Blanka Muhika Acuna: Qarabağdakı şəhərsalma modeli dünyanın ən uğurlu nümunələrdən biridir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 may, AZƏRTAC
Qarabağdakı şəhərsalma modeli Azərbaycanın dünyaya nümayiş etdirdiyi ən uğurlu nümunələrdən biridir. Orada kiçik kəndlərin, qəsəbələrin yerində öz ekosistemini formalaşdıran "ağıllı şəhər" və "ağıllı kənd" layihələri yaradılır. Bu yanaşma dünyaya ekoloji mühiti necə qorumağı və biomüxtəlifliyi necə saxlamağı öyrədir. Hesab edirəm ki, Azərbaycan bu sahədə mükəmməl bir modeldir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində "Gənclər Dəyişiklik Naminə" (Youth for Change) təşkilatının həmtəsisçisi, İctimai Siyasət və Diplomatiya Araşdırmaları İnstitutunun Peru üzrə regional direktoru, Qlobal Cənub QHT Platformasının üzvü Blanka Muhika Acuna deyib.
O bildirib ki, bu cür beynəlxalq müzakirələr müxtəlif ölkələrin qabaqcıl təcrübələrini öyrənmək və şəhər inkişafı sahəsində yeni texnologiyaların tətbiqinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
"Məsələn, mənim ölkəmdəki şəhərlərin bir çoxunda hələ də qlobal miqyasda fayda verə biləcək bu cür qabaqcıl texnologiyalar yoxdur. Məhz buna görə də bu qəbildən olan müzakirələrdə iştirak olduqca vacibdir; çünki burada digər ölkələrin təcrübələrini və prosesə necə töhfə verdiklərini yaxından görmək imkanı qazanırıq", - deyə B.Muhika əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 20 May 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















