Icma.az
close
up
RU
Biznes yanaşması ilə siyasət və: dünya ilə “sövdələşmənin” fəsadları

Biznes yanaşması ilə siyasət və: dünya ilə “sövdələşmənin” fəsadları

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rauf Mirqədirov: “ABŞ müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir və əgər itirərsə, yeni müttəfiqi olmayacaq”

ABŞ-da yeni Donlad Tramp adminstrasiyasının xarici və daxili siyasəti, Prezidentin atdığı qeyri-adekvat addımlar dünyanın əsas müzakirə mövzusudur. İstər Ukrayna münaqişəsi ilə bağlı Ağ Ev adminstrasiyasının tutduğu mövqe, istərsə də Amerikanın avropalı müttəfiqlərinə qarşı münasibətlərinin 180 dərəcə dəyişməsi az qala şok effekti yaradıb. Yerli və xarici ekspertlər Trampın bu vür siyasətini müxtəlif cür izah edirlər.  

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını Avropada yaşayan azərbaycanlı siyasi şərhçi Rauf Mirqədirov cavablandırıb. Politoloq deyib ki, Trampın yanaşmaları sövdələşmələrə bağlı yanaşmalardır:

- Bu da biznes sistemindən gələn baxışdır. Baxın, ABŞ rəsmilərinin, Trampa yaxın olan insanların dilindəki ən dəbdə olan söz “sövdələşmə” sözüdür. Bizim dildə desək, bazar yanaşmasıdır. Təsəvvür edin, dünyada azadlıqların, demokratik dəyərlərin əsas dayağı sayılan dövlətin başçısı sövdələşmələrlə məşğuldur. Bu, özlüyündə Amerika üçün utancverici bir haldır.

İkincisi, Tramp Reyqanın şüarından istifadə edir: “Amerikanı qüdrətli edək”. Lakin şüar eyni olsa da, yanaşma tamamilə fərqlidir. Tramp unudur ki, Amerikanın qüdrəti daha yüksək məsuliyyətə və öhdəliklərə bağlıdır. Son yüz ilə, xüsusilə də, İkinci Dünya müharibəsindən sonrakı proseslərə baxsaq görərik ki, ABŞ-ın dünyada supergücə çevrilməsi onun əlavə məsuliyyətlərinə, əlavə öhdəliklərinə bağlıdır. İkinci Dünya müharibəsindən sonra dünyada üzərinə məsuliyyəti və əlavə öhdəlikləri götürmüşdü. Bütövlükdə Avropanın bərpası üçün “Marşal planı” var idi. O dövr üçün görünməmiş pullar ayrılırdı. Məhv olmuş Yaponiyanın bərpası üçün Amerika külli miqdarda pullar ayırdı. Eyni zamanda, NATO təşkil olundu və ABŞ öz üzərinə əlavə öhdəliklər götürdü, təhlükəsizliyi təmin edən aparıcı dövlət idi, güclü orduya malik idi və s. Sonra Reyqan hakimiyyətə gəldi. Amma Reyqan dövründə də belə deyildi, çünki onun baxışı qlobal idi. Yenə də əlavə məsuliyyətlər var idi: SSRİ-nin dağıdılması, sosialist sisteminin dağıdılması, azadlığın Şərqi Avropaya gətirilməsi, Almaniyanın birləşdirilməsi. Bütün bunların həm maddi, həm siyasi, həm də hərbi təminatı Amerikanın öhdəsində idi. Bu, qlobal baxış idi. Bəli, Tramp Reyqanın şüarını indi təkrarlayır. Amma Amerika ona görə supergücdür, ona görə qüdrətlidir ki, özünün və  müttəfiqlərinin təhlükəsizliyini, iqtisadi inkişafı üçün şəraiti yaradır.

- Tramp isə əksini bəyan edir...

- Bəli, Tramp deyir ki, sövdələşmələrlə məşğul olacaq və bu sövdələşmələr yalnız Amerikaya xidmət edəcək. Və bildirir ki, müttəfiqlərinin qarşısında nə əlavə məsuliyyəti var, nə də öhdəlikləri var. Əslində məncə, bunun pozitiv tərəfləri də var. Bəli, bu gün Ukrayna müdafiəsiz qala bilər, yardım dayandırılır və s. Lakin pozitiv tərəfi odur ki, baş verənlərin Tramp üçün mənfi təsirləri olacaq. Ukraynada döyüşlərin nə vaxt dayanacağı bəlli deyil. Ümumiyyətlə, əməliyyatlar dayanacaqmı? Bilirsiniz, bu gün Ukraynada həlak olan mülki əhalinin qanı artıq yalnız Putinin yox, həm də Trampın əllərindədir. Tramp hakimiyyətə gəlməmişdən əvvəl müharibəni 24 saata dayandıracağını demişdi, bir çoxları da buna inanırdı. Andiçməsə yüz gün deyildi, sonra da 6 ay vaxtdan danışıldı. Tramp hakimiyyətinin yüz günlüyündə hesabat verəcək, hansı ki, yüz günün də yarısı gedib. Məqsəd o idi ki, Trampın hakimiyyətinin yüz gününədək Ukrayna kapitulyasiyaya təhrik edilsin. Amma Amerika lideri iki səhvə yol verdi. Birincisi, xarakterindən irəli gələn addımlar atması idi. Vaxtının azlığından emosional, şou xarakterli addımlar atıldı. Vaxt da o mənada azdır ki, tezliklə müharibəni bitirəcəyinə söz vermişdi. O vədini yerinə yetirmək istəyir. Müharibəni bitirmək üçün özünəməxsus tərzlərdən istifadə edir ki, bu, həddən artıq biabırçı tərzdir. Söhbət açıq, nümayişkəranə şəkildə təzyiq siyasətindən gedir. Bu, çox ciddi təhdidlərin mövcudluğundan xəbər verir. İkincisi, Tramp ABŞ-ın formalaşmış sabit siyasətini məhv edir. Bu, Amerikanın müttəfiqlərinə ciddi təhdiddir. İndi Amerikanın sabitləşdirici, təhlükəsizliyə təminatçı, liderlik roluna böyük şübhələr yaranıb.

- Demək olarmı ki, ABŞ avropalı müttəfiqlərini itirir?

- ABŞ müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir və əgər itirərsə, yeni müttəfiqi olmayacaq. Rusiya və Çin heç vaxt Amerikanın müttəfiqi olmayacaq. Söhbət qlobal dövlətlərdən gedir. Artıq Avropada Trampın siyasətinə etirazlar var. Söhbət siyasi elitaların etirazından gedir. Bilirsiniz, söhbət burada heç də Ukraynadan, Ukraynadakı münaqişədən getmir. Məsələ budur ki, Avropa öz təhlükəsizliyi haqqında düşünür. Ümumiyyətlə, dünya öz təhlükəsizliyi haqqında düşünür. Bunun üçün yeni birlik formalaşmaqdadır. Aparıcı dövlətlər də hələlik Böyük Britaniya və Fransadır. Almaniya bir qədər kənarda görünür, amma bunun səbəbi yeni hökumətin fəaliyyətə başlamamasıdır. Fridrix Merz höhuməti fəaliyyətə başlayanda Almaniya da aparıcı mövqeyə gələcək.

- Trampın qeyri-standart siyasətinin kökündə təkcə məsələlərə biznes maraqları ilə yanaşması dayanır?

- Bilirsiniz, bu adamın eqosu çox yüksəkdir. Bu eqo əlbəttə, dünyaya sarsıdıcı zərbə vurur. Təsəvvür edirsiniz, Tramp deyir ki, “mən Amerika tarixində birinci prezidentdəm, məndən sonra da Corc Vaşinqton gəlir”. Yəni nə Ruzvelt var, nə Reyqan var, nə Linkoln var və s. Bu adam belə problemli şəxsdir. Bu ona gətirib çıxaracaq ki, yaxın vaxtlarda Amerika daxilində ciddi etirazlar başlayacaq. İndi Tramp iqtisadi müharibələrə də başlayır. Amma nəzərə almaq lazımdır ki, iqtisadi müharibələrin bumeranq effekti var. Ola bilsin ki, gömrük rüsumları ilə bağlı disbalans var, bunu aradan qaldırmaq istəyir. Amma iqtisadi münasibətləri yenidən qurmaq üçün illərlə vaxt lazımdır. Gömrük rüsumlarını artırmaqla hər şey həll edilmir. Amerika üçün bunun əks-təsirləri mütləq olacaq. Ondan sonra isə Trampın bu siyasətinə qarşı etirazlar vüsət alacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Mart 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see164

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see140

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see124

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see120

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri