Bu dəfə “Çakır” yox, onun üçün
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Kastamonu şəhərində “TRT 1” kanalında yayımlanan “Mehmed: Fetihler Sultanı” serialında hekayə xəttinə uyğun olaraq həyatına son qoyulan “Satılmış Ağa” obrazının xatirəsinə “lokma” (ənənəvi xəmir şirniyyatı) paylanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nasrullah Məscidi meydanında pərəstişkarlar tərəfindən təşkil olunan tədbirdə həmin obrazı canlandıran aktyor Taner Ayyıldız da iştirak edib.
Göstərilən diqqətdən təəccübləndiyini deyən aktyor, “Satılmış Ağanın sevildiyini bilirdim, amma bu qədərini gözləmirdim”, – bildirib.
Bu hadisə “Kurtlar Vadisi” serialının əfsanəvi obrazı “Süleyman Çakır”ı xatırladıb. Hər il onun serialda öldüyü gün Türkiyənin müxtəlif yerlərində “lokma” paylanaraq anılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Noyabr 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















