BMT də aparılan danışıqlar göstərir ki, dünya ölkələrinin Azərbaycana hörməti artıb Deputat
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin Nyu-Yorka səfəri bir sıra çox vacib görüşlərlə müşahidə olunur. Burada həm siyasi görüşlər, həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar, Azərbaycanın diplomatik əlaqələrinin güclənməsinə yönəlmiş tədbirlər nəzərdə tutulur. Eyni zamanda maliyyə institutları, investorlar və investisiya şirkətləri ilə danışıqlar aparılır ki, bu da Azərbaycana yeni investisiyaların cəlb olunması və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə Prezident İlham Əliyevin Nyu-Yorka səfərindən danışarkən bildirdi.
"Ümumiyyətlə, belə bir təəssürat yaranır ki, Azərbaycanın BMT-də apardığı danışıqlar və görüşlər bir daha göstərir ki, dünya ölkələrinin Azərbaycana hörməti artıb. Bu, həm də bizim qələbəmiz və zəfərimizlə bağlıdır. Eyni zamanda Azərbaycanın geostrateji və geosiyasi rolu da bu hörmətin artmasında mühüm rol oynayır. Regionumuzdan keçən kommunikasiya xətləri və Orta Dəhliz layihəsi ölkəmizi daha vacib və güclü bir mövqeyə gətirib. Bununla əlaqədar, regiondakı bütün ölkələr Azərbaycanla əməkdaşlıq etməyə və əlaqələri genişləndirməyə çalışırlar. Hesab edirəm ki, prezidentin BMT-dəki çıxışı bizim qələbəmizin beş illiyi ilə bağlı dünyaya böyük mesaj olacaq və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı çox vacib bir mesaj verəcək", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















