Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Biz döyüşdük ki, uşaqlarımız müharibəni kitablardan oxusunlar Xüsusi təyinatlı zabit

Biz döyüşdük ki, uşaqlarımız müharibəni kitablardan oxusunlar Xüsusi təyinatlı zabit

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün sizə İkinci Vətən müharibəsində işğal altında olan torpaqlarımızın hər qarışının azadlığı uğrunda vuruşan, yaralanmasına baxmayaraq, yenidən döyüşə qayıdan bir hərbçini təqdim edəcəyik. Söhbət Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Amil Əbilovdan gedir. O, şanlı tarixin həm şahidi, həm də iştirakçısıdır.

Vətən müharibəsi qazisi Amil Əbilovun Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Harada dünyaya göz açmısınız və nə vaxt xidmətə yollandınız?

- 1978-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşam. 1998-ci ildə hərbi xidmətə çağırıldım. Xidmətimi xüsusi təyinatlı hərbi hissədə əsgər kimi keçirmişəm. Daha sonra kurs keçdim və həmin hərbi hissədə xüsusi təyinatlı qrup komandiri kimi fəaliyyətə başladım. 2004-cü ildən etibarən Silahlı Qüvvələrin kəşfiyyat bölmələrində çalışdım. Vətən müharibəsinə qədər kəşfiyyat qrup komandiri kimi xidmətimi davam etdirdim. Ümumilikdə 24 il hərbi xidmət yolum var.

- İlk döyüş anlarını necə xatırlayırsınız?

- Müharibəyə kəşfiyyat qrup komandiri kimi qatıldım. Döyüşlərin ilk anları həm qürurverici, həm də həyəcanlı idi. Təlimlər nə qədər ciddi olsa da, real döyüş tamam başqa hissdir. Qalib gələcəyimizə çox inanırdıq, nə qədər çətin bir missiya olsa da.

- Hansı istiqamətlərdə döyüşmüsünüz? Ən çətin məqamlar nə vaxt olub?

- Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində döyüşmüşəm. Ən çətin məqam müharibənin ilk üç günü idi. Cəbhənin formalaşdığı vaxtlar olduqca gərgin keçdi. Düşmən o qədər hazırlıqlı idi ki, ilk mərhələlərdə ciddi müqavimət göstərdi. Amma sonra Azərbaycan Ordusunun əzmi düşməni geri çəkilməyə məcbur etdi.

- Heç yaralanmısınız?

- Bəli, iki dəfə yaralanmışam. İlk dəfə oktyabrın 1-dən 2-nə keçən gecə, Füzulidə, düşmənin postunun cəmi 50 metrliyində yaralandım. O gecə həkimlərimiz dərhal yardım etdilər. Səhəri gün bölməmə qayıtdım. İkinci dəfə oktyabrın 25-də Şuşa istiqamətində, Böyük və Kiçik Tağlar mağaraları ərazisində yaralandım və dörd gün hospitalda qaldım. Hər iki dəfə yaralanandan sonra döyüşə geri qayıtdım. O an ağlımdan çıxmır, əsir düşə bilərdim. Lakin avtomatda güllələrin olması psixoloji dayaq idi. Müharibədə heç nəyi dəqiq bilmək olmur.

- Yaralanıb, yenidən döyüşə qatıldınız. Nə idi sizi geri çəkilməyə qoymayan?

- Silahdaşlarım. Onları tək qoya bilməzdim. Bədən yox, ürək aparır səni oraya.

- Bu məşəqqətli, qürurlu, sonu qələbə olan müharibə sizə nə öyrətdi?

- Müharibə mənə öyrətdi ki, daim hazırlıqlı olmaq lazımdır. Azərbaycan əsgəri 44 gündə dünyaya sübut etdi ki, bu xalq çox iradəli və güclüdür. O günlər birlik və bərabərliyin nə olduğunu daha yaxşı anladıq, hamı bir yumruq olmuşdu.

- Sizcə, döyüş insanı dəyişdirir?

- Döyüş insanın içində nə varsa, onu ortaya çıxarır. Cəsarət varsa, cəsarəti, qorxu varsa, qorxunu. Məncə, insanın kim olduğu savaş meydanında bəlli olur.

- Müharibədə yaşadığınız ən unudulmaz an hansı idi?

- Ən yaddaqalan an noyabrın 4-də Şuşa istiqamətində tapşırığı yerinə yetirərkən düşmənin Şuşanı tərk etdiyini görmək oldu. 44 günün bütün ağrısı, yorğunluğu həmin mənzərəni görəndə yoxa çıxdı. O an mənə elə gəldi ki, Qarabağın qapıları bizə açıldı.

- Həyata və dəyərlərə baxışınız dəyişdimi?

- Müharibədən sonra çox şey dəyişdi. Müharibə bitdi, ancaq içimizdə izləri qaldı. Bir çox yaxın dostlarımı döyüşlərdə itirdim…

- Döyüş yoldaşlarınızdan kimlər yaddaşınızda xüsusi yer tutur?

- Çox silahdaşımı itirmişəm, amma bəziləri ürəyimdə əbədi qalıb. Məsələn, komandirimiz qəhrəman Anar Mirzəyev. Nadir adında bir əsgərim var idi - onu heç vaxt unutmaram. Qorxusuzluğu, fədakarlığı misilsiz idi. Yardımlıdan olan 18 yaşlı Mahmud isə təlimin ortasında mənim əlimi öpüb döyüşə atıldı və şəhid oldu. Bu uşaqlar əsl qəhrəman idilər.

- Azərbaycan Ordusunun döyüş ruhu necə idi?

- Döyüş əzmi çox yüksək səviyyədə idi. Əvvəlki illərlə müqayisədə artıq peşəkar rəhbərlik, qanun və nizam vardı. Ali Baş Komandanın rəhbərliyi ilə ordu dəmir intizamla hərəkət edirdi. Ən ağır anlarda belə əmr yerinə yetirilməli idi. Bu ruh bizi qələbəyə apardı.

- Müharibədən sağ çıxan bir insan, bir komandir, bir ata kimi - gələcəkdən nə gözləyirsiniz?

- Gələcəyə pozitiv baxıram. İstəyirəm ki, övladlarımız torpaq, vətən anlayışını tarix kitablarında oxusunlar, amma müharibəni heç vaxt yaşamasınlar. Biz döyüşdük ki, onlar rahat yaşasınlar. İndi isə çalışıram ki, yaşadığım hər gün dəyərli olsun. Torpaqlarımız azad oldu - artıq onları abad etmək, içini sevgi ilə doldurmaq zamanıdır. Gələcək nəsillərə qürurla ötürəcəyimiz bir Vətən yaradırıq, mənim üçün bundan böyük məqsəd yoxdur.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see255

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see196

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see147

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri