Icma.az
close
up
RU
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Cənubi Koreya (Cənubi) Respublikasına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Modern.az xəbər verir ki, görüşdə səfir Ramin Həsənov BMU nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edib. O, həmçinin dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkib. Səfir BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində hazırda bu ölkədə sonuncu kursda təhsil alan tələbələrlə mütəmadi görüşlərin keçirildiyini, onların gündəlik qayğıları ilə daim maraqlandıqlarını söyləyib.

Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ötən il icra müddəti 2030-cu ilədək uzadılan proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ texnologiyalardan yararlanaraq yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir. Rektor İNHA Universitetində təhsillərinin sonuncu kursunu davam etdirən 114 tələbəyə göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Görüşdə elmi-akademik əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Cənubi Koreyaya səfərin əsas məqsədi  BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclasında iştirak və layihənin 2-ci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsi barədə müqavilənin imzalanması, habelə təhsillərini hazırda İNHA Universitetində davam etdirən sonuncu kurs tələbələri ilə görüşün keçirilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri