Icma.az
close
up
RU
Birlik və güc nümayişi mərasimi

Birlik və güc nümayişi mərasimi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İran yeni dövrə necə qədəm qoyur?

İranın mərhum ali dini lideri Əli Xamenei ilə vida mərasimləri bütün dünyada diqqətlə izlənilən hadisəyə çevrilib. İyulun əvvəlindən başlayan və bir həftəyə yaxın davam edəcək mərasimlər Tehrandan Məşhədə qədər uzanan geniş coğrafiyanı əhatə edir. Çünki İran hakimiyyəti həmin mərasimləri ölkənin siyasi sabitliyinin, dövlət institutlarının davamlılığının və cəmiyyətin səfərbərlik potensialının nümayişi kimi təqdim edir. Rəsmi məlumatlara görə, vida mərasimləri iyulun 9-dək davam edəcək və bir neçə şəhəri əhatə edən xüsusi proqram əsasında təşkil olunacaq.

Mərasimlərin əsas hissəsi Tehrandakı İmam Xomeyni Böyük Müsəlla kompleksində keçirilib. Burada yüz minlərlə insan Xameneinin tabutu önündən keçərək, ona son ehtiramını bildirib. Dövlət televiziyası canlı yayımlar təşkil edir, ölkənin müxtəlif bölgələrindən gələn insanların iştirakı geniş işıqlandırılır. Beynəlxalq media qurumları bunun son illərin ən böyük dini-siyasi toplantılarından birinin olduğunu vurğulayıb. Tehranın əsas küçələri qara bayraqlarla bəzədilib, hökumət idarələri və ictimai müəssisələr matəm rejiminə keçib. Bir çox dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırılıb, məktəblər və bəzi müəssisələr bağlanıb.

Paytaxtda təşkil edilən yürüş isə İnqilab meydanından Azadlıq meydanına qədər uzanıb. Xameneinin İran bayrağına bürünmüş tabutu xüsusi platformada şəhər boyunca aparılıb. İnsanlar tabuta yaxınlaşmağa çalışır, dini dualar oxuyur, göz yaşları içində son ehtiramlarını ifadə edirdilər. Təhlükəsizlik qüvvələri böyük izdihamı nəzarətdə saxlamaq üçün geniş tədbirlər görüb. Yayın istisinin təsirini azaltmaq məqsədilə yürüş marşrutlarında su çiləyən xüsusi texnikalar yerləşdirilib. Mərasim zamanı həm dini, həm də siyasi məzmunlu şüarlar səsləndirilib. Xüsusilə İranın xarici siyasət kursunu dəstəkləyən və “müqavimət oxu” ideologiyasını vurğulayan çağırışlar diqqət çəkib.

Vida mərasimləri yalnız Tehranla məhdudlaşmır. Rəsmi plana əsasən, tabut əvvəlcə İranın dini mərkəzi hesab olunan Qum şəhərinə aparılır. Daha sonra İraqın şiələr üçün müqəddəs sayılan Nəcəf və Kərbəla şəhərlərinə yürüş nəzərdə tutulur. Sözsüz ki, sözügedən marşrut təsadüfi seçilməyib. Tehran bununla həm İran daxilindəki dini nüfuzunu, həm də regionun şiə icmaları üzərindəki mənəvi təsirini nümayiş etdirməyə çalışır. Xameneinin dəfn mərasiminin İran sərhədlərini aşaraq beynəlxalq dini hadisəyə çevrilməsi də məhz bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

* * *

Mərasimlərdə iştirak edənlərin tərkibi də diqqət çəkir. İranın müxtəlif vilayətlərindən minlərlə insan avtobus karvanları ilə paytaxta gətirilib. Dövlət qurumları və ictimai təşkilatlar vətəndaşların mərasimdə iştirakını asanlaşdırmaq üçün geniş logistika sistemi qurub. Bir sıra şəhərlərdə pulsuz nəqliyyat xidmətləri təşkil olunub, zəvvarların yerləşdirilməsi üçün müvəqqəti məkanlar ayrılıb. Hakimiyyət bunun xalqın könüllü iştirakı olduğunu vurğulasa da, müşahidəçilər dövlət resurslarının səfərbər edilməsinin mərasimin miqyasının böyüməsində mühüm rol oynadığını qeyd edirlər.

Mərasim boyunca güclü siyasi mesajlar da verilib. Çıxış edən ruhanilər və siyasi xadimlər Xameneinin həyat yolunu İran İslam Respublikasının tarixi ilə əlaqələndirir, onun fəaliyyətini ölkənin müstəqilliyinin qorunması və xarici təzyiqlərə qarşı mübarizə ilə səciyyələndirirlər. Bir çox nitqlərdə onun ölümü “şəhidlik” kimi təqdim olunub. Mərasim iştirakçıları arasında ABŞ və İsrail əleyhinə şüarlar səsləndirən qruplar da yer alıb. Beləliklə, vida mərasimləri yalnız dini matəm deyil, həm də İranın ideoloji xəttinin yenidən təsdiqləndiyi siyasi platformaya çevrilib.

Yeri gəlmişkən, Xamenei 1989-cu ildən etibarən ölkənin ali dini rəhbəri kimi dövlət sisteminin mərkəzində dayanırdı. Son onilliklər ərzində İranın xarici siyasətinin, təhlükəsizlik strategiyasının və ideoloji kursunun formalaşmasında əsas fiqurlardan biri olub. Bu səbəbdən onun ölümündən sonra düzənlənən mərasimlər həm də yeni dövrə keçidin simvolu kimi qəbul edilir. İran rəhbərliyi vida mərasimləri vasitəsilə ölkədə hakimiyyət boşluğu yaranmadığını, dövlət institutlarının tam fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışır. Son illər iqtisadi çətinliklər, beynəlxalq sanksiyalar, regional münaqişələr və daxili narazılıqlar fonunda hakimiyyətin legitimliyi ilə bağlı müxtəlif müzakirələr aparılırdı. Belə bir şəraitdə milyonlarla insanın iştirakı ilə keçirilən mərasimlər Tehran üçün siyasi kapital rolunu oynayır. Hakimiyyət bununla cəmiyyətin mühüm hissəsinin hələ də dövlət ideologiyası ətrafında birləşdiyini göstərməyə çalışır.

Mərasimlərin ən emosional hissəsinin isə Məşhəddə keçiriləcəyi gözlənilir. Xameneinin doğulduğu şəhər olan Məşhəd İranın ən mühüm dini mərkəzlərindən biridir. Burada yerləşən İmam Rza ziyarətgahı hər il milyonlarla zəvvar qəbul edir. Rəsmi qərara əsasən, Xamenei məhz bu müqəddəs kompleksin yaxınlığında dəfn olunacaq. Dəfn mərasimi üçün şəhərdə fövqəladə təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat sistemi xüsusi rejimə keçirilib, əlavə polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Yerli hakimiyyət orqanları yüz minlərlə ziyarətçinin Məşhədə gələcəyini proqnozlaşdırır.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see450

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see332

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see324

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see308

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see229

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see227

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see207

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see202

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see190

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see186

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see181

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see179

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see177

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see169

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see167

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see163

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see162

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see161

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri