Icma.az
close
up
RU
BMT nin hesabatı: 2033 cü ilədək süni intellekt 4,8 trilyon dollarlıq qlobal bazara çevriləcək

BMT nin hesabatı: 2033 cü ilədək süni intellekt 4,8 trilyon dollarlıq qlobal bazara çevriləcək

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

BMT-nin yeni hesabatında bildirilir ki, 2033-cü ilə qədər süni intellekt (AI) 4,8 trilyon dollarlıq qlobal bazara çevriləcək. Bu, təxminən Almaniya iqtisadiyyatının həcminə bərabərdir. Eyni zamanda, təcili tədbirlər görülməsə, onun faydaları bir neçə imtiyazlı insanın əlində cəmləşə bilər.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, aprelin 3-də BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən açıqlanan “Texnologiya və innovasiya - 2025” adlı hesabat süni intellekt mənzərəsində artan bərabərsizliyə dair həyəcan təbili çalır və AI potensialından istifadə etməkdə ölkələr üçün yol xəritəsini təqdim edir.

Hesabat göstərir ki, əsasən ABŞ və Çində olan 100 şirkət tədqiqat və inkişafa qoyulan dünyanın özəl sərmayəsinin 40 faizinə malikdir ki, bu da texnoloji gücün kəskin konsentrasiyasını vurğulayır. Eyni zamanda, əsasən Qlobal Cənubdan olan 118 ölkə süni intellekt idarəetməsi ilə bağlı qlobal müzakirələrdə iştirak etmir.

UNCTAD-ın baş katibi Rebeka Qrinspen gücün “texnologiyadan insanlara” çevrilməsi və ölkələrə “qlobal süni intellekt çərçivəsini birgə yaratmağa” imkan yaradılması istiqamətində daha güclü beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Hesabatda qlobal iş yerlərinin 40 faizinin süni intellektdən təsirlənəcəyi təxmin edilir. Texnologiya məhsuldarlıq artımı və yeni sənayelər vasitəsilə yeni imkanlar gətirsə də, avtomatlaşdırma və iş yerlərinin dəyişdirilməsi ilə bağlı ciddi narahatlıqlar doğurur. Xüsusən də aşağı qiymətli əməyin rəqabət üstünlüyü olduğu iqtisadiyyatlarda bu daha aydın hiss ediləcək.

Ancaq BMT hesab edir ki, bütün bunlar pis xəbərlər deyil. UNCTAD-ın ekspertləri iddia edirlər ki, süni intellekt təkcə iş yerlərini əvəz etməyəcək, həm də yeni sənayelər yaradacaq və işçilərin peşəkarlığını artıracaq.

“Hökumətlər yenidən ixtisasların artırılmasına və işçi qüvvəsinin yeni şəraitə uyğunlaşmasına sərmayə qoysalar, süni intellekt onları aradan qaldırmaq əvəzinə, məşğulluq imkanlarını artırmasını təmin edə bilər”, -deyə hesabatda bildirilir.

BMT hesab edir ki, texnoloji tərəqqi ilə ayaqlaşmaq üçün inkişaf etməkdə olan ölkələr UNCTAD-ın “üç əsas rıçaq nöqtəsi” adlanan sahəni gücləndirməlidir: infrastruktur, məlumat və bacarıqlar. Bu, sürətli, etibarlı internet bağlantılarına və böyük həcmdə məlumatı saxlamaq, onları emal etmək üçün lazım olan hesablama gücünə investisiya yatırmaq deməkdir. Həmçinin süni intellekt sistemlərini effektiv və ədalətli şəkildə öyrətmək üçün müxtəlif, yüksəkkeyfiyyətli məlumat bazasına çıxışın təmin edilməsi vacibdir. Ən başlıcası, insanları süni intellektlə idarə olunan dünyada inkişaf etmək üçün lazım olan rəqəmsal və problem həll etmə bacarıqları ilə təchiz edən təhsil sistemlərinin qurulması tələb olunur.

Milli siyasətdən əlavə, UNCTAD süni intellektin inkişafına rəhbərlik etmək üçün daha güclü beynəlxalq əməkdaşlığa çağırır. Hesabat bütün ölkələrə hesablama gücü və süni intellekt alətlərinə bərabər çıxış imkanı vermək üçün ümumi qlobal obyektin yaradılmasını təklif edir. O, həmçinin şəffaflığı və hesabatlılığı artırmaq məqsədilə mövcud ekoloji, sosial və idarəetmə (ESG) standartlarına bənzər süni intellekt bazasında ictimai açıqlama çərçivəsinin yaradılmasını tövsiyə edir.

“Tarix göstərdi ki, texnoloji tərəqqi iqtisadi artıma təkan versə də, o, özbaşına gəlirlərin ədalətli bölüşdürülməsini təmin və ya inklüziv insan inkişafını təşviq etmir”, -deyən R.Qrinspen bütün insanları süni intellekt inqilabının mərkəzində olmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri