Icma.az
close
up
RU
Bizim yolumuzda işıq yanmır…

Bizim yolumuzda işıq yanmır…

Icma.az bildirir, Qol.az portalına istinadən.

Biri var idi, biri yox idi...

Ötən gün Azərbaycan millisi Millətlər Liqasının 4-cü turunda Slovakiyaya uduzdu. Daha doğrusu, Slovakiyaya da uduzdu. Milli geridə qalan 3 turda da məğlub olmuşdu, axı. Əvvəlcə İsveçə, sonra Slovakiyaya, sonra da Estoniyaya.

Nağıl kimidir. Özü də, qorxulu nağıl. Bu nağılın "qəhrəmanlar"ı adamı məyus edir, heyrətləndirir, dəhşətə gətirir.

Nağılı danışanlar...

AFFA rəhbərliyinin hər yeni baş məşqçi təyin olunanda verdiyi vədlər, planlar insanın qulağına pıçıltı kimi gəlir. Sanki adam yuxuya gedir. Amma bu vədlər xam xəyallardan başqa bir şey deyil ki, deyil.

Hər əcnəbi mütəxəssis təyin olunanda başlanğıc da eyni olur, gedişat da, sonluq da. Dəyişən nədir? Sadəcə hesabdakı rəqəmlər, uduzduğumuz rəqiblər. Amma deyəsən, ən çox Santuşların, De Byazilərin aldığı məvaciblərdə rəqəmlər dəyişir. Xariqələr yaradacaqlar axı.

Məşhur mütəxəssis (şübhəli) Fernandu Santuş da millimizə baş məşqçi təyin olunanda yığmanın mentalitetini dəyişəcəyini, yeni işlər görəcəyini, komandaya qələbə qazanmağı öyrədəcəyini deyirdi... Hələ ki, Santuş heç nə öyrədə bilməyib. Amma Azərbaycan millisi Santuşa uduzmağın yeni sirlərini öyrədib.

Kim yatmış, kim oyaq? Hamı yatıb, Cırtdan oyaq...

Başda AFFA olmaqla hamı yatıb. Necə dəyərlər, fil qulağında. Ya da bəlkə, elə hamını yuxuya vermək istəyən onlardır?

Bircə oyaq olan bəzi jurnalistlər və azarkeşlərdir. Deyəsən, futbolumuzun başbilənləri jurnalistləri və azarkeşləri Cırtdan gözündə görürlər. Çünki bu qədər insanın fikirləri, analizləri onlar üçün heç nədir elə bil. Axı, jurnalistlərin, azarkeşlərin bar-bar bağırdığı, əvvəldən proqnozlaşdırdığı nəticələri niyə AFFA rəhbərliyi, Santuşu o vəzifəyə gətirənlər görə bilmir?

Məsələ Santuşla da bitmir... Bizim milli futbolçularımızın, bu komandanın qürurunu daşıyan oyunçularımızın sayı indi heç 11 nəfərə də çatmır. Təəssübkeş oyunçularımız xeyli azalıb. Bu ölkədən 44 gün ərzində qeyrətli 3 mindən çox şəhid çıxdı, amma onillər ərzində 11 nəfər başıpapaqlı futbolçu çıxmadı.

İt hürən tərəfə gedək, yoxsa işıq yanan tərəfə?..

Görünür, futbolumuz hələ it hürən tərəfə gedir. Bəs işıq yanan tərəf? Bizim yolumuzda işıq yanmır. Ancaq o halda yanar ki, sözün əsl mənasında azyaşlı futbolçulara diqqət ayrılsın, onları yetişdirmək istəyənlər olsun. Hazırkı durumda futbolun inkişafı üçün 1 addım atılsa, bu addımın nəticəsini ən az 10 il sonra görə biləcəyik.

Yalnız millinin məsuliyyətini dərk edəcək futbolçularımız ortaya çıxacağı və komandaya Azərbaycan adının əhəmiyyətini dərk edən bir mütəxəssis təyin olunacağı halda o işıq yanacaq.

Nağılımızın dəhşətli sonluğu isə yaxındır - D Liqası!

Göydən 3 alma düşdü... 3-ü də işığımızı söndürənlərin başına...

Nur Zeynalova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri