Boks əfsanəsi Məhəmməd Əlinin anadan olmasından 84 il ötür FOTO/VİDEO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün boks tarixinin ən böyük simalarından olan Məhəmməd Əlinin doğum günüdür.
İdman.Biz xatırladır ki, onun anadan olmasından 84 il ötür.
Boks əfsanəsi təkcə inanılmaz əl sürəti və ringdəki ustalığı ilə deyil, həm də iti yumoru və özünəməxsus xarakteri ilə yadda qalıb. Məhəmməd Əli karyerası ərzində azarkeşləri tez-tez heyrətləndirib. Onun iştirak etdiyi döyüşlərin birində o, cəmi 2,8 saniyə ərzində 12 dəqiq zərbə endirərək boks tarixində nadir göstəricilərdən birinə imza atıb.
Əfsanəvi boksçu öz döyüş üslubunu məşhur ifadəsi ilə belə təsvir edib: “Əllər işləyir, gözlər görür. Kəpənək kimi süz, arı kimi sanc”.
Məhəmməd Əli üç qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə keçib. O, həmçinin, üç dəfə Mütləq Dünya Çempionu adına sahib çıxan yeganə boksçudur.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu. 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.
Məhəmməd Əli karyerası boyunca dörd dəfə nokaut vəziyyətinə düşsə də heç vaxt nokautla məğlub olmayıb. O, boks tarixində ən sürətli ağırçəkili boksçu kimi qəbul edilib.
Посмотреть эту публикацию в Instagram
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















