Icma.az
close
up
RU
Birotaqlı mənzilə 15 nəfəri sığdıra bilməyən onkoloji xəstə: Xankəndiyə, Füzuliyə getmək istəyirəm

Birotaqlı mənzilə 15 nəfəri sığdıra bilməyən onkoloji xəstə: Xankəndiyə, Füzuliyə getmək istəyirəm

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhəri, Sabunçu rayon sakini Validə Qürbət qızı Məmmədova evində yaranan vəziyyətdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a danışan sakin bildirib ki, ötən il oktyabrın 22-də aramsız yağan yağışdan sonra onun evini də su basıb, nəticədə evdə olan avadanlıqların hər biri sıradan çıxıb:

"Mən əslən Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndindənəm. Qaçaqaç düşən vaxt məcburi köçkün düşüb, gəlib burada məskunlaşmışam. 30 ildən çoxdur, məcburi köçkünəm. Evimiz bərbad haldadır. Keçən il oktyabr ayında yağan yağışdan sonra vəziyyət daha da pisləşdi. Bütün evimiz yağış suyunun altında qaldı. Heç bir əşyamız ələ gəlmədi".

O qeyd edib ki, evində yaranan çətinliyin aradan qaldırılması üçün nə qədər müraciət etsə də, heç kim kömək etməyib:

"Yağış yağanda kanalizasiya suyu evimə dolmuşdu. Elə 30 ildir, evim şəraitsiz vəziyyətdədir. Həmin yağış yağan ərəfədə icra hakimiyyətindən də, "Qaçqınkom"dan da gəlib baxdılar. Amma baxmaqla iş düzəlmir axı. Mənə kömək də lazım idi. Hələ də evimin nəmi çəkilməyib. Kimsə gəlib demir ki, bu 15 adam bir yerdə qalır, görək vəziyyətləri necədir?"

4-cü dərəcəli onkoloji xəstə olan Validə Məmmədova məcburi köçkünlərə ev verilərkən onun şəraitini nəzərə alan olmadığını söyləyib:

"Özüm ağır onkoloji xəstəyəm. İki oğlum və ailəsi - ümumilikdə 15 nəfər bir yerdə yaşayırıq. Yoldaşım müharibədə ölüb. Oğlumun biri veterandır. Beş medalı var. Mən nə qədər müraciət etsəm də, bizə ev verilmədi. Deyirlər, ən acınacaqlı, pis şəraitdə olanlara verilir. Bəs mən nə durumdayam? Məndən acınacaqlı, pis şəraitdə yaşayan varmı? Məni nəzərə alan olmadı. Neçə ildir, hər payızda-qışda biz bu əziyyətləri çəkirik. Yağış üstümüzə yağır. Belə yaşamaq olar? Mən ona görə qışqırıram, hayqırıram ki, mənim çətin vəziyyətimi nəzərə alıb yardım edən yoxdur. Mənə deyirlər ki, sənə rayonundan ev veriləcək. Mənim rayonumda ev nə vaxta hazır olar, bilinmir. Xəstə adamam, ona qədər bu zülmü çəkməliyəm? Gedib müraciət etdim, dedim, Xankəndidə verin, Füzuli şəhərində verin, gedirəm. Heç kim nəzərə almadı. İndi də xəstə olduğuma görə Pirallahıda birotaqlı ev veriblər. Mən bu qədər ailəni bir otağa necə yerləşdirim? Yol da uzaqdır. Onkoloji xəstə olduğum üçün 21 gündən bir yoxlanışdan keçib, müalicə almalıyam, dərmanlarımı götürməliyəm. Birotaqlı evdə mən qaldım, tək necə yaşayım? Yeriyə bilmirəm, dərmanlarla ayaqda güclə dayanıram".

Göz yaşlarına hakim ola bilməyən sakin artıq bu çətinliklərə tab gətirə bilmədiyini söyləyib:

"Görürsünüz, mənim hər şeyim, siz də baxın, çöldədir. Bunların hamısı evimi su basanda oldu. Məcbur çölə çıxarmışıq. Hər şeyim dağıldı, bala. Yorğan, döşək, şkaf - hamısı pis günə qaldı. Təki canımız sağ olsun, amma çox çətindir. Belə yaşamaq olar? Gəlib mənim şəraitimə heç kim baxıb getməsin, mənə yardım etsin. Mən bu şəraitdə çox əziyyət çəkirəm. Evimin damı yox idi. Qurumlar gəlib baxmaqla kifayətlənmişdilər. Bir müddət sonra oğlum birtəhər, çətinliklə dam qoydurdu".

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Validə Məmmədova quruma ümumiyyətlə müraciət etməyib.

Daha çox foto burada: PhotoStock.az

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Fevral 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri