Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

“Birləşmiş Ştatlar daxilində başlayan proses Avropa İttifaqına da keçəcək”

“Birləşmiş Ştatlar daxilində başlayan proses Avropa İttifaqına da keçəcək”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Əli Zülfüqaroğlu: “Avropa İttifaqını idarə edən marionetlər sıradan çıxarılacaq”

“USAID, “Freedom House” kimi bir sıra təşkilatların əsas funskiyası lazım olan zaman dövlətlərə təzyiq kartı kimi istifadə olunmasıdır”.
Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu USAID-in ləğvi ilə bağlı yayılan məlumatları TodayPress-ə şərh edərkən deyib.
O, Birləşmiş Ştatlar və Avropa mərkəzli bənzər təşkilatların dünyada bir sıra problemlər yaratdığını, Tramp və Bayden administrasiyası arasındakı ideoloji ziddiyətlərin arxasında da bu yanaşmanın dayandığını xatırladıb. Bu xüsusda bildirib ki, Trampın siyasəti ABŞ-ni qlobal maliyyə sisteminin əsarətindən xilas etmək və dövləti əsl sahiblərinə qaytarmaq xarakteri daşıyır: “Yəni Tramp, bu ideologiyanın alternativi olan milli dövlət anlayışının dünyada aparıcı güc olması ilə bağlı mübarizə aparır. Bununla bağlı Tramp inauqurasiya mərasimində ilk siqnalları verdi. Bir sıra tezislər səsləndirdi və eyni zamanda İlon Maskın sahəsi ilə bağlı “hökmümüz Marsa qədər uzanacaq” tezisini açıqladı. Bu tezis baş verən və bundan sonra da ciddi təhlükələrlə müşahidə olunacaq savaşın əsas şifrəsidir”.
Politoloqun sözlərinə görə qlobal maliyyə təsisatları uzun illər ərzində mondializm geosiyasi nəzəriyyəsinin reallaşmasına səy göstəriblər: “Bunu USAID, “Bilderberq klubu”, NATO kimi yüzlərlə belə mondialist təşkilatlar vasitəsilə, heç kimin hiss etməyəcəyi üslubda və tədricən həyata keçirməyə çalışıblar. Yəni onlar hesab edirlər ki, vahid dünya höküməti yaranmalı və dünya məhz belə idarə olunmalıdır. İlk baxışda bu anormal düşüncə məhsulu inandırıcı görünməsə də əslində bunun reallaşdırılmasının praktiki mexanizmləri mövcuddur və dövlətləri təhdid edir. Ona görə də Trampın “bu təşkilatı dəlilər idarə edir”,-ifadəsi təsadüfən səsləndirilməyib və digər bənzər təşkilatlara qarşı da addımların atılacağını düşünürəm.
Bunun kiçik örnəkləri var, məsələn, Avropa İttifaqı modeli. Mondializmin sifarişçiləri hesab edirlər ki, vahid dünya hökumətinin reallaşması üçün kosmik hakimiyyət mütləq şərtdir. Burada kosmik gücə sahib olmaq və bununla da dövlətləri təzyiq altında saxlamaq üçün daha üstün texnoloji imkanlardan istifadə etmək prioritetdir”.
Analitik qeyd edib ki, “SPACE X” şirkətinin rəhbəri və qeyd edilən kosmik gücə malik olan İlon Maskın Trampın yanında olması təsadüfi deyil: “Əslində Maskın nə üçün Tramp hökümətinə lazım olması faktını Tramp özünün inauqurasiya mərasimində səsləndirdiyi “hökmümüz Marsa qədər uzanacaq”,-ifadəsi ilə açıqladı. Tramp hakimiyyətində yer alan İlon Mask detalını anlasaq, hazırda ABŞ daxilində və buradan qaynaqlanaraq dünyanın müxtəlif bölgələrində təzahür edən qlobal savaşın getdikcə daha dəhşətli xarakter alacağını proqnozlaşdırmaq mümkündür. Söhbət dünya hakimiyyəti uğrunda savaşdan gedir və burada güzəşt, kompromis kimi anlayışlar mövcud deyil. Əslində Trampa bu ideloji savaşda Rusiya, Türkiyə və eyni zamanda bir sıra dövlətlərin və liderlərin dəstəyi lazımdır. Dünya yenidən şəkillənir”.
Sonda Politoloq diqqətə çatıdırıb ki, Trampın attığı addımlar qlobal savaşın şiddətlənəcəyinə işarədir və bunun nəticələr çox ağır böhranlara səbəb olacaq: “Dünya hazırda bu dönəmə doğru sürətlə irəliləyir. Bu savaş 2020-ci ildə olduğu kimi qlobal maliyyə sistemi və onun törəmə təşkilatları ilə Amerikanın hazırki hökuməti ilə bir sıra dövlətlərin birgə aparacağı mübarizə olacaq.
Bu mübarizə dünyanın bütün bölgələrində, eyni zamanda insanların şüurunda oturuşmuş şəbəkəyə qarşıdır.
Birləşmiş Ştatlar daxilində başlayan proses bir müddət sonra Avropa İttifaqına da keçəcək. İlk növbədə xüsusilə Fransa və Almaniya hökumətlərinin timsalında Avropa İttifaqını idarə edən marionetlər sıradan çıxarılacaq. Trampın Avropadan sağçı liderləri inaqurasiya mərasiminə dəvət etməsi maronetlərə “savaşa hazır olun” mesajı idi. Bu da o deməkdir ki, Avropa İttifaqında xaos qaçılmaz olacaq, marionetlərin devrilmə prosesinə start veriləcək, həmçinin ittifaqın dağılma prosesi sürətlənəcək.
Bununla da dünya iqtisadiyyatı və maliyyə sistemində böhran daha da dərinləşəcək.
Yəni Birləşmiş Ştatlar və dünya əhalisi bu savaşın gətirəcəyi fəlakətlərə, xüsusilə süni yaradılacaq problemlərə və gözlənilməz hücumlara hazır olmalıdır.
Əslində bilməliyik ki, Trampın hakimiyyətə gəlməsi ilə hər şey bitməyib. USAID-in fəaliyyətinin dayandırılması sıradan hadisə deyil və bu proses göstərir ki, qlobal savaş yenidən başlayır. Düşünürəm ki, bundan sonra dünya siyasətində fərqli proseslər baş verəcək. Dünya ictimaiyyətinə gerçəklərin çatdırılması dönəmi başlayır. Bu isə o deməkdir ki, tibbdən təhsilə qədər, bütün istiqamətlərdə paradiqmalar dəyişə bilər”.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır. Qurumun rəsmi “X” hesabı artıq bağlanıb. İşçilərə isə fevralın 3-də qərərgahın bağlanacağı və yerdə qalan işçilərin distant işləyəcəyi bildirilib. USAID-in azı 56 yüksəkvəzifəli əməkdaşı məzuniyyətə buraxılıb. Xatırladaq ki, bundan öncə Trampın yaxın adamlarından olan biznesmen İlon Mask USAID-i “cinayətkar təşkilat” adlandırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri