Icma.az
close
up
RU
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi Fotolar Yenilənib

Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi Fotolar Yenilənib

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi öz “X” hesabında paylaşıb.

XİN rəhbəri Ceyhun Bayramov da sözügedən iclasda iştirak edib.

***

XİN Ceyhun Bayramovun iclasda iştirak və çıxışına dair məlumat yayıb. 

Bildirilib ki, çıxışda TDT çərçivəsində iqtisadi-ticarət, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində təşəbbüsləri və baxışı, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən ətraflı bəhs olunub.

Prezident İlham Əliyevin Türk dünyası çərçivəsində əməkdaşlığa strateji baxışının əsasında ölkəmizin Təşkilatın gücləndirilməsi istiqamətində səy və təşəbbüslərini davam etdirmək niyyəti diqqətə çatdırılıb, bu istiqamətdə TDT Katibliyinin heyət və büdcəsinin artırılmasının əhəmiyyəti qeyd olunub: 

“Beynəlxalq qurum və təsisatlara inamın azaldığı bir dövrdə tarixi Naxçıvan sazişi ilə əsası qoyulmuş TDT-nin yaradılmasından ötən 15 il ərzində Təşkilatın bölgədə və dünyada etibarlı regional təşkilata çevrilməsinin məmnunluq doğurduğu qeyd edilib. 

“Türk Dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Zirvə Görüşünün, habelə bu çərçivədə qəbul olunacaq Bəyannamə və Türk Dünyasının Xartiyası da daxil olmaqla bütün sənədlərin Təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə dair inam ifadə olunub.

 Mövcud regional və beynəlxalq çağırışların fonunda bölgəmizdə birgə rifah və ümumi məqsədlərə nail olunması istiqamətində iqtisadi potensialın gücləndirilməsi, ticarət dövriyyəsinin daha da artırılması, nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin vacibliyi qeyd olunub. 

Bu istiqamətdə, 6 iyulda Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşü çərçivəsində qəbul olunmuş Qarabağ Bəyannaməsinin Türk dövlətlərinin potensialının reallaşdırılması, əhəmiyyətli birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə vurğu etməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyəti, o cümlədən TDT-nin Macarıstandakı nümayəndəlik ofisinin işi təqdir olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir, ölkəmizin yenidənqurma fəaliyyətinin birgə əməkdaşlıq, o cümlədən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Çıxış zamanı, həmçinin ölkəmizin COP29 sədrliyi, görülən hazırlıq işlərindən ətraflı bəhs olunub, Türk dünyasında ilk dəfə keçiriləcək bu mötəbər tədbir çərçivəsində bir sıra birgə təşəbbüslərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.

İclasın sonunda xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına verilməsi haqqında Qərar” imzalanıb”.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri