Icma.az
close
up
RU
Bitkilərə göbələk, limona xərçəng, banana hamiləlik dərmanı vurulur... Qida ilə bağlı ŞOK FAKTLAR

Bitkilərə göbələk, limona xərçəng, banana hamiləlik dərmanı vurulur... Qida ilə bağlı ŞOK FAKTLAR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər bir insanın yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı var. Yemək isə sadəcə qidanı boğazdan mədəyə ötürmək demək deyil.

Onun da öz qaydaları var. Amma bu qaydalara riayət etməmək insanın sağlamlığı bahasına başa gəlir.

Bəzən deyirlər ki, azərbaycanlılar düzgün qidalanma qaydalarını bilmirlər, bilənlər də ona əməl etmirlər. Bəs əslində necədir?

Məsələ ilə bağlı Modern.az-a Milli Kulinariya Mərkəzinin rəhbəriTahir Əmiraslanov azərbaycanlıların qidalanmasında olan səhvləri açıqlayıb.

O deyib ki, başqa ölkələrdən idxal olunan qidalara meyilli olmağımız və başqa millətlərin yeməyinə daha çox önəm verməyimiz düzgün qidalanmada əsas səhvimizdir.

“Başqa heç bir səhvimiz yoxdur. Əgər kimsə milli qidalanma sistemində dədəsinin, babasının əkib biçdiyi  məhsullardan istifadə edirsə, normal qidalanır.

Amma çox yemək də düzgün qidalanmaq demək deyil. Biz daha çox kənardan gələn məhsullar, içkilər, qeyri-normal istehsal olunan energetik içiklərlə qidalanırıq. Azərbaycanlıların səhvi yalnız bundadır.

Bu qidalardan istifadə etməmək,uşaqları bu qidalardan uzaq saxlamaq lazımdır. Milli ərzaqlarla qidalan adamların heç biri səhv etmir”.

Tanınmış kulinar deyir ki, xarici qidalara olan meyl özünü göstərmək istəyi ilə bağlıdır.

“Qarğa qaz yerişi yerimək istədi, öz yerişini də itirdi. Biz çalışırıq ki, qazın yerişini yeriyək”.

Bəs xaricdən istehsal olunan məhsulların hansı zərərləri var?

Türkiyəli həkim Yavuz Dizdar yediyimiz qidalarla xəstəliklər arasındaki əlaqəni açıqlayıb. Son zamanlarda dünyada artan sonsuzluğun təbii olmayan qidalarla birbaşa bağlı olduğunu vurğulayan həkim özəlliklə istehsalçıların istifadə etdiyi göbələk dərmanlarına diqqəti yönəldib.

Bir göbələk dərmanı göbələk xəstəliyinin müalicəsində istifadə olunur. Ancaq xarici təcrübədə göbələk dərmanını bitkiyə kökdən verənlər var. Dərman bitkinin toxumlarına qədər səpilir. Bu da bitkinin kiflənməsinə səbəb olur. Eyni dərman insanda streoid horman sintezini pozur. Bu da sonsuzluğa səbəb olur.

Həkim deyir ki, xəstəxanalara gəlib kimyaterapiya dərmanı istəyirlər. Səbəbini soruşanda isə: “bunları limona səpirik və yetişmə dövrünü dayandırırıq” deyirlər.

Məsələn, böyük bir əkin sahəsidir və ya adamın böyük bir bağçası var.  İstehsalçı budaqdakı bitkilərin hamsının eyni anda böyüməsini istəmir. Xərçəng dərmanı ilə də həmin məhsulun böyüməsini dayandırır.
Bu dərmanları qeyri-qanuni yollarla əldə edirlər. Dərmanlar budaqdakı portağalın, naringinin, limonun inkişafını necə dayandırırsa, insan orqanizmində də eyni nəticəni göstərir.
Dərmanlardan istifadənin səbəbi isə çox bəsitdir. Məsələn, dərmanlar vasitəsilə pomidor dayanmadan uzadıla bilər. Çox gözəl görünən tərəvəz halına salına bilər. Bu da alıcıları özünə cəlb etməkdə əla vasitədir.

Kim çürümüş meyvə və ya əzik-üzük məhsul alır ki?! Xaricdən gətirilən əksər məhsullar bu səbəbdən göz oxşasa da nə dadı olur, nə də insana faydası. Zərərləri isə saymaqla bitməz.

Üstəlik istehsalçılar bütün qiymətlərə qədər hesablayırlar. Bu cür istehsal daha ucuz başa gəlir. Belə düşünün, biri var toyuğu alıb onu 6 aya yetişdirib satasınız, biri də var 45 günə. Bu da daha az xərcə səbəb olan bir şeydir.

Bu hallar təkcə meyvə tərəvəz üçün keçərli deyil. Məsələn, meyvə suları... Meyvələri sıxdıqdan sonra aromasını ayırırlar. Daha sonra 130-140 dərəcədə qaynadırlar. Bu mərhələdə içindəki bəsləyici ünsürlərin demək olar ki, hamısı aradan qalxır. Sonra aromanı geri əlavə etdiklərində “qatqısız” adı ilə bazara çıxardırlar. Qatqısız olmağına bəli, qatqısızdır. Amma tərkib dəyişib və içərisində bəsləyici ünsür qalmayıb.

Toyuğun budu əldə dağılır. İstehsalçılar deyirlər ki, 1 həftə-10 gün öncədən antibiotikləri kəsirik. Amma bu heyvanların vücudu dağılmış vəziyyətdə olur. 20 dəqiqə qaynadırsınız və götürdüyünüzdə bud əlinizdə qalır.  Bu qədər dağılmaya meyilli olması toyuğun körpəliyi ilə əlaqələndirilə bilməz. Bu o deməkdir ki, toyuğun proteinləri düzgün yox, əksik verilir. Halbuki sizin öz həyətinizdə sağlıqlı şəkildə bəslədiyiniz toyuqlar qat-qat daha faydalıdır.

Xarici ölkələrdən idxal olunan bananlarda da eyni vəziyyət müşahidə olunur. Bananın istifadə müddətini uzatmaq üçün gövdəsinə qadınların hamiləlikdə istifadə etdiyi dərmanlar səpilir. Dünyanın bir çox yerindən gəmiyə yüklənən bananların necə gözəl göründüyünü düşünə bilirsiniz? Hamsı bir yerə toplanılır. Yolda gələrkən inkişaf müddəti dərman vasitəsilə dayandırılır. Ən sonda rəngini əslinə bənzətmək isə çox asandır.

Toyuq istehsalı sektorunda mənfi istehsal Amerika Birləşmiş Ştatlarından miras qalıb. Bu metod 1950-ci illərdən bəri tətbiq edilir. Elə xəstəliklər də bu tarixdən ortaya çıxmağa başlayıb. Bu istehsal metodu  1990-cı illərdən  digər ölkələrə yayılmağa başlayır. Təbii toyuq istehsal edən çox az yerli firmalar qalıb. Əsas məsələ isə 45 gündə toyuğun necə və hansı formada yetişdirilməsindədir...

Enerji içkilərinin ziyanlarına gəldikdə isə  kofein tərkibli enerji içkiləri özəlliklə uşaq və gənclərin sağlamlığına zərərlidir. Enerji içkilərinin həddindən artıq içilməsi kofein zəhərlənməsi riskini artırır. Bu içkilər keçici olaraq öyrənmə performansını yaxşılaşdırır. Bu səbəblə də özəlliklə uşaqlar və gənclər tərəfindən çox istifadə olunur. Ən önəmli problem kofeinin miqdarındadır. Qəhvə isti olduğu üçün yavaş-yavaş içilir. Ancaq enerji içkiləri soyuq olduğu üçün qısa müddətdə daxilə qəbul edilir. Bu da kofein zəhərlənməsi riskini artırır. Avropa Qida Təhlükəsizliyi Qurumunun araşdırmasına görə, uşaqların vücudunda olan kofeinin 43%-i enerji içkiləri nəticəsində yaranır. Bu gənclərdə 13%, böyüklərdə isə 8% təşkil edir.

Enerji içkilərinin bir başqa problemi isə spirtlə bir yerdə qəbul edilməsidir.18-29 yaş aralığındakıların 70%-i enerji içkilərini spirtlə qarışdıraraq içir. Səbəb isə enerji içkilərinin spirtin təsirini ört-basdır etməsi nəticəsində sərxoşluğun  gec anlaşılmasıdır.

Enerji içkiləri Azərbaycanda və bütün Avropa ölkələrində satılır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri