Icma.az
close
up
RU
Heç vaxt belə şeylərə rast gəlməmişəm Samir Abasov

Heç vaxt belə şeylərə rast gəlməmişəm Samir Abasov

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz" üzərində 2:1 hesablı qələbələrini şərh edib. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

"Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım, çünki bugünkü gündə bizə nəticə vacibdir. Oyun haqda danışmaq istəmirəm, sadəcə futbolçularıma təşəkkürümü bildirirəm ki, üzərilərində olan təzyiqə baxmayaraq qələbə qazandılar. Hesabda nə qədər öndə olsaq da, hər zaman oyun əldən gedirdi. Bu stressin altından çıxdılar və lazım olan anda mübarizəyə girdilər. İşimizə davam edəcəyik. Bəlkə də, hər oyun təkrar edirəm bunu, amma bu gün bu nəticəyə ehtiyacımız var idi. Bir daha futbolçularıma təşəkkür edirəm". 

Mütəxəssis "Məlumdur ki, "Neftçi"ni bu durumdan çıxarmaq üçün gecə-gündüz çalışırsınız. Düşünmürsünüz ki, Ramil Şeydayevi oyuna buraxmaqla özünüz özünüzə quyu qazırsınız?" sualına belə cavab verib: 

"Hücumda Yeqor Boqomolski başladı. Bunu rəqibi və onların müdafiəçilərini də nəzərə alaraq etdik. Fikirləşirəm ki, seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqində saxlaya bilirdi. Ondan sonra zədələnməsi və əvəzlənməyi istəməsi deməzdim ki, planları pozdu, amma məcburi alındı. Nəzərə alaq ki, hamısı bizim futbolçulardır. Ona görə həmin mövqedə bir futbolçuya nəsə olursa, digərisini oyuna buraxmalıyıq. Quyu qazmaq barədə düşünmürük. Sadəcə futbolçularla məşqlərdə işləyirik və onları yaxşı duruma gətirmək istəyirik. 

Reallığı bilmək istəsəniz, "Neftçi"də oynayan futbolçular bu təzyiqi aşmalıdırlar. Əsasən də öz meydanlarında. Amma bu da yanlış fikirdir. "Neftçi"nin futbolçusu və məşqçisi üçün ev və ya səfər oyunu fərq etməməlidir. Təzyiqli vəziyyətlərdən çıxmağı bacarmalıyıq. Əfsuslar olsun, o qədər psixoloji vəziyyətimiz pisdir ki, hər futbolçu öz üzərində bir yük hiss edir. Bunu da qalibiyyətlərlə aradan qaldıra bilərik. Ən xoşlamadığım şeydir ki, şəxsi futbolçulardan danışım. Maksimum nəyə qadirdilərsə çalışacağıq, üzə çıxaraq". 

S. Abasov komandada olan problemlərdən də söz açıb: "Bilmirəm, necə adlandırım. Adlandırsam, səhv başa düşüləcək. Bura gəldiyim birinci gündən aşırı şəkildə zədə problemləri yaşayırıq. Heç vaxt belə şeylərə rast gəlməmişəm. 2-ci məşqdən sonra 3 futbolçu birdən sıradan çıxmışdı. Ya toqquşur ayağı sınır, ya xroniki zədələri üzə çıxır. Qeyri-adi məşqlər də verilməyib bu hallarda. Birinci oyundan da sonra yenə 2-3 nəfər sıradan çıxır. Daima bu proseslər yaşanır. Bu bizə balanslı şəkildə məşq etməyə və oyunlara hazırlaşmağa maneçilik törədir. 

Bu gün elə 6 zədəli oyunçumuz var idi. Yerlilər də az deyil idi aralarında, ona görə limitlə bağlı rotasiyalarda çətinlik çəkə bilərdik. Soyunub-geyinmə otağından çıxanda bir şeyə fokurslanırıq və məqsədimiz qələbə qazanmaq olur. Amma oyunun gedişatında nəsə sönəndə, artıq problemlər yaşamağa başlayırıq. Bunun da fərqi yoxdur, oyunun neçənci dəqiqəsində olur. 2:0 qələbə qazandığımız oyunda da ("Şamaxı"ya qarşı, son hesab 2:2 - red.) bu cür oldu. Sonra da qapımıza qollar vuruldu. Hamısı da yaxşı qollar idi, təsadüfi yox. Yəni oyunun əvvəlində epizodlar yaratmısansa, bunu davam etdirə bilərsən. Amma biz əksinə oyundan qopuruq. İkinci hissədə rəqibin məğlub olduqdan sonra təzyiq etməsi normaldır. Amma narahat edən odur ki, qol epizoduna girirən və təzyiqdən səhv qərarlar verirsən. Bütün futbolçulara aiddir. Bunları artıq anlayıram. İnşallah, fasiləyə qədər "Turan Tovuz"la bir oyunumuz qalıb. Söz vermək istəmirəm, amma biraz rahatlamağa vaxtımız olandan sonra formatlanmış kimi gəlib, bəlkə də, yeni şeylər edə bilərik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri