Icma.az
close
up
RU
BMU da yeni tədris ilinin başlanması qeyd olundu Fotolar

BMU da yeni tədris ilinin başlanması qeyd olundu Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dövlət himni səsləndirildikdən və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən universitetin rektoru Yaqub Piriyev ali məktəbin kollektivinə, tələbə adını yeni qazanan gənclərə səmimi təbriklərini çatdırıb. Yeni tədris ilinin, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illiyinə təsadüf etdiyini vurğulayaraq müstəqil Azərbaycanın misilsiz qəhrəmanlıq səhifəsi olan bu zəfərlə xalqımızın daim qürur duyacağını bildirib.    

Yaqub Piriyev rəqabətədavamlı mütəxəssis kimi formalaşmaq üçün hər cür şəraitin yaradıldığı BMU-da son illər aparılan islahatları önə çəkib. Ali məktəbin bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minlikdə yer alması xüsusilə qeyd olunub. Universitetə builki qəbul nəticələrinə toxunan rektor 39 ixtisas üzrə plan yerlərinin 97 faiz dolduğunu vurğulayaraq, magistratura səviyyəsi ilə birlikdə ali məktəbə ümumilikdə qəbul olan tələbələrin, habelə BMU-nu seçən yüksəkballı abituriyentlərin sayındakı iki dəfəyə yaxın artımı statistik rəqəmlərlə təqdim edib. Həmçinin bu ildən etibarən BMU-nun bakalavriat səviyyəsinə 7 ixtisas üzrə Cənubi Koreya və Çin universitetləri ilə həyata keçirilən ikili diplom proqramlarına dair zəruri informasiyaları da diqqətə çatdırıb. Cari ildə BMU-nun 30-dan artıq məzununun xaricdə magistratura pilləsini qazanmasını sevindirici hal kimi qeyd edən rektor onların təhsillərinə davam etmələrinə yaradılan şəraiti dövlətimizin savadlı, bacarıqlı nəslə dəstəyinin parlaq ifadəsi adlandırıb.

Sonra tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Nigar Məmmədova, Vüqar Bayramov, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış ediblər. Çıxışlarda Azərbaycanda  təhsil sisteminin hər zaman dövlətin diqqət mərkəzində olduğu, hazırda işğaldan azad edilmiş, böyük quruculuq işləri aparılan  ərazilərimizdə də təhsil infrastrukturunun uğurla yenidən qurulduğu bildirilib.

Tədbir bu il ən yüksək nəticə göstərərək  BMU-nun “İnformasiya texnologiyaları” ixtisasına qəbul olunan Nərmin Talıbovanın çıxışı ilə başa çatıb.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri