Icma.az
close
up
RU
Bizi Rusiya ilə ağır mübarizə gözləyir Mir Şahin

Bizi Rusiya ilə ağır mübarizə gözləyir Mir Şahin

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.




Mir Şahin,

Real Tv


Rusiya Azərbaycanla bütün körpüləri yandırmaqda davam edir. «Московский комсомолец» nəşrində Azərbaycanın nasistlərlə müqayisə edilməsi bu qəbildən növbəti addımdır. Nikita Mixalkovun “Rossiya 24” kanalında efirə gedən müəllif verilişində türk soyuna malik olan xalqların, o cümlədən Azərbaycan və Özbəkistan respublikalarının müstəqilliyini təhdid edən çağırışların ardınca “Московский комсомолец» in Bakını ittiham edən çıxışı Kremlin imperiya hikkəsinin, velikorus şovinizminin nümayişidir.

Moskva hər vəchlə çalışır ki, Bakı ilə münasibətlərdə yaranmış gərginliyin əsl səbəbləri arxa plana keçsin. Əsl səbəb isə Qroznı-Bakı reysi ilə uçan Azərbaycana məxsus təyyarəni Rusiya silahlı qüvvələrinin vurması, faciədən sonra Moskvanın özünü yumşaq desək, məsuliyyətsiz aparması, onlarla insanın ölümünə səbəb olmuş hərbi cinayəti etiraf etməməsi, kompensasiya ödəməməsi, hadisənin səbəbləri barədə detallı məlumatlar verməməsi, bir sözlə özünü həyasızcasına saymazyana aparmasıdır. Bütün bunlar barədə məqsədli şəkildə susulur, amma Rusiyanın azərbaycanlı icması, onun illərdir ki, bu ölkənin büdcəsinə milyonlar, milyardlar verən iş adamları təhdidə, təzyiqə, həbsə məruz qoyulur. Rusiyada OMON-un işgəncələri altında qətlə yetirilən azərbaycanlılar var. Azərbaycan soruşur!

Azərbaycan aydınlaşdırmaq istəyir!

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri XİN-ə çağrılır, izahat tələb edilir! Rusiya isə özünü eşitməzliyə vurur, təzyiqi, pressinqi artırır, öz ambisiyalarını ən idbar şəkildə nümayiş etdirir. N. Mixalkov məktəblərimizdə tədris etdiyimiz tarixin məzmununu ittiham edir. Məsələn: kitabda 1990-cı ilin Qanlı Yanvarı haqqında yazılan hekayələri təftiş etməklə, Bakının küçələrinin qan gölünə qərq olması fikrini belə təkzib etməyə çalışır. Sanki belə bir qətliam olmayıb! Az qalır desin ki, Bakı Aleksandr Nevskini niyə dərsliklərdən çıxarıb? Ya da Poltava döyüşündən, I Pyotrdan niyə daha danışmırıq? Təyyarəni vurmasına, bu zaman onlarla insanın öldürülməsinə, cinayətə görə cavab vermək əvəzinə hələ bir OMON-un Yekaterinburqda özünü gestapodakılardan da betər aparması, soydaşlarımızı döyərək qətlə yetirməsi tək faktlara susaraq, öz bəd əməllərini bir kənara qoyub Azərbaycanı nasizmdə günahlandırması ondan xəbər verir ki, irəlidə bizi-Azərbaycan mediasını (sosial media da daxil olmaqla!) məkrli, həyasız, amma həm də çox güclü rəqiblə ciddi mübarizə gözləyir. N. Mixalkova da, adında sovetizm qalığını qoruyan “Московский комсомолец» ə də bir sıra adi həqiqətləri başa salmalıyıq. Məsələn, hər verilişini 50 qram araq və bir cüt duzlu xiyarla başa vuran Nikita Mixalkovu qandırmalıyıq ki, Azərbaycan artıq 35 ilə yaxındır ki, müstəqil dövlətdir və onun vətəndaşı 1990-cı ilin 20 Yanvarını məhz qanlı, qəddar sovet cinayəti kimi qəbul edir. Etməlidir! Rusiya SSRİ himninə sahib çıxmaqla o qanlı qırğına da sahib çıxdığını artıq çoxdan etiraf edib. Altından çıxa bilməz! Kreml ideoloqlarının Bakının kursunda dönüklük axtarması isə sadəcə axmaqlıqdır. Çünki Prezident İ. Əliyev həmişə olduğu kimi yenə də öz mövqeyindədir. Nə soruşduğunu, kimdən soruşduğunu, nə üçün soruşduğunu, nə vaxt soruşduğunu yaxşı bilir. Çaşan məhz Kremldir. Yeni reallıqları “unudan” Kremldir. Axı Qarabağda hansısa abidələrin demontaj edilməsi yeni söhbət deyil. Xankəndidə Ayvazovskinin abidəsindən əvvəl S. Şaumyanın abidəsi sökülüb. Obrazlı desək, bunlar Qarabağın minalardan təmizlənmə prosesinin davamıdır. Ayvazovskinin abidəsi də, “Russkiy dom” kimi qanunsuzluq nişanəsi olub və öz qanuni aqibətinə yetişib. Nasizmin bura nə dəxli? Bəli, tarix kitablarımızda “Böyük Vətən müharibəsi” istilahı artıq “İkinci Dünya müharibəsi” ifadəsi ilə əvəz edilib. Və, Azərbaycan bununla həmin müharibədə iştirakının yerini daha obyektiv göstərmiş olur. Bir vaxtlar, o məkana vətən deyirdilər. Amma indi öz müstəqil vətənimiz var. O zaman canını fəda edənlərin fədakarlığı bu gün, Müstəqil Azərbaycanın üfüqlərində tam başqa cür görünür. Rusiya bu faktla niyə barışmağa can çəkir? İndi Xankəndidə separatizmin bütün qalıqları ləğv edilir. Azərbaycanda S. M. Kirovun, 26 Komissarın, K. Marksın heykəlləri kimi Ayvazovskinin də abidəsi demontaj edilib. Bülbülün, Natəvanın, Üzeyir bəyin heykəlləri güllələnəndə faşistləri xatırlamayan «Moskva Komsomolu»nun bu gün Azərbaycanı “nasizmdə” ittiham etməsi ən azı gülüncdür, riyakarlıqdır. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını iddia edən Moskva Ayvazovskiyə Xankəndidə heykəl qoymaq istəyini məntiqə görə Bakı ilə müzakirə etməli idi. Bakının başı üstündən Xankəndidə, terrorçu, qiyamçı birləşmələrlə separat şəkildə Ayvazovski söhbəti aparmaq səmimiyyətdən, dürüstlükdən uzaq, Mixalkovun təbirincə desək, Qafqaza yaraşmayan namərd addım idi. Rusiya tez-tez bəyan edir ki, Yekaterinburqda baş verənlər(həbslər, qətllər) Rusiyanın daxili işidir. Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? Biz ki, Moskvada Mumuya heykəl ucaltmırıq. Тем более, Kremlin başı üstündən. Baxmayaraq ki, Bakıda A. S. Puşkinə abidə qoymuşuq. Çünki itin də, insanın da yerin bilirik! Elə Nikita Mixalkovun da, “Московский комсомолец» in də!

p. s. Bakı-Qroznı marşrutu ilə uçan təyyarədən qaçmaq mümkün olmayacaq. Rusiya-Azərbaycan münasibətləri o hadisədə qəzaya uğrayıb! Moskva əvvəlcə o təyyarəni xilas etməlidir! Açar ordadır!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri