən danışmaq istəmirdim, ona görə, susdum. İçimdə təlatüm qaynayırdı.

Özümü bir yolla sakitləşdirməyə çalışırdım. Gah zaman anlayışının bizim təxəyyülümüzün məhsulundan başqa bir şey olmadığını düşünür, gah da təsəlli olaraq köhnə iş yerimi xatırlayırdım. Köhnə iş yerində hər kəslə çox hörmətlə davranırdılar, hətta mərkəzdə yerləşən tibbi marketə gələnlərə xüsusi ətirli çay təklif edilirdi. Bu səbəbdən dəfələrlə kasıb insanların məhz burada özlərini dəyərli insan kimi hiss etdiklərini, yaxşı geyinib-kecinib, təşrif buyurmalarını görürdüm.

Orada statusundan asılı olmayaraq, bütün insanlara eyni cür davranılır, bəy və yaxud xanım, deyə müraciət olunur, ən əziz qonaq kimi başa keçirilirdi.

Sürücü dediyi kimi də etdi, məni tez bir zamanda ofisə çatdırdı. Saat 9:20-də artıq orada idim. Hər gün yollar hədsiz tıxac olur, bu gün isə bəxtdən hər tərəf bom-boş idi. Tanrının lütfüdür, deyə düşündüm. İşə çatdım. Ofisdə elə bir ab-hava hökm sürürdü ki, elə bil tufan öncəsi sakitlikdir.
Pilləkənləri qalxa-qalxa ürəyimin sürətlə döyündüyünü hiss etdim. Sanki ürəyim döş qəfəsimi yarıb bayıra çıxmaq istəyirdi. Gözlərim hədəqədən çıxır, öz orbitinə yerləşmirdi. Tez-tez nəfəs alırdım və hiss edirdim ki, oksigen azalır, panik hücumun bir addımlığındayam.

Özumü toparlayıb əvvəlcə iş otağının qapısını açdım. Baxdım ki, heç kəs yoxdur. Yəqin hamı iclas otağındadır. Çantamı masamın üzərinə qoyub cəld ora tələsdim. Əlimi iclas otağının qapısına sarı uzatdım, dəstəyi burdum. Nə qədər qəribə də olsa, qapı bağlı idi.

Rəhbər işçidən hər cür rəzilllik gözləyirdim, ona görə düşündüm ki, yəqin tələ qurub, qəsdən qapını içəridən bağlayıb ki, daha pis vəziyyətə düşüm. Dəstəyi sərt şəkildə aşağı-yuxarı hərəkət etdirdim. Qəflətən gözüm yan otagda əyləşib, iş görən, mənə təəccüblə baxan həmkarıma sataşdı və biz göz-gözə gəldik. Həmin an mən onun baxışlarından hər şeyi anladım.
Bir anlıq dayandım. Süstləşdim və sakitcə otağa qayıtdım. Saata baxdım, hələ 8:30 idi. Artıq məsələ aydın olmuşdu. Taksi sürücüsünün saata baxışı, səsindəki təəccüb, yolların qeyri-adi şəkildə boşluğu, ofisin hədsiz sakitliyi. Mən hər şeyi bir saat yanlış anlamışdım.

Taqətsiz halda yerimə əyləşdim, bu vaxt iş yoldaşım halımdan narahat olaraq yanıma gəldi:

– Əzizim, hər şey qaydasındadır?!
– Bəli, narahat olmayın, yaxşıyam.

Bir daha məni diqqətlə süzdü, yaxşı, olsun, deyib, çixıb getdi. Sonra, ona hər şeyi danışdım.

Söhbətin bu məqamında, üzümü oxuculara tuturam. Onlara, təmkininizi hər zaman qoruyun, səbrli olun, deyirəm. Yadda saxlayın ki, mənasız təşviş əlavə problemlərə yol açır, sağlam düşüncəni pozur və ruhi tarazlığı sıradan çıxarır.
Həyatınızın sükanı yalnız sizin əlinizdədir, başqa heç kəsin və artıq təşviş sizin başqaları tərəfindən manipulyasiya olunmağınıza gətirib çıxarır. Mənim vəziyyətim isə reallığın yanlış qavranılmasına yol açmışdı.
Son olaraq isə hər kəsə bir sual ünvanlayıram.

Çox sevdiyiniz işinizdə əhvalınıza uzun müddət mənfi təsir edan şəxs (əgər vəzifəcə ondan asılısınızsa) varsa, hansı prinsipə əməl edərdiniz?

Qonşun pisdir köç qurtar, yoxsa, bir yöndəmsiz birəyə görə köynəyi dayişməzlər?

Lalə Bağırova
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri