Icma.az
close
up
RU
Bölgələrin inkişafı Azərbaycanın ümumi inkişafının təməlidir

Bölgələrin inkişafı Azərbaycanın ümumi inkişafının təməlidir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllı, 28 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İsmayıllı ziyalısı Aydın Əzizovun mayın 26-da Prezident İlham Əliyevin rayona səfəri ilə bağlı qeydlərini təqdim edirik.

Bu günlərdə Prezident İlham Əliyevin İsmayıllıya növbəti səfəri biz ismayıllılılar üçün əsl bayram, əsl yadda qalan hadisə oldu. Mən Talıstan kəndinin ziyalısı olaraq Prezidentimizin bölgəmizə diqqət və qayğısını alqışlayıram. Təkcə bu il deyil, 2009-cu ilin oktyabrında, 2014-cü ilin avqustunda Prezidentin İsmayıllıya səfərləri zamanı mənə onunla şəxsən görüşmək nəsib olub.

Bu diqqət və qayğı indi də davam edir. Prezidentin iştirakı ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində kəndimizdə 1296 şagird yerlik “Talıstan” liseyinin istifadəyə verilməsi təkcə bir təhsil ocağının açılışı deyil, gələcəyimizə qoyulan möhkəm təməldir. Bu liseydə yetişəcək hər bir uşaq sabahın elm adamı, ziyalısı, vətəndaşı olacaq. Bu, təhsilə verilən qiymətin, gələcəyə inamın nümunəsidir.

Yol mədəniyyətdir, iqtisadiyyatdır, inkişafdır. Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi, yenidən qurulması təkcə asfalt işi deyil – bu, bölgələr arasında əlaqəni möhkəmləndirən, insanları bir-birinə daha da yaxınlaşdıran layihədir. Bu yol İsmayıllının, eləcə də bütün şimal-qərb bölgəsinin iqtisadi və turizm potensialını reallaşdırmaq üçün açılan qapıdır.

Prezidentin İsmayıllıya səfəri zamanı “Coca-Cola”nın zavodu da istifadəyə verildi. Bu, yerli əhali üçün yeni iş yerləri deməkdir. Eyni zamanda, Prezidentin bölgələrə sosial-iqtisadi dəstəyinin bariz göstəricisidir. Zavodun enerji təchizatında alternativ mənbələrə üstünlük verilməsi isə müasir yanaşmanın nümunəsidir.

Talıstanın meşələri, çayları, 7-ci əsrdən miras qalan Cavanşir qalası, dağların qoynundakı Qaranohur gölü turistlərin həvəslə üz tutduğu yerlərdəndir. Bu bölgənin turizm imkanları sonsuzdur. Yolların yaxşılaşdırılması ilə biz daha çox qonaq qəbul edəcək, daha çox inkişaf edəcəyik.

Əlbəttə bu diqqət təkcə İsmayıllıya deyil, digər bölgələrimizdə də yeni-yeni layihələr icra olunur, iş yerləri yaradılır. Yəni, bölgələrin inkişafı Azərbaycanın ümumi inkişafının təməlidir. Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bərpa olunan kəndlər, salınan yollar – bunlar hamısı bir məqsədə xidmət edir: xalqın rifahı, Vətənin güclənməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri