Icma.az
close
up
RU
Birlikdə inkişaf və əməkdaşlıq

Birlikdə inkişaf və əməkdaşlıq

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AİB Cənubi Qafqaz-Mərkəzi Asiya regionunda sərmayə platforması qurur

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda icra olunacaq iki texniki yardım layihəsini təsdiqləyib. Ümumi məbləği 2 milyon dollar təşkil edən regional layihələrin AİB-in donorluq etdiyi Xüsusi Texniki Yardım Fondu vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyə tutumu 1,5 milyon dollar olan birinci regional layihə  “Birlikdə ACT: Mərkəzi və Qərbi Asiyada sürətlənirik, inkişaf və əməkdaşlıq edirik” adlanır və Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Bu, Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında birgə kommunikativ əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Layihə dəyəri 500 min dollar olan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin təşviqi: 4-cü alt layihə” isə 13 ölkəni əhatə edir. Həmin ölkələrin sırasına ilk layihədəki dövlətlərdən başqa, Sakit okean bölgəsinin üzvləri də daxildir.

17 Dayanıqlı İnkişaf Məqsədinə yardım

AİB-in açıqlamasına görə, birinci layihə satınalmalar sahəsində potensialın gücləndirilməsinə, layihələrin hazırlıq səviyyəsinin artırılmasına, həmçinin Mərkəzi və Qərbi Asiya Departamentinin inkişaf etməkdə olan üzv ölkələrində portfel və layihələrin hazırlanmasına yönəlib. Texniki yardımın satınalmalar, müqavilə və layihə idarəetməsi sahəsində potensialın gücləndirilməsi üçün beynəlxalq və milli məsləhətçilərin cəlb edilməsi hesabına portfel keyfiyyətini yaxşılaşdıracağı və reallaşdırmada baş verə biləcək gecikmələri azaldacağı gözlənilir. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrdə sonradan tətbiq edilməsi üçün analitik tədqiqatlar aparılacaq və portfel idarəetməsi ilə bağlı ən yaxşı təcrübələr sistemləşdiriləcək. Texniki yardımın əsas xüsusiyyəti bütün region üzrə potensialın və resursların inkişafı mərkəzlərinin institusional gücləndirilməsidir. Bu da ADB-nin əməliyyat prosedurlarının, xüsusilə layihələrin hazırlanması və həyata keçirilməsinin daha dərindən başa düşülməsinə və praktiki tətbiqinə yönəlmiş davamlı təlim proqramları və seminarlarla tamamlanacaq.

Texniki yardım, həmçinin Mərkəzi və Qərbi Asiyada institusional potensialın gücləndirilməsinə kömək edəcək.

Ümumilikdə, bu layihələr yeni əməkdaşlıq platformasını yaratmaq üçün texniki dəstəyi nəzərdə tutur. Əməkdaşlıq prioritetləri isə həddindən artıq geniş olduğundan icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollarla vəsait tələb edəcək. Belə ki, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub ki, burada sosial xidmətlər və dayanıqlı məşğulluq, müasir infrastrukturlar, keyfiyyətli səhiyyə, təhsil xidmətlərinin təşkili, iqtisadi inkişaf təşviqləri, iqlim dəyişikliyinə qarşı mübarizə, istehlak və istehsalın təşviqi, “yaşıl inkişaf” hədəfləri, nəqliyyat və logistika sistemlərinin modernləşdirilməsi, institisional tədbirlər və s. mühüm prinsiplər yer alır. Həmin hədəflərə nail olmaq üçün layihənin əhatə olunduğu ölkələrin hər birində davamlı proqram və layihələrin maliyyələşdirilməsinə irihəcmli maliyyə tələb olunur. Ona görə də, Asiya Bankının dəstəklədiyi layihələr qeyd edilən strateji prioritetlərin hazırlanmasını nəzərdə tutur, Dayanıqlı İnkişaf Məqsədi üzrə hədəflərin maliyyələşdirilməsi üçün növbəti mərhələlərdə böyük investisiya sazişlərinin imzalanması planlaşdırılır.

26 illik etimada söykənən əməkdaşlıq

Kapital portfelinin böyük bir hissəsi Çinin maliyyəsi ilə formalaşan Asiya Bankı ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələri maliyyələşdirilməsini təmin edib. AİB 26 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tərəfdaş kimi təmsil olunmaqdadır. AİB Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin maliyyələşdirilməsinə 5,6 milyard dollar həcmində maliyyələ ayrılmasını təmin edib. Onun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib.

Həmin layihələr sırasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi də xüsusi yer tutur. AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 150 milyon dollar kredit ayırıb, layihənin başa çatdırılması üçün əlavə tələb olunan 131,5 milyon dollar məbləğində maliyyələşməni təmin edib. Bununla yanaşı, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.

AİB Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib.

Yeni Tərəfdaşlıq Strategiyasına başlanılır

Asiya Bankı 17 Dayanıqlı İnkişaf Məqsədi hədəfləri, eyni zamanda, Azərbaycanla birbaşa Yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanda dayanıqlı maliyyə dəstəkçisi olacağını bəyan edib. Bank 2029-cu ilədək Azərbaycana 2,5 milyard dollaradək investisiya ayıracaq. Orta Dəhlizin maliyyə donoru kimi də aktiv fəaliyyət göstərir. Bank həmin nəqliyyat ekosisteminin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq  “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhliz üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.

Yeni strateji konsepsiya Bakı metrosunun genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi və digər infrastruktur layihələrini əhatə edir.  Əməkdaşlığın digər istiqaməti bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur. M.Kanda vurğulayıb ki, bank Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən regional haba çevrilməsinə dəstək verməyə sadiqdir və nəqliyyat sahəsində rəqəmsallaşdırma və digər texnoloji innovasiyaların inkişafına əhəmiyyətli investisiyalar qoyulacaq.

E. CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri