Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir ŞƏRH

Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ölkə başçısının Türkiyə ilə sıx əməkdaşlığa diqqət çəkməsi, Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyində mühüm rol oynadığını qeyd etməsi də bunun bariz nümunəsidir


 Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Dövlət başçısı qeyd edib ki, Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçiririk: "Yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib".

 Ölkə rəhbəri Rusiya ilə münasibətlərdən də bəhs edib və 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə diqqət çəkib: "Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir". 

Prezident bildirib ki, Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır: "Düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq". 


Ölkə rəhbərinin toxunduğu məqamlarla bağlı "Sherg.az"a danışan millət vəkili Vüqar İsgəndərov deyib ki, cənab Prezident Rusiya televiziyasına müsahibəsində bir çox maraqlı məqamlara toxundu. Deputatın sözlərinə görə, dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri yeni dünya düzənində baş verən hadisələr və bu hadisələr fonunda Azərbaycanın tutduğu mövqedir: 

"Cənab Prezident Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın son illərdə yürütdüyü müstəqil xarici siyasət və siyasət sayəsində qazanılmış çoxsaylı uğurlarımızdan bəhs etdi. Əvvəla, çox doğru olaraq qeyd olundu ki, artıq dünya düzəni pozulub. Dövlət başçısının da vurğuladığı kimi İkinci Dünya müharibəsindən sonra yaranmış siyasi palitra artıq əvvəlki kimi çalışmır və yeni düzən formalaşdırılır. Təbii olaraq, hər bir ölkə də bu yenilənmə prosesində öz mövqeyini müəyyənləşdirir. Ölkə rəhbəri eyni zamanda Azərbaycanın şimal qonşusu Rusiya ilə münasibətlərinə toxundu. Vurğuladı ki, Azərbaycanın Rusiya ilə münasibətləri dostluğa, strateji əlaqələrə və müttəfiqlik münasibətlərinə söykənir. Prezident bu kontekstdə həm ölkənin iqtisadi gücünün artırılması, həm də hərbi gücünün inkişafı barədə maraqlı nüanslara diqqət yönəltdi. Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətinə, bir il ərzində 10 hərbi təlimin keçirilməsinə vurğu edilməsi də önəmlidir. Azərbaycan Ordusunun 44 günlük müharibədə 5-ci nəsil performans göstərməsi, 23 saatlıq anti-terror əməliyyatını çox unikal formada həyata keçirməsi, legitim hədəflərin dəqiq vurulması və mülki obyektlərə heç bir ziyan vurulmaması çox təqdirəlayiq hadisələrdir. Hələ də güclü ordusu olan ölkələrin mütəxəssisləri Azərbaycanın taktikasını öyrənməklə məşğuldurlar". 


Parlamentari qeyd edib ki, cənab Prezident yeni dünya nizamındakı risklər barədə fikirlərini bəyan edərkən, hər bir ölkənin təhlükəsizliyinin təminatının, ordu quruculuğunun, iqtisadi inkişafın paralel inkişafının nə qədər zəruri olmasına da diqqət çəkir:

"Bölgəmizdəki təhdidlərə cavab vermək və təhlükəsizliyin dayanıqlı olması Azərbaycanın qarşısında duran vacib məsələlərdən biridir. Ölkə başçısının Türkiyə ilə sıx əməkdaşlığa diqqət çəkməsi, Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyində mühüm rol oynadığını qeyd etməsi də bunun bariz nümunəsidir. Azərbaycanın Ermənistanla sülh prosesini irəliyə daşıması yönündə qarşıya çıxan maneələr, əngəllər sırf İrəvan hökumətinin yarıtmaz siysəti ucbatından baş verir. Kənar güclərin Ermənistanı plasdarm kimi istifadə etməsi kövrək sülh prosesinə də ciddi təsir göstərir, zərər vurur. Ermənistan da ağıllı siyasət yeridərsə, bu, ermənilərin özü üçün faydalı olar. Həm də Cənubi Qafqazda sülhün bərqərar, dayanıqlı olmasına şərait yaradır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri