Icma.az
close
up
RU
BMT nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü münasibətilə üzv dövlətlərə müraciət edib

BMT nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü münasibətilə üzv dövlətlərə müraciət edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

1945-ci il iyulun 16-da nüvə silahı sınaqlarının başlamasından bəri dünyada 2 mindən çox sınaq partlayışı keçirilib. Atom bombası sınaqlarının ilk günlərində onun insan həyatına dağıdıcı təsirlərinə, hətta atmosferdə nüvə tullantılarının təhlükələrinə az fikir verilirdi. Keçmiş baxışlar və tarix bəşəriyyətə nüvə silahı sınağının dəhşətli və faciəvi təsirlərini göstərdi, xüsusən də nəzarət altında olan şərtlər pozulduqda və bu gün mövcud olan daha güclü və dağıdıcı nüvə silahlarının fonunda bu, daha da qorxulu hal alır.

AZƏRTAC xəbər verir ki, 2009-cu il dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 64-cü sessiyası yekdilliklə 64/35 saylı qətnaməni qəbul edərək 29 avqust tarixini Nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü elan edib. Qətnamə “nüvə silahı sınaqları partlayışlarının nəticələri və bu təhlükəli sindromdan azad dünya hədəfinə çatmaq üçün onların dayandırılmasının zəruriliyi haqqında” məlumatlılığın və maarifləndirmənin artırılmasına çağırır. Qətnamə 29 avqust 1991-ci ildə Semipalatinsk Nüvə Sınaq Poliqonunun bağlanmasını qeyd etmək məqsədi ilə çoxlu sayda sponsorlar ilə birlikdə Qazaxıstan Respublikası tərəfindən irəli sürülüb.

2010-cu ildə Nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü çərçivəsində ilk anım mərasimi keçirilib. Hər il bütün dünyada təşkil edilən simpoziumlar, konfranslar, sərgilər, müsabiqələr, nəşrlər, mühazirələr, media yayımları və digər təşəbbüslər bu sahədə müxtəlif fəaliyyətlərin əlaqələndirilməsinə xidmət edir.

Yarandığı gündən bəri hökumət səviyyəsində bir çox ikitərəfli və çoxtərəfli inkişaf, eləcə də vətəndaş cəmiyyətindəki geniş hərəkatlar nüvə sınaqlarının qadağan edilməsinə töhfə verir. Üstəlik, “nüvə tərk-silahının və nüvə silahlarının tamamilə məhv edilməsinin onların istifadəsinə və ya təhlükəsinə qarşı yeganə mütləq təminat olduğuna əmin olaraq, Baş Assambleya 26 sentyabr tarixini nüvə silahlarının tam ləğvi səyləri vasitəsilə beynəlxalq səfərbərlik məqsədini daha da inkişaf etdirməyə həsr olunmuş Nüvə silahlarının tam ləğv edilməsi üzrə Beynəlxalq Günü təsis edib. Bu əlamətdar gün ilk dəfə 2014-cü ilin sentyabrında qeyd edilib. Nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Günü digər tədbirlərlə birlikdə nüvə silahlarından azad bir dünyanı qəti şəkildə müdafiə edən qlobal mühiti gücləndirib.

Nüvə sınaqlarının bütün formalarına son qoymaq üçün beynəlxalq sənəd 1996-cı il Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilədir (CTBT). Təəssüf ki, bu sənəd hələ də qüvvəyə minməyib.

BMT hesab edir ki, CTBT-nin qüvvəyə minməsi və onun beynəlxalq arxitekturada yerini qoruyub saxlaması üçün hər cür səy göstərilməlidir. Bununla əlaqədar olaraq, təşkilatın Baş katibi həmin sənədin qüvvəyə minməsi üçün ratifikasiyanın tələb olunduğu bütün qalan dövlətlərə müraciət edir. Onların bunu etməyəcəyi təqdirdə, üzv ölkələrin erkən tarixdə müqaviləni imzalamaq və ratifikasiya proseslərinin tezliklə tamamlamaq öhdəliyi götürməsi tövsiyə edilir.

BMT-nin ümidvardır ki, bir gün bütün nüvə silahları yox olacaq. O vaxta qədər Nüvə sınaqları əleyhinə Beynəlxalq Fəaliyyət Gününü qeyd etməyə ehtiyac var, çünki dünya birliyi sülh və təhlükəsizliyin təşviqi istiqamətində çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri