BMT də erməni vəhşiliyi müzakirə oluna bilər TƏHLİL
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya tarixinə nəzər yetirdikdə məlum olur ki, bəşəriyyətdə yaşamış və hazırda yaşayan millətlər arasında ən təhlükəlisi erməni toplumudur. Ona görə yox ki, ermənilərin gücü və cəsarətli mübarizə üsulları var, birmənalı şəkildə vurğulamaq olar ki, erməni toplumu qorxaq və cəsarətsizdir. Bu səbəbdən də onlar terror vasitələrindən istifadə edir və bu yolla mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Terror vasitələrindən istifadə etməklə ermənilər son iki yüz il ərzində iki milyona yaxın azərbaycanlının həyatına son qoyublar, yüzlərlə şəhər və qəsəbələri, kəndləri dağıdıblar. Ötən əsrin 90-cı illərində ermənilər Rusiyanın dəstəyi ilə Qərbi Azərbaycan ərazilərindən 250 mindən artıq soydaşımızı yurd-yuvasından didərgin saldı, yüzlərlə insan qəddarlıqla öldürüldü, yaşayış binalarını, əraziləri vəhşicəsinə dağıdıb, viran etdilər. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi Konvensiyaya görə insanların kütləvi şəkildə məhv edilməsi, deportasiya və bu qismdən olan cəza aksiyaları soyqırımı sayılmalıdır. Buna görə də 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları imzalandı. Təəssüflər olsun ki, dünya birliyi ermənipərəst mövqe nümayiş etdirdiyindən ermənilərin törətdiyi bəşəri cinayətləri soyqırımı aktı olaraq tanımada tərəddüdlər edir. Bu da erməniləri daha böyük miqyasda terror aktları törətməyə həvəsləndirir.
Terror ermənilərin öz mövcudluqlarını saxlamaq üçün istifadə etdikləri vasitədir
Tarixi reallıq ondan ibarətdir ki, smüxtəlif zamanlarda ermənilər amansız terror təşkilatları yaradıblar. Onların arasında “Daşnakstyun”, “Asala”, “Hnçak” və digər terror təşkilatları xüsusi qəddarlıqları ilə seçiliblər.
Erməni millətçiləri 1887-ci ildə Cenevrədə “Hnçak” terror təşkilatını, 1890-cı ildə isə Tiflisdə “Daşnakstyun” təşkilatını yaratmağa nail olmuşlar. Erməni tədqiqatçısı Luis Nalbandyana görə “Hnçak” proqramında deyilirdi: “Təbliğat və terror xalqın “ruhunu yüksəltmək” üçün lazımdır. İnsanlar öz düşmənlərinə qarşı yönəlməli və onların cavab hərəkətlərindən “faydalanmalıdırlar”. Terror insanların müdafiə üsulu və “Hnçak” proqramına inam qazanmaq üçün istifadə olunmalıdır. Osmanlı hökumətinə qarşı terrordan istifadə edərək, partiya bu vasitə ilə rejimin nüfuzunu aşağı salırdı və dövlətin dağılmasına çalışırdı. Hökumət özü terrorçuluq taktikasının tək mərkəzi olmamalı idi. “Hnçak” üzvləri hökumətə işləyən erməni və türklərin çoxunu məhv etmək istəyirdi. Bütün terror aktlarının yerinə yetirilməsi üçün xüsusi fövqəladə komitələr yaradılmalı idi. Bunu təxirə salınmaz məqsədlərə çatmaq və üsyanın baş verməsi üçün Türkiyənin müharibəyə başı qarışdığı zamanı əlverişli hesab edirdilər”. K.S.Papazyan “Daşnakstyun” terror təşkilatının hədəf və məqsədləri barədə yazırdı: “Daşnakın məqsədi iğtişaşlar və terror vasitələri ilə Türkiyə və Azərbaycan ərazilərində istəklərinə nail olmaq idi. Terror daşnakların siyasətdə istədiklərinə çatmaq üçün istifadə edilməlidir.
“Daşnakstyn” terror təşkilatının proqramında yazılır: “Erməni Üsyan Federasiyası (Daşnak) öz məqsədinə çatmaq üçün üsyan qrupları yaradır. 8-ci məcəllə dövlət işçilərinə qarşı terrorçuluğa, 11-ci məcəllə isə dövlət müəssisələrinin talan və məhv edilməsinə həsr olunmuşdur”.
“Daşnakstyn” terror təşkilatının əsasını qoyanlardan və ideoloqlarından biri, doktor Cin Loris-Melikoff yazırdı: “Həqiqət bundan ibarətdir ki, partiyanı (“Daşnak” komitəsi), partiyanın maraqlarını xalqın və millətin maraqlarından üstün tutan oliqarxiya idarə edir. Əvvəlcə onlar burjuaziya və iri tacirlər arasında idi. Nəhayətdə onlar bütün vasitələrdən istifadə edərək rus üsyançılarından “vasitə məqsədə bəraət qazandırır” şüarını əxz edərək sonda terrora keçdilər”.
Vəhşilik və terror əməlləri Qafqazda böyük qırğınlara səbəb oldu
Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnaq quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər.Erməni quldur dəstələri yalnız Şuşa,Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. Erməni terrorçuları hələ 1904-cü ilin sentyabrında Bakı şəhərində bir neçə azərbaycanlını qətlə yetirmişlər. Bu qətllər isə ermənilər tərəfindən xəbərdarlıq xarakteri daşımışdır. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C. Libardyanın yazdığına görə 1904-1906-cı illər ərzində erməni terrorçuları 105 terror aktı törətmişlər. Bunların 86-sı azərbaycanlılar, digərləri isə türk məmurlarına və zabitlərinə qarşı olmuşdur.
1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 68 azərbaycanlını öldürmüş və 33 nəfəri yaralamışdır. 1905-ci ilin fevralın 7-də erməni terror təşkilatı Bakıda 100-dək dinc vətəndaşımızı öldürmüş və yaralamışdır. Erməni quldur dəstələri 1905-ci ilin fevralın 9-da Bakı sakinlərini qətl və qarətlərə məruz qoymuşdular. Erməni dəstələri kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin (Balabek, Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və b.) evlərinə yığışmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış,ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin qırğınları tarixə “Bakı şəhərində qanlı qətliam” kimi düşmüşdür.
“Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin azərbaycanlı sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir.
Erməni terrorçuları çoxlu sayda qadın, qoca və uşağı öldürdülər
1905-ci il mayın 11-də Bakı şəhərində baş erməni terrorçusu Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A. Nakaşidzeni və Q. Takiyeskilini qətlə yetirdilər. Bu hadisəni şahid R.R. Subinski öz xatirələrində qeyd etmişdir ki, qatillərdən biri erməni Dro ləqəbli Drastamat Xanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldarları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarşılıqdan istifadə ermənilər on bir qadın, on iki uşaq və on beş kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar. Bütün silah növləri ilə təmin olunmuş erməni quldur dəstələri 1905-ci ilin 2 iyununda Mənkus müsəlman kəndinə hücum etmişlər. Silahsız kəndlilər ailələrini götürüb qaçmağa məcbur olmuşlar. Kənddə qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının əlinə keçmişdir. Erməni quldurları şişləri qızdıraraq işgəncələr verməklə onu öldürmüşlər. Bu vəhşiliklərini ermənilər 1988-1989-cu illərdə Ermənistan torpaqlarından qovulan azərbaycanlılar üzərində də həyata keçirmişdilər. Erməni daşnak dəstələri 1905-ci il iyunun 8-də İrəvan yaxınlığındakı Eçmiədzin qəzasındakı Uşu azərbaycanlı kəndini mühasirəyə almış, buranı işğal etdikdən sonra kişilərin başlarını kəsmiş, südəmər uşaqları süngülərə keçirmişlər. Bu basqın zamanı kəndin məscidi yandırılmışdır. Ermənilər səhərisi Eçmiədzin qəzasındakı Persi, Nazzevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və İrgu azərbaycanlı kəndlərini də yandırmış, məscidlərə od vurmuş və insanlığa yaraşmayan hərəkətlər edərək murdarlamışlar. Erməni daşnaq dəstələri öz çirkin əməllərindən əl çəkməyərək 1905 –ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə qarşı dəhşətli qırğınlar törətdilər. 1905-ci ilin avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakçıları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu,qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınlarının məqsədi və yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci ilin oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər. Burada amansız vəhşiliklər həyata keçirdilər.
Ermənisiz Qafqaz qurula bilərmi?
Erməni terrorçu dəstələri 1905-ci il noyabrın 21-də Tiflis əhalisinə qanlı və amansız divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. Qirğında çoxlu sayda azərbaycanlı da işgəncələrlə öldürmüşlər. 1906-cı ilin yanvarın 1-dən erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, insanları qılıncla yarıldılar, hələ dünyaya gəlməmiş körpələrin başlarını vurdular. Qırğına erməni quldur, qulağı kəsik Andranik Ozanyan başçılıq edirdi. Hələ əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsula general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.
1906-cı il iyulun 12-də erməni quldur dəstələri yaxınlığındakı erməni kəndlərindən 10 min nəfərə yaxın dəstə ilə Şuşa üzərinə hücuma keçdilər. Ərazidə döyüşlər beş gün davam etdi. Bütün evlərə bombalar yağdırıldı. Südəmər körpələri beşiklə birlikdə yandırır, anaların başını daşa çırpırdılar. 1905-1906-cı illərdə erməni bandaları Qarabağın yüzlərlə kəndini yerlə-yeksan etmişdilər. Bu dəstələr 1906-cı il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə hücum etdilər. Silahsız kəndlilər ermənilərə müqavimət göstərə bilmədilər. Kəndin bütün kişiləri erməni vandalları tərəfindən öldürüldü. Qaçıb təpəliklər arxasında gizlənmiş 30 qadın və uşağın yerini ermənilər dərhal müəyyən etmişlər. Buna səbəb gənc ana Pakizənin uşağının ağlaması olmuşdur. Hətta tarix bu körpə qızın adını da saxlamışdır-Firuzə. Qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər. Belə bir vəhşi toplum təəssüflər olsun ki, Qafqazda mövcudluğunu qoruyub, saxlamaqdadır. Nə qədər ki, ermənilər bu bölgədə varlıqlarını qoruyub, saxlayırlar, bu diyar heç zaman sakitlik tapmayacaq. Yetər ki, bu vəhşi toplum Qafqazdan deportasiya olunsun, yalnız o halda bu diyar sakitlik və sabitlik adasına çevriləcək. Ona görə də, Qafqaz xalqları bir araya gəlməli və ermənisiz Qafqazın qurulması üçün təcili BMT-də müzakirələrin aparılması çağırışı irəli sürülməlidir. Əgər demokratik düşüncəli dünya xalqları beynəlxalqa aləm də sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verərlərsə, o zaman heç bir mübahisələrə yol vermədən BMT-də erməni vəhşilikləri və ermənisiz Qafqaz qurulması istiqamətində müzakirələr aparıla bilər.
İLHAM ƏLİYEV


