Birbank dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün olan yaş həddi 70-dən 73-ə yüksəldilib.
Beləliklə, artıq 73 yaşadək təqaüdçülər bankın nağd pul krediti məhsullarından yararlana biləcəklər. Müştərilərinin fərqli ehtiyaclarını nəzərə alaraq məhsul və xidmətlərini davamlı şəkildə inkişaf etdirən Birbank bu yeniliklə daha geniş yaş qrupundan olan şəxslərə çevik və əlçatan maliyyə həlləri təqdim etməyi hədəfləyir.
Yeni şərtlərə əsasən, təqaüdçülər 50 000 manatadək nağd pul krediti almaq üçün banka müraciət edə bilərlər. Kreditin rəsmiləşdirilməsi Kapital Bank/Birbank filialları və rəqəmsal mərkəzlərində həyata keçirilir.
Nağd kredit məhsulu haqqında məlumat: www.b-b.az/8EkFLv
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















