Icma.az
close
up
RU
Azərbaycanda bölgələrin inkişafı strateji plana uyğun həyata keçirilir ŞƏRH AZƏRTAC

Azərbaycanda bölgələrin inkişafı strateji plana uyğun həyata keçirilir ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan sosial dövlətdir və Prezidentin də tez-tez ifadə etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Azərbaycan Prezidentinin sosial siyasətinin əsasında iki vacib prinsip var: sosial ədalət və sosial rifah. Şübhəsiz ki, bu siyasət ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Eyni zamanda, Prezidentin son müsahibəsində də vurğuladığı kimi, sosial siyasətin uğurla davam etməsi iqtisadiyyatın inkişafı ilə birbaşa əlaqədardır. Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi imkanları genişləndikcə sosial müdafiə tədbirlərinin həm məbləği artır, həm də bu tədbirlər daha çox vətəndaşı əhatə edir. Prezidentin fərman və sərəncamları əsasında indiyədək dörd sosial islahat paketi uğurla həyata keçirilib. Bu ilin əvvəlindən isə beşinci sosial islahatlar paketi tətbiq olunmağa başlanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.

O deyib ki, indiyədək keçirilən dərin sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edib və dövlət büdcəsindən əlavə olaraq bu məqsədlə hər il yeddi milyard manat vəsait xərclənib. Builki sosial islahatları da əlavə etsək, artıq cari ildən başlayaraq sosial məqsədlərə ildə 8,5 milyard manat vəsait xərclənəcək. Elə bu səbəbdəndir ki, Prezidentin elan etdiyi beşinci sosial islahatlar paketi çərçivəsində minimum əmək haqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya 40 manat artırılaraq 320 manata çatdırıldı. Beləliklə, 2025-ci il üçün dövlət büdcəsində sosialyönümlü xərclər 17 milyard manatı keçdi. Bu isə bütövlükdə dövlət büdcəsinin 41 faizi deməkdir. Bu kimi tədbirlər - daimi pensiyaların, orta aylıq əmək haqqının artması, bütövlükdə əməkhaqqı fondunun böyüməsi vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına gətirib çıxarır.

Komitə sədri qeyd edib ki, Azərbaycanda ən çox diqqət və qayğıya layiq olan şəxslər heç vaxt unudulmur. İlk növbədə, şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və sair kateqoriyaları əhatə edən şəxslər istər məşğulluğun təmin olunması, istər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də pensiya, müavinət təqaüdünün artırılması baxımından daim dövlətin və şəxsən Prezidentin diqqətindədir. İndiyədək 15 mindən çox şəhid ailəsi və qazinin dövlət tərəfindən hər cür şəraiti olan təmirli mənzillərlə təmin olunmasını qeyd etmək olar. Bu da onu deməyə əsas verir ki, yaxın illərdə artıq mənzillə təmin olunmayan şəhid ailəsi və yaxud qazimiz qalmayacaq. Onu da deyim ki, Azərbaycan dünyanın çox nadir ölkələrindən biridir ki, qazilərinə və şəhidlərinə dövlət tərəfindən belə qayğı göstərilir, mənzillər verilir, tibbi göstərişlərinə görə qazilər minik avtomobilləri ilə, rəqəmsal texnologiya əsasında çalışan protez ortopedik vasitələrlə təmin olunurlar. Dövlət vəsaiti hesabına onların ölkəmizdə və xaricdə müalicələri həyata keçirilir. Eyni zamanda, bütün reabilitasiya və məşğulluq proqramlarına birinci növbədə bu şəxslər cəlb edilirlər.

Musa Quliyev dövlətin apardığı sosial siyasətin bir istiqamətinin də aktiv sosial müdafiə tədbirləri olduğunu qeyd edərək deyib: “Yeni iş yerlərinin açılması, vətəndaşlarımızın məşğulluq imkanlarının genişləndirilməsi, xüsusən gənclərin və ilk peşə fəaliyyətinə başlayan şəxslərin peşə hazırlığının aparılması, onların daha çox tələb olunan və daha çox əməkhaqqı verilən ixtisaslara yönləndirilməsi istiqamətində də kifayət qədər işlər görülür. Məsələn bu məqsədlə 2025-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti ötən ilə nisbətən 9,5 faiz artırılıb. Pensiya təminatının, vətəndaşlarımızın ehtiyacı olan müavinət və təqaüdlərin təmin olunmasının yüksək səviyyədə həyata keçirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri də bu il ötən ilə nisbətdə 1,5 faiz artırılaraq 7,7 milyard manata çatıb. Beləliklə, 2025-ci ilin dövlət büdcəsi xərcləri 41 milyard manata və bütövlükdə icmal büdcənin xərcləri isə 48 milyard manata çatıb ki, bu da müstəqilliyimizin son illərinin ən yüksək büdcəsidir”.

Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası da olduqca böyük aktuallıq kəsb edir. Son dörd ildə, yəni, İkinci Qarabağ müharibəsi bitəndən, torpaqlarımızın işğaldan azad olunmasından sonra o ərazilərdə olduqca böyük işlər görülüb və bu istiqamətdə dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait xərclənib. 2025-ci ildə isə daha dörd milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Artıq Qarabağda və Şərqi Zəngəzurda şəhərlərimiz bərpa olunur, kəndlər, qəsəbələr salınır, infrastruktur layihələri çox böyük sürətlə uğurla həyata keçirilir. Bu səbəbdəndir ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan yaşayır, çalışır və orada tikinti quruculuq işlərində iştirak edir. Vətəndaşlamızın orada məskunlaşması üçün hər cür sosial infrastruktur şəraiti yaradılır, məşğulluqları təmin olunur. Ən əsası, Qarabağ və Şərqi Zəngəzur müasir sivil dünyanın tələbləri səviyyəsində və ekoloji tələblər gözlənilməklə tikilir, bərpa olunur. Prezidentin də dediyi kimi, həqiqətən də ora cənnətə çevrilməkdədir.

“Cari ilin həm dövlət büdcəsi, həm də qarşıya qoyulan vəzifələr imkan verir ki, Azərbaycan vətəndaşı bu il daha yaxşı yaşasın. Baxmayaraq ki, dünyada hələ də iqtisadi böhran dərinləşməkdədir, hərbi-siyasi vəziyyət olduqca gərgindir, bizim yaxın bölgələrimizdə müharibələr səngimir və çox ciddi münaqişə ocaqları vardır. Bölgəmizə, xüsusilə Fransa başda olmaqla Qərb dövlətlərinin təxribatları da davam edir. Buna görə də Azərbaycan Ordusunun güclü olması, təhlükəsizlik tədbirlərinin daim artırılması, müasir silahların alınıb gətirilməsi, istehsalı sahəsinə də ciddi fikir verilir və dövlət büdcəmizin 8,4 milyard manatı da bu məqsədlə nəzərdə tutulub. Qarşıda isə Prezident İlham Əliyevin milli televiziyalarımıza verdiyi müsahibəsində dediyi kimi, böyük perspektivlər dayanır. Azərbaycan güclü dövlətdir, iqtisadiyyatı dayanıqlıdır. Bölgələrimiz, xüsusilə qeyrı-neft sektorunun inkişafı strateji plana uyğun şəkildə həyata keçirilir. Məsələn sevindirici haldır ki, bu gün ölkəmiz xarici borcunun azlığına görə dünya dövlətləri siyahısında ilk pillələrdədir. Bütün bunları müqayisəli şəkildə analiz edərək söyləmək olar ki, Azərbaycan dövlətinin iqtisadi uğurları bu il də davam edəcək və bu uğurlar vətəndaşlarımızın sosial rifah halını daha etibarlı şəkildə təmin edəcək”, - deyə Musa Quliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri