BMU da stomatoloji müayinə aksiyası təşkil olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası tərəfindən Bakı Mühəndislik Universitetində (BMU) profilaktik stomatoloji müayinə aksiyası təşkil olunub.
BMU-dan AZƏTAC-a bildirilib ki, universitet əməkdaşları və tələbə heyəti üçün gerçəkləşdirilən ödənişsiz aksiyada əsas məqsəd ağız və diş sağlamlığına diqqətin artırılması, profilaktik müayinələrin əhəmiyyətinin vurğulanması və erkən diaqnostika vasitəsilə diş xəstəliklərinin qarşısının alınmasıdır.
Aksiya çərçivəsində tibb müəssisəsinin tanınmış həkimləri tərəfindən BMU-nun əməkdaşları və tələbələri ilkin stomatoloji müayinədən keçirilib, ağız boşluğu gigiyenasına dair fərdi məsləhətlər verilib və ehtiyac yarandığı hallarda əlavə müayinələr üçün klinikaya yönləndirmələr aparılıb.
BMU rəhbərliyi ATU kollektivinə təşəkkür edərək, bu cür sosial-tibbi təşəbbüslərin sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















