“Biz ona doqquzuncu nömrəni verəcəyik” Tramp daha bir müharibəni dayandırır
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Yəməndəki separatçılar arasındakı münaqişəni həll etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Amerika lideri bunu Britaniyanın “The Daily Mail” qəzetinə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, bu, bizim məşğul olmalı olacağımız növbəti müharibədir. Biz ona doqquzuncu nömrəni verəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Ağ Evə qayıtdıqdan sonra səkkiz müharibəni dayandırdığını bildirmişdi.
Xatırladaq ki, Yəməndə vəziyyət 2025-ci ilin dekabr ayının əvvəlində BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının separatçıları şərqdəki Hadramaut və Mahra əyalətlərinə nəzarəti ələ keçirdikdən sonra gərginləşib. Buna cavab olaraq Yəmən hökuməti BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv edib və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib. Yanvar ayında danışıqlar üçün Ər-Riyada gələn şura rəhbərliyinin bəzi üzvləri təşkilatın buraxıldığını bildiriblər. Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin müvəqqəti paytaxt Ədən də daxil olmaqla cənub və şərq əyalətlərinə nəzarəti bərpa etdiyini elan edib.
Bu mövzuda digər xəbərlər:Tramp doqquzuncu müharibəni bitirməyə doğru irəlilədiyini bildirib
21 Oktyabr 2025 21:59
Ukrayna müharibəni bitirmək istəməsə, biz gedəcəyik Tramp
07 Mart 2025 22:44
“Səkkiz müharibəni dayandırmışam, doqquzuncu yaxınlaşır”
06 Dekabr 2025 00:10
“Hansı neft şirkətlərinin Venesuelaya girəcəyinə biz qərar verəcəyik” Tramp
10 Yanvar 2026 11:33
İsrail Livanla müharibəni dayandırır
27 Noyabr 2024 01:26
Baxış sayı:32
Bu xəbər 17 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















