Icma.az
close
up
RU
BMT nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir

BMT nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19-23-də Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın altıncı plenar iclası və İdarəetmə komitəsinin onuncu görüşü baş tutur.

Tədbir çərçivəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələr arasında əməkdaşlığın inkişafı və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub.

Baş prokuror Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin martın 2-də BMT-nin üzvü olduğunu qeyd edib. O, həmçinin, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan ilə BMT arasında möhkəm tərəfdaşlığın əsasının qoyulduğunu vurğulayıb.

Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib. O, Azərbaycanın bu sahədəki müsbət təcrübəsini və BMT ilə əməkdaşlıqda əldə edilən uğurları diqqətə çatdırıb.

Bundan əlavə, Baş Prokuror Kamran Əliyev 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizin beynəlxalq müstəvidə mədəniyyətlərarası dialoq və iqlim dəyişikliklərinə dair fəal iştirakını və sadiqliyini nümayiş etdirdiyini qeyd edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou Azərbaycan ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki töhfələrini yüksək qiymətləndirib.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri