Bitkoin 76 mini də keçdi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bakı vaxtı ilə saat 01:12-yə olan məlumata görə, bitkoinin qiyməti 9,30% artaraq əvvəlki tarixi maksimumu yeniləyib.
Yeniavaz.com “Binance” platformasına istinadla xəbər verir ki, bitkoinin qiyməti 75 min dolları keçərək 76,4 min dollara çatıb.
Bakı vaxtı ilə saat 01:22-yə olan məlumata görə, bitkoinin artımı yavaşlayıb və 75 min 900 dollar (+9,24%) səviyyəsində olub.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyni adlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən yaradılıb. Bitkoinin populyarlığı son illərdə zirvəyə çatıb. Bitkoin tədarükü təbii olaraq məhduddur, əksər bitkoinlər artıq əldə edilib.
Baxış sayı:117
Bu xəbər 07 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















