Icma.az
close
up
RU
Bir zamanlar ayıb sayılırdı, indi isə trendə çevrilr

Bir zamanlar ayıb sayılırdı, indi isə trendə çevrilr

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Dünən iştirak etdiyim bir məclisdə maraqlı mənzərə ilə qarşılaşdım. Yaşları 21-dən 42-yə qədər dəyişən təxminən 15 nəfər bir araya gəlmişdi. Oradakıların böyük hissəsi artıq boşanmışdı, digərləri isə ümumiyyətlə evlənmək barədə düşünmədiyini deyirdi.
Müasir insan həqiqətənmi tənhalığı seçir, yoxsa münasibətlərin gətirdiyi məsuliyyət və risklərdən qaçır? Bəlkə də söhbət təklik sevgisindən deyil, dəyişən dövrün insanlara fərqli həyat modelləri təqdim etməsindən gedir. Düşündüm ki, insanlar doğrudanmı azad olmaq üçün tək qalmağa üstünlük verirlər, yoxsa tək qalmağı azadlıq kimi qəbul etməyə başlayıblar?
Bir vaxtlar insanın müəyyən yaşı keçəndən sonra evlənməsi, ailə qurması və övlad sahibi olması həyatın dəyişməz qanunu hesab edilirdi. Cəmiyyətdə demək olar ki, çox şey bu qaydanın üzərində qurulmuşdu. Ancaq son illər bu mənzərə sürətlə dəyişir. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da tək yaşayan insanların sayı günü-gündən artır. pizza hut
Əvvəllər “evdə qalmaq”, “ailə qurmamaq” bir növ uğursuzluq kimi qəbul olunurdu. Bu gün isə xüsusilə böyük şəhərlərdə vəziyyət tamamilə fərqlidir. Artıq 30, hətta 40 yaşına çatmış insanlar evlənmədiklərinə görə özlərini narahat hiss etmirlər. Əksinə, bir çoxları bunu şəxsi azadlıq kimi qiymətləndirirlər.
Məsələnin ən maraqlı tərəfi odur ki, insanlar artıq tək qalmaqdan da qorxmurlar. Çünki əvvəlki nəsillərdən fərqli olaraq onların sosial ehtiyaclarını ödəyən başqa vasitələr var. Sosial şəbəkələr, onlayn platformalar, dost çevrələri və iş həyatı ailənin bir zamanlar daşıdığı funksiyaların bir hissəsini öz üzərinə götürüb.
Tək yaşamağı seçən insanların əsas arqumentləri də fərqlidir. Çoxları düşünür ki, belə olan halda heç kimə hesabat vermirsən, nə vaxt istəsən yatırsan, nə vaxt istəsən səyahət edirsən, pulunu necə istəsən xərcləyirsən. Mübahisə yoxdur, qısqanclıq yoxdur və s.
Amma məsələnin görünməyən tərəfləri də var.
Düşünürəm ki, insanlar heç vaxt bu qədər biri-birinə yaxın olmayıb, amma eyni zamanda heç vaxt bu qədər tənha da olmayıblar.
Məncə, son illər ən çox danışılan problemlərdən biri məhz sosial təcrid və emosional tənhalıqdır. Maraqlıdır ki, bəzən ətrafında yüzlərlə dostu olan insanlar belə özlərini tamamilə tək hiss edirlər.
Düşünürəm ki, boşanmaların artması, xəyanət xəbərləri, məişət zorakılığı halları və uğursuz münasibət nümunələri gənclərdə evliliyə qarşı fobiya yaradır. Bir çox insan düşünür ki, xoşbəxt olmayan evlilikdənsə, tək yaşamaq daha yaxşıdır.
Bəlkə də problem ailənin özündə deyil, insanların münasibətlərə yanaşmasındadır.
Müasir dövrdə hər kəs mükəmməl partnyor axtarır. Sosial şəbəkələr insanlarda ideal həyat və ideal münasibət illüziyası yaradıb. Bunun da fəsadlarını günü-güdən görürük.
Bəs tək yaşamağın populyarlaşması cəmiyyət üçün təhlükədirmi?
Bəziləri düşünür ki, bu, fərdi azadlığın bir formasıdır. İnsanlar artıq cəmiyyətin istədiyi kimi deyil, öz istəklərinə uyğun yaşayırlar.
Ümumi nəzər saldıqda bəlkə də məsələ tək yaşamaqda deyil. Problem odur ki, insanlar həm azad olmaq, həm də tək qalmamaq istəyirlər. Həm heç kimə bağlı olmaq istəmirlər, həm də yanında güvənə biləcəyi birinin olmasını arzulayırlar.
Bu isə müasir insanın ən böyük paradoksudur.
Bəs insan azadlığını itirmədən yaxın münasibət qura bilərmi?
Görünür bu sualın cavabını tapmaq hələlik çətindir. Lakin görünən mənzərə heç də ürəkaçan deyil…
Aydan Hacı
Yenisabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri