Icma.az
close
up
RU
BMT nin quruluşunda müəyyən ziddiyyət var

BMT nin quruluşunda müəyyən ziddiyyət var

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin quruluşunda müəyyən ziddiyyət var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bir çoxları İkinci Dünya müharibəsindən sonra BMT-nin yaradılmasında əsas olan prinsiplərin – qaydalara əsaslanan dünya nizamının – təsirini itirdiyini təəssüflə qeyd edir. Bu nizam müəyyən qaydalara əsaslanırdı, nəyin doğru, nəyin yanlış olduğu, nəyin qəbul edilə bilən, nəyin isə qəbuledilməz olduğu barədə ortaq anlayış mövcud idi. Bu prinsiplər həm ölkə daxilində idarəetmədə, həm də beynəlxalq münasibətlərdə tətbiq olunmalı idi. Bəzi qitələrdən olan müşahidəçilər qeyd edirlər ki, bu qaydalar əsasən Qərb dünyasında formalaşıb. Həqiqətən də bu prinsiplər əsrlər boyu Qərb dünyasında, böyük müqavimətlərə baxmayaraq inkişaf edib. Əslində İkinci Dünya müharibəsinə qədər Avropa sülh və rifah nümunəsi deyildi. Mən uşaq olanda Almaniyada qaçqın düşərgələrində yaşamışam və müharibədən sonra uzun illər aclıq və çətinlik içində böyümüşük, ta ki müxtəlif ölkələr qaçqınları qəbul edənədək. O dövrdə hüququn aliliyi yox idi. Nasist Almaniyasında bir diktator və onun sistemi məğlub edilmişdi, lakin digər bir diktator – İosif Stalin və Sovet İttifaqı hakimiyyətdə qalırdı. Hamı üçün ədalət ideyası çox uzaq görünürdü. BMT-nin quruluşunda isə müəyyən ziddiyyət var. Bir tərəfdən təşkilata üzv olan hər bir dövlətin suveren hüquqlarının tanınması prinsipi mövcuddur və bu, dövlətlərin beynəlxalq hüquqa riayət etməli olduğunu bildirir. Digər tərəfdən isə Təhlükəsizlik Şurasının strukturu – veto hüququna malik beş daimi üzv – bu prinsipə müəyyən dərəcədə ziddir. Çünki bu sistem İkinci Dünya müharibəsinin qaliblərinə daha çox səlahiyyət verir, halbuki bu gün dünya əhalisinin və iqtisadi gücün paylanması artıq fərqlidir”, - deyə o, vurğulayıb./APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri