Icma.az
close
up
RU
Biz ali təhsilli kadr yetişdirə bilmirik Təhsil ekspertindən ETİRAZ

Biz ali təhsilli kadr yetişdirə bilmirik Təhsil ekspertindən ETİRAZ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu gün müəyyən peşə sahələri üzrə böyük tələbat var və əmək bazarında bu peşələrə ehtiyac hiss olunur.

"Mənim yanaşmam belə deyil ki, bu peşə məktəbidir deyə, burada təhsil haqqı ucuz olmalıdır. Əsas məsələ, işçi kadrın necə hazırlanmasıdır yəni, əmək bazarına çıxıb, tələb olunan səviyyədə işləmək bacarığına malik mütəxəssislər yetişdirilirmi? Mən arzulayardım ki, bizim peşə təhsili müəssisələri kadr hazırlığı baxımından elə bir səviyyəyə yüksəlsinlər ki, bu sahəyə münasibət də dəyişsin. Bir neçə universitet istisna olmaqla ali təhsil bərbad vəziyyətdədir, biz ali təhsilli kadr yetişdirə bilmirik. Gənclərin dörd ilini alırıq, amma nəticədə onlara bir diplomdan başqa heç nə verə bilmirik. Digər tərəfdən, kolleclər də ödənişli əsaslarla fəaliyyət göstərir və illik 900-1000 manat civarında ödənişlər tələb olunur. Mən hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir və bu qədər xərc nə üçündür? Halbuki beynəlxalq təcrübədə kolleclər artıq ali məktəblərin bir pilləsidir.

Peşə məktəbləri isə əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etməlidir. Heç kim təhsil almağa məcbur deyil. Peşə məktəbində ödəniş 5000 manat olsa belə və insanlar həmin ödənişi edib təhsil alırlarsa, həmçinin bilirlərsə ki, nəticədə əmək bazarına lazım olan, potensiallı bir kadr kimi yetişəcəklər, bu, sevindirici haldır. Ancaq reallıq budur ki, biz hələ də peşə məktəblərini ali təhsil müəssisələri ilə eyni tutmaqdan və ya onları ikinci, üçüncü, ən aşağı səviyyəli təhsil müəssisəsi kimi görməkdən uzaqlaşmalıyıq" , - deyə Elşən Qafarov qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Avqust 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri