Icma.az
close
up
RU
Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müşavirə

Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müşavirə

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA-nın Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı müşavirə keçirilib. 

XQ xəbər verir ki, tədbirdə yubileylə əlaqədar elmi tədbirlərin təşkili və icrası, nəşrlərin hazırlanması və yayılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunub.

Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan ictimaiyyəti və türk dünyası ilə əlaqələrin daha da genişləndirilməsi üçün mühüm tarixi hadisə kimi dəyərləndirib. O, 1926-cı il fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultayın məhz AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirildiyini xatırladaraq, qurultayın türkoloji fikrin formalaşmasında və inkişafında mühüm rol oynadığını vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, həmin qurultay bu gün də türkoloji tədqiqatlar üçün ideya və metodoloji mənbə kimi aktuallığını qoruyub saxlayır.

AMEA rəhbəri dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq, Akademiyada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu çərçivədə Akademiyada xüsusi Tədbirlər Planının hazırlandığını söyləyən akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisələrində Türk dünyasının tarixi, ədəbiyyatı, folkloru, dili, musiqisi, arxeologiyası və fəlsəfəsi üzrə tədqiqatlar aparan struktur bölmələrin fəaliyyət göstərdiyini, həmçinin türkdilli ölkələrin akademik elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu istiqamətdə görülən işlər türk xalqlarının elmi-mədəni inteqrasiyasına mühüm töhfə verir.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində AMEA-da bir sıra kitab və monoqrafiyaların, fotosalnamə və tanıtma kitablarının  nəşri, humanitar və ictimai elmlər sahələrini əhatə edən elmi-tədqiqat müəssisələrində elmi konfransların təşkili, Mərkəzi Elmi Kitabxanada kitab və virtual sərgilərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. AMEA prezidenti, həmçinin "Türkologiya" jurnalının Qurultayın 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşrinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Daha sonra Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı təşkilati məsələlər müzakirə olunub. 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli, Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu, Mərkəzi Elmi Kitabxanının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, Yunus Əmrə İnstitutunun müəllimi Hüseyn Musayev və başqaları çıxış edərək təkliflərini səsləndiriblər.

Müşavirədə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri