BMT: Geniş əhatəli yaşıl iqtisadiyyat planı Azərbaycanla yeni əməkdaşlıq çərçivəmizin əsas komponenti olacaq
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
BMT-nin məqsədi Azərbaycanın bütün vətəndaşları üçün "yaşıl" və dayanıqlı gələcəyi təmin etməkdir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
"Biz Dayanıqlı İnkişaf Məqsədlərinə - minalardan təmizləmə ilə bağlı milli məqsəd də daxil olmaqla, 17 qlobal və 1 milli məqsədin hamısına nail olmaq üçün milli səyləri necə daha yaxşı dəstəkləyə biləcəyimizi müəyyən etməyi səbirsizliklə gözləyirik. Məqsədimiz Azərbaycanın bütün sakinləri üçün "yaşıl" və dayanıqlı gələcəyi təmin etməkdir", - o vurğulayıb.
V. Andreyevanın sözlərinə görə, bərpa olunan enerji və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı fəaliyyət BMT-nin diqqət mərkəzindədir: "Biz COP29 sədrliyinin təşəbbüslərinin necə davam etdirilməsini və onların Azərbaycan kontekstinə necə uyğunlaşdırılmasını müzakirə edirik. Bunun bir hissəsi bərpa olunan enerjiyə diqqət yetirmək, regional tərəfdaşlıqları araşdırmaq və yeni milli səviyyədə müəyyən edilmiş töhfələri həyata keçirməkdir. Geniş əhatəli "yaşıl iqtisadiyyat" planı da yeni əməkdaşlıq çərçivəmizin əsas komponenti olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Yanvar 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















