“Bizi günahkar çıxarırlar” “CBC Sport”dan ukraynalıların ittihamına cavab
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sizi Ukrayna Futbol Assosiasiyasının baş məşqçi Sergey Rebrovun millimizlə oyunsonrası mətbuat konfransının ölkələrində canlı yayınlanmamasıyla bağlı yaydığı xəbərlə tanış etmişik. Xatırladaq ki, qurum bunun ölkəmiz tərəfindən göstərilən xidmətdə üzə çıxan texniki problem ucbatından baş verdiyini bildirib.
Sözügedən matçın “CBC Sport” tərəfindən yayınlandığı məlumdu. Bəs, problem nədən ibarət olub? Bu sualla telekanalın baş redaktoru Şəmsəddin Abbasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bizdə belə məlumat yoxdu. Ayxan Abasovun fləş-müsahibəsini təqdim edəndən sonra yayını sonlandırdıq. Ardından D qrupunun digər matçı olan Fransa – İslandiya oyununun yayınına start verildi. Mətbuat konfransının canlı yayınlanması üçün qarşı tərəf müraciət etməlidi. Bizə belə müraciət daxil olmayıb. Həmçinin bu məsələyə biz yox, UEFA nəzarət edir. Bu qurum çəkiliş aparan tərəfə rəqibin mətbuat konfransının canlı yayınının təşkil olunması üçün müraciət edir. Görünür, qarşı tərəfdə koordinasiya problemi yaranıb. Burda ödəniş məsələsi də var. Yəqin ki, ukraynalılar “CBC Sport”un efirinə “harda qırıldı-qırıldı” prinsipiylə yanaşıblar. İndi də bizi günahkar çıxarırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 10 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















